Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-884/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 28.03.*992-ci il tarixli, 985 saylı sərəncamında “45” kimi yazılmış ev nömrəsinin “*45” olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizəçinin xahişindən görünür ki, o, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 28.03.*992-ci il tarixli sərəncamında yazılmış ev nömrəsinin dəyişdirilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, bu xahişə hüquqi əhəmiyyəti olan fakt kimi mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Ona görə ki, ərizəçinin hazırda dəyişdirilməsini xahiş etdiyi həmin sənəddəki yanlışlıq sənəddə yol verilmiş adi yazı səhvi ilə bağlıdır və həmin səhvin aradan qaldırılması inzibati orqanın səlahiyyətindədir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.*-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Nəzərə alınmalıdır ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 3 №-li qərarı). Məhkəmə hesab edir ki, istənilən inzibati orqan kimi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti də qəbul etdiyi inzibati aktda olan yazı səhvini düzəldə bilər. Əgər inzibati orqan bu düzəlişdən imtina edərsə, bu halda ərizəçi inzibati orqana qarşı inzibati məhkəmədə iddia qaldıra bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə **4. Dövlət rüsumunun qaytarılması **4.*. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: **4.*.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. Maddə *53. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. *53.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: *53.2.*. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. *53.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. *53.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. *53.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. *53.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalı, ərizəçiyə izah edilməlidir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncamda olan yazı səhvi həmin inzibati orqan tərəfindən düzəldilə bilər. Əgər inzibati orqan bu düzəlişdən imtina edərsə, bu imtinanı inzibati icraat qaydasında inzibati məhkəmədə mübahisələndirə bilər. Şərh olunanlara əsasən və MPM-in *53-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə icraata qəbul edilməsin və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (30.*2.2022-ci il tarixli, 25532 №-li qəbz) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-884/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-884/2023
16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver