Məhkəmə qərarları › İş №2(010)-878/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-878/2025

29.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-878/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Әrizəçi Әrizəçi iştirakı ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Әrizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2007-ci il təvəllüdlü X4 onun oğludur. Anadangəlmə uşağa ağır kəmağıllılıq dioqnozu qoyulub. Qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu xəstəsidir. Övladının himayəsində olması üçün müvafiq qərar verilməsini maraqlı şəxsdən xahiş etmiş və ona övladı xx.xx.2007-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materialları Әmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X2 « ağır kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə İQ-20» diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-ci il tarixli Әrizəçi ünvanladığı məktubundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X5 xx.xx.2024-cü il tarixli 2965 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar körpəlikdən kobud nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, 2 saylı X1 müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların əksəriyyətini başa düşməməsi, təfəkkürünün konkret olması, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının qeyri-adekvatlığı, kobud davranış pozuntularının qeyd olunması, yaddaş və intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1- ci sual: xx.xx.2007-ci il təvəllüdlü X4 ruhi xəstədirmi, əgər xəstədirsə o, xəstəliyin hansı formasından əziyyət çəkir və nə vaxtdan? Cavab: X3 ağır əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. 2- ci sual: xx.xx.2007-ci il təvəllüdlü X2 ruhi xəstəliyin ağırlıq dərəcəsi necədir? Cavab: X4 onda qeyd olunan əqli gerilik ağır dərəcədə təzahür edir. 3- cü sual: xx.xx.2007-ci il təvəllüdlü X4 öz hərəkətlərinin mahiyyətini başa düşmək qabiliyyətindədirmi və o, öz hərəkətlərini düzgün idarə etmək və ətrafdakılara reaksiya verməyə qadirdirmi? Cavab: X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. 4- cü sual: xx.xx.2007-ci il təvəllüdlü X4 məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarındadırmı? Cavab: X4 hazırkı psixi vəziyyətinə görə məhkəmə iclasında iş üzrə izahat vermək iqtidarında deyil. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 Әrizəçi oğludur. Әrizəçinin oğlu X3 ağır kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmənin gəldiyi nəticə Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2007-ci il təvəllüdlü X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Әrizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar