Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-877/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında mənzil üzrə qaz istifadəsinə görə əsassız olaraq borc kimi yazılmış 2376 manat məbləğin, Cavabdeh BRQSD tərəfindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil faktiki olaraq onun mülkiyyətindədir. Həmin ünvanda abonent kodu **********03155 olmaqla Cavabdeh BRQSD tərəfindən onun mənzilini təbii qaz enerjisi ilə təmin edilir. Onun tərəfindən vaxtı-vaxtında ödənişlər olunmaqla yuxarıda göstərilən ünvanda yerləşən mənzil təbii qaz enerjisi ilə təmin olunur. Sayğacları ZENNER G4T mexaniki sayğaclardır və evin kənar fasadında, küçəyə baxan divarda açıq şəkildə yerləşdirilmişdir. Cavabdehin əməkdaşları tərəfindən onun məlumatı və xəbəri olmadan onun abonent kodu ilə istifadəyə verilmiş **********2 nömrəli sayğaca xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və öz mülahizələrinə əsasən qüsurlar qeyd edilməklə ona aid olmayan evdən görüntülər çəkilmiş və guya onun qanunsuz yollarla qaz istifadə etdiyi üçün cərimə məbləği hesablanmışdır. Buna dair hətta xx.xx.2023 tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin aktdan onun yeni xəbəri olmuşdur. Aylıq ödənişlərindən tutulmalar aparılması barədə isə ümumiyyətlə məlumatı olmamışdır. Cavabdehin bu addımları onun iştirakı və məlumatı olmadan keçirilmişdir. O, təqdim edilən sənədlər ilə tanış olduğu zaman bu faktlar ona məlum olmuşdur. Hətta əsassız yerə aktlarda onun imza atmalı olduğu yerə “imtina” deyə qeyd edilmişdir. Nəticədə, itirilmiş qazın bərpası üçün ümumilikdə 2520 m3 sərfiyyat hesablanmaqla cərimə təyin edilmişdir. Onun istifadəsində olan sayğac möhürlü və plomblu olmuş, ona heç bir müdaxilə edilməmişdir. Cavabdeh tərəfindən bu halların sübut edilməsinə dair ona heç bir sübut təqdim edilməmişdir. Onun iştirakı olmadan və ona məxsus olmayan əraziyə baxış keçirilmiş, cərimə isə ona tətbiq edilmişdir. O, qeyd edilən aktda bu halların mövcud olması, həqiqəti əks etdirməsi, hətta doğru olsa belə bunun onun qüsurundan olması barədə dəlil tələb etsə də, cavabdeh tərəfindən ona bu barədə heç bir sənəd, görüntü və ya başqa bir dəlil təqdim edilməmişdir. Haqsız olaraq ona əlavə 2520 m3 qaz sərfiyyatı hesablanmışdır. Cavabdeh BRQSD-nin əməkdaşları tərəfindən ona konkret olaraq borcun yaranması və borcun ödənilməsi bildirilməmişdir. Lakin etdiyi cari ödəmələrdən həmin məbləğ silinməkdədir. Cavabdeh haqsız olaraq borc rəqəmini yazaraq iddiaçının istehlak miqdarından artıq məbləğdə pul ödəməsini haqsız və qanunsuz olaraq tələb edir və onun istehlakçı hüquqlarını pozur. Əsassız olaraq borc kimi yazılmış 2376 manat Cavabdeh BRQSD tərəfindən silinməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin, 2.1.6; 2.1.8; 2.1.9; 2.1.10; 2.2.1; 2.2.3; 2.2.4; 2.2.5.4; 2.3.1; 2.3.4-cü maddələrində bu hallar açıq aşkar qeyd edilmişdir. Qeyd olunan müqavilə maddələrində göstərilir ki, istehlakçı istifadə etdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən ödəyir. Həmçinin paylayıcı o halda istehlakçıdan dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər ki, bu hal istehlakçının təqsirli hərəkətlərinin nəticəsində yaranmış olsun. İstər sayğaca baxış keçirilən zaman aparılan yoxlama istərsə də, başqa ərazidəki əlavə qaz xəttinə dair yoxlama nəticəsində tərtib edilmiş aktda və sonrakı yoxlamalarda sayğaca müdaxilə olunmasına dair və ya çəkilmiş xəttin ona aid olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qaçaq xətlərə nəzarət etməsi və günahkarı cəzalandırması vəzifəsi vardır və buna görə vaxtlı-vaxtında bu halı müəyyən edib tədbirlər görməlidir. İstehlakçı müqavilə əsasında enerji istifadə etməyə və qaz enerjisi sərfinin texniki-iqtisadi cəhətdən əsaslandırılmış mütərəqqi normalarının işlənməsinə, istehsalat texnologiyası və onin təşkili təkmilləşdirildikdə, dəyişdirildikdə və ya yeni texnika tətbiq edildikdə onlara yenidən baxmağa düzgün hesablanmış enerji borcunu ödəməyə borcludur. Lakin, hal-hazırki vəziyyətdə ona cavabdeh tərəfindən normadan artıq və heç bir texniki əsaslandırma aparılmadan qaz enerjisi sərfiyyatı yazılmış və istehlakçı borclandırılmışdır. O, haqsız olaraq istifadə etmədiyi qazın pulunu ödəyir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Bununla bağlı olaraq onun tərəfindən videoçəkiliş aparılmış və həmin videoçəkilişi məhkəməyə təqdim etmişdir. Həmin videoçəkilişdən görünür ki, cavabdehin iddia etdiyi qanunsuz xətt onun evindən çox uzaqdadır. Bundan əlavə həmin qanunsuz xəttin şəklini cəkərkən Cavabdeh əməkdaşları onu bununla bağlı məlumatlandırmamış, guya həmin qanunsuz xətt onun mənzilinə daxil olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilən zaman mənzildəki qaz sayğacında kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş və özbaşına qaz xətti çəkildiyi müəyyən olunmuşdur. Həmin mənzilə xx.xx.2023-cü il tarixdən qaz xətti çəkilsə də, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən qanunsuz qaz xətti vasitəsilə təbii qazdan istifadə edilmişdir. Lakin təbii qazdan qanunsuz istifadə edilməsi bağlı olaraq Cavabdeh tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinə müraciət olunmamış, inzibati xəta haqqında qərar və ya cinayət işi açılmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
İş materialları.
5. Cavabdeh tərəfindən tərtib olunan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilməli, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmalı və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunmalıdır. İddiaçı qaz sərfiyyatına görə dəymiş ziyan həcmi 2520 m3 təşkil edir.
6. Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 2376,60 manat təşkil edir.
7. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən baxış keçirilən zaman mənzildəki qaz sayğacında kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş və dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir.
8. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən baxış keçirilən zaman mənzildəki qaz sayğacında kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş və dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir.
9. Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, İddiaçı qaz sərfiyyatına görə dəymiş ziyan həcmi 17280 m3 təşkil edir.
10. Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan akt üzrə qaz sərfiyyatına görə borcu 2073,6 manat təşkil edir.
İşin faktiki halları.
11. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə İddiaçı yaşadığı ünvana baxış keçirilmiş və sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı akt tərtib olunmuşdur. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2023 tarixli dəymiş ziyanın həcmi hesablanmış və itirilmiş qazın bərpası üçün ümumilikdə 2376,60 manat pul tələb olunmuşdur.
12.Tətbiq edilən hüquq.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
14. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
4. X1 və İstismarı 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
15. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.
Məhkəmənin mövqeyi.
18. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş (§ 13, 14) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və “Qazdan istifadə qaydaları”nın müvafiq maddələrindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
19. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilədə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi sübuta yetirilərsə, onun üzərinə qanunsuz istehlak edilən qazın dəyərini ödəmək vəzifəsi qoyula bilər.
20. Məhkəmə qeyd edir ki, iddiaçının təbii qazdan qanunsuz istifadə etməkdə təqsirli olmasını sübut etmək cavabdehin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1ci maddələri).
21. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
22. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
23. İşin faktiki hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022ci il tarixdə və xx.xx.2023-cü il tarixdə İddiaçı yaşadığı ünvana baxış keçirilmiş və sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı akt tərtib olunmuşdur. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2023 tarixli dəymiş ziyanın həcmi hesablanmış və itirilmiş qazın bərpası üçün iddiaçıdan ümumilikdə 2376,60 manat pul tələb olunmuşdur. Cavabdeh qanunsuz qoşulma halları aşkar edildiyini iddia etsə də, bu barədə akt tərtib edərək inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olmasına baxmayaraq, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir.
24. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən iddiaçıdan (2376 manat) pul tələb edilməsi əsassız olmuşdur. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
25. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödənilməmişdir. Lakin hazırkı iş üzrə İddiaçı istehlakçı olduğundan və iddia tələbi qismən təmin olunduğundan 43,76 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında tələb olunan 2376 manat Cavabdeh tərəfindən silinməlidir. 27.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İddia təmin edilsin. Abonent İddiaçı (kod **********03155) təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə tələb olunan 2376 (iki min üç yüz yetmiş altı) manat pul vəsaiti Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 43,76 (qırx üç manat, yetmiş altı qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova