Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-876/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 20 B saylı evin, 91 A saylı mənzilinə (Abonent kodu **********20911) əsassız olaraq borc kimi yazılmış olan 897.36 (səkkiz yüz doxsan yeddi manat, 36 qəpik) manat cərimənin X2 tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən ev 20 B, 91 A saylı mənzil X3 məxsus olub. Təxminən 2013-cü ildə X4 vəfat etmişdir. Sözügedən mənzil uzun illərdir onun istifadəsindədir. Şəhid ailəsi olduğuna görə həmin mənzil dövlət tərəfindən 2017-ci ilin fevral ayında sığınacaq kimi ona verilmişdir. Həmin ünvanda Abonent kodu **********20911 olmaqla cavabdeh X2 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə onun tərəfindən vaxtaşırı ödənişlər edilməklə həmin ünvan qazla təmin olunmuşdur və orada 2 gözlü qaz plitəsi (1 ədəd) istifadə edilir. Qeyd edir ki, 2022-ci ilin oktyabr ayının əvvəlində qaz bitdiyi üçün tərəfindən smart karta 5 manat ödəniş etməklə sayğaca yükləmək istəmişdir. Lakin smart karta yüklənən vəsaitin silindiyini görmüşdür. Bununla əlaqədar yaşadığı rayon üzrə X1 müraciət etmişdir. 2022-ci ilin oktyabr ayına qədər “abonentin saldosunda” 897.36 manat borcun yarandığı göstərilmişdir. Onun tərəfindən yüklənən 5 manat da borcla əlaqədar silinmişdir. Bu qədər borcun yaranması və bu qədər qaz sərfıyyatının olması qeyri-mümkündür. Çünki həmin 1 otaqlı mənzildə oğlu və o, qalır və sadəcə 2 gözlü qaz plitəsi istifadə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək hazırkı işin qiyabi icraatda baxılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məkhəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və qiyabi formada təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı istifadəsində olan mənzildə sayğaca texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın plastmas borusunun çıxış hissəsi kənar təsirdən sınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli “İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə” hesabatın surətindən görünür ki, qaz sayğacına müdaxilə olunmuş və nəticədə qaz itkisi baş vermişdir. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən, (istehlakçının vəsaiti hesabına) sərfiyyata uyğun yeni qaz sayğacının quraşdırılması və dəymiş ziyanın bərpası məqsədilə hesablana itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi müəyyən edilmişdir. Qaz işlədicilərindən PQ2-ün maksimal saatlıq qaz sərfi 0.6m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. Hesablanmış cəmi sərfiyyat isə 9072 m3-dir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı istifadəsində olan mənzildə sayğaca texniki baxış keçirilən zaman sayğacın elektron tablosunun qarışdığı, menyunların oxunmadığı, qaz gəlmədiyi və sayğacın OFF rejiminə salına bilməməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş **********20911 nömrəli abonent saldosundan görünür ki, 2022-ci ilin oktyabr ayı daxıl olmaqla istehlakçıya qaz sərfiyyatına görə 897.36 manat borc məbləği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Hazırkı işdə sayğacın zədələnməsinin məhz iddiaçı tərəfindən yetirildiyi müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 897.36 manat məbləğində borc silinməlidir. AR Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onlrarın dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 20 B saylı evin 91 A saylı mənzilinə (Abonent kodu **********20911) cavabdeh "AZƏRİQAZ" İB tərəfindən əsassız olaraq hesablanmış 897.36 manat borc məbləği silinsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-876/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-876/2023
13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver