Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-873/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*3 qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən *969-cu ilin fevral ayında verilmiş ünvan 1 ünvanına dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanının mülkiyyətçisi Əliyev Hacıdır.
2. Suraxanı RPİ tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZE 05632568 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 *0.06.*934-cü ildə Bakı şəhərində doğulmuşdur.
3. 03.*2.*952-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, əmək kitabçası açılan şəxs kimi X5 qeyd edilmişdir.
4. **.03.*984-cü il tarixdə verilmiş icazə vəsiqəsinin surətindən görünür ki, icazə vəsiqəsində icazə verilən şəxs kimi *0.06.*934-cü il təvəllüdlü X5 qeyd edilmişdir.
5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 26 iyul 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 30322* №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 *9 iyul 2008-ci il tarixdə ölmüşdür.
6. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon Qeydiyyat şöbəsi tərəfindən 25 fevral *963-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 05 fevral *963-cü ildə doğulmuşdur. Ata qrafasında X5 göstərilmişdir.
7. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon Qeydiyyat şöbəsi tərəfindən 28 may *964-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx *964-cü ildə doğulmuşdur. Ata qrafasında X5 göstərilmişdir.
8. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon Qeydiyyat şöbəsi tərəfindən 3* iyul *965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 *0 iyul *965-ci ildə doğulmuşdur. Ata qrafasında X5 göstərilmişdir.
9. ASAN xidmət tərəfindən verilmiş AA*35*925 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 *7.**.*969-cu ildə doğulmuşdur. *0. Suraxanı RPİ tərəfindən 05.*2.2005-ci il tarixdə verilmiş AZE 04933823 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 *7.03.*973-cü ildə Bakı şəhərində doğulmuşdur. **. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış *7.05.2022-ci il tarixli bildirişdən görünür ki, texniki pasportda hüquq sahibinin adı Əliyev Hacı olaraq qeyd edilmiş, ata adı isə göstərilməmiş, bu səbəbdən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
İşin faktiki halları
*2. Ərizəçi ünvan 1 ünvanına dair daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciət etməsi, lakin sənədlərdəki uyğunsuz səbəbindən (mərhumun adının texniki pasportda Hacı, bəzilərində isə Hacıbala kimi göstərilməsi, ata adının isə göstərilməməsi) çıxarış ala bilməməsi işin mübahisəsiz hallarıdır.
Ərizəçinin tələbi
*3. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müracit edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
*4. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. *5. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizədə yazılanlara uyğun izahat verərək və ərizəni müdafiə edərək bildirdi ki, hazırda çıxarış almaq istədikləri ev qayınatasının adınadır. Texniki pasportda qayınatasının adı Hacı, digər sənədlərdə isə Hacıbala olaraq qeyd olunduğu üçün * saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsindən imtina edilmişdir. Bu səbəbdən həmin uyğunsuzluğun düzəldilməsi zəruridir. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. *7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi
*8. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *9. Belə ki, iş materiallarından görünür ki, X* adı şəxsiyyət vəsiqəsində, icazə vəsiqəsində, uşaqlarının doğum haqqında şəhadətnamələrində, əmək kitabçasında və digər sənədlərdə “Hacıbala”, evin texniki pasportunda isə “Hacı” olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, sadəcə olaraq texniki səhv nəticəsində əksər sənədlərdə X5, texniki pasportda isə Əliyev Hacı göstərilmişdir. Çünki iş materiallarına nəzər saldıqda texniki pasportdakı “Əliyev Hacı” adlı şəxslə “X5” adlı şəxsin bəzi eyniləşdirmə məlumatlarının, qeydiyyat ünvanlarının və s. eyni olduğu, sadəcə texniki pasportda ata adı qeyd olunmadan “Əliyev Hacı” olaraq yazıldığı müəyyən olunmuşdur.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 2*. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən *969-cu ilin fevral ayında verilmiş ünvan 1 ünvanına dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun *0.06.*934-cü ildə Bakı şəhərində doğulmuş və *9.07.2008-ci ildə Bakı şəhərində vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən *969-cu ilin fevral ayında verilmiş ünvan 1 ünvanına dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun *0.06.*934-cü ildə Bakı şəhərində doğulmuş və *9.07.2008-ci ildə Bakı şəhərində vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.