Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-89/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə və və vəkili Vəkil, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X1 və etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı qanuni sahib kimi hüquqlarının pozulmasının aradan qaldırılması, girişin qarşısındakı hasarın sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 üzərinə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən ona məxsus bağ evinin texniki pasportunda göstərilən darvazanın qarşısında inşa edilmiş daş hasar (darvaza ilə üzbəüz istiqamətdə) 5 metr enində Cavabdeh1 qüvvəsi və vəsaiti hesabına sökülməsi və onun ümumi istifadədə olan küçəyə çıxışının təmin edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən bağ evi və torpaq sahəsi (0,0350 ha) onun xüsusi mülkiyyətindədir. Mülkiyyətində olan əmlakın texniki pasportu da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsi tərəfindən tərtib edilmişdir. Bağı evinin və torpağın texniki pasportunda onun ümumi yola çıxışı olduğu yer (darvazanın yeri), hasarının sərhədləri, habelə həyətdə evinin yeri göstərilmişdir. Qeyd edilən texniki pasporta əsasən mülkiyyətində torpaq sahəsinin 3 tərəfi qonşuların mülkiyyətində olan torpaq sahələridir, arada daş hasar vardır, bir tərəfi ümumi istifadədə olan yoldur, onun giriş-çıxışı da həmin yol tərəfdə olan darvazadan müəyyən edilmişdir. Lakin hazırda o, mülkiyyətində olan torpağından ümumi yola çıxa bilmir.Ümumiyyətlə həyətdən çıxa bilmir. Çünki darvazanın qarşısı cavabdeh tərəfindən daş hasarla hörülərək hasarlanmışdır. Cavabdehin qeyd edilən qanunsuz hərəkəti nəticəsində bir yanğın hadisəsi olarsa, və ya onun və ailə üzvlərinin səhhətində problem yaranarsa nə yanğınsöndürən maşın, nə də təcili tibbi yardım avtomobili onun evinə yaxınlaşa bilməyəcək, qapıdan girə bilməyəcəklər. Cavabdehin onun mülkiyyətinə girişin qarşısını hörməsi ilə o və ailə üzvləri öz qanuni sahibliyində olan evdən və torpaqdan istifadə, evə və torpağa sahiblik etmək, evin və torpağın sahibi kimi evimdən təhlükəsiz və maneəsiz istifadə etmək hüquqları pozulmuşdur. Onun müraciəti əsasında Suraxanı rayon Polis İdarəsində araşdırma aparılmış, darvazanın qarşısındakı hasarı inşa edən şəxsin cavabdeh olması müəyyən edilmişdir. Beləliklə, o, mülkiyyətində olan evdən və torpaqdqan cavabdehin təqsirindən öz mülahizəsinə uyğun istifadə edə bilmir, bununla da onun sahiblik hüquqları pozulur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-89/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata cavabdeh X2 aid hissədə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarında yerləşən darvazadan çölə çıxış yoxdur. Həmin darvaza hissənin qarşısında məhz cavabdeh tərəfindən qanunsuz olaraq hasar inşa edilmişdir. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçını vəkili ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X7 bildirdi ki, təqdim edilmiş çıxarış və pasportdan görünür ki, həmin hissədən hər hansı bir yol yaxud darvazanın olması mümkün deyildir. İddiaçıya məxsus olan torpaq sahəsinin darvaza hissəsi var, lakin iddiaçı öz torpaq sahəsindən qardaşına pay verdikdən sonra həmin darvaza da həmin hissənin içərisində olmuşdur və daha sonra iddiaçı məhz həmin hissədən qapı açmaq istəmişdir. Ekspert tərəfindən təqdim edilmiş rəylə razı deyildir. Belə ki, darvazanın qarşısında hasar tikilib anlayışı ola bilməz. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 cavabdehin vəkili ilə eyniməzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə, ilk öncə iddiaçının cavabdehə münasibətdə hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olub - olmamasına qiymət verir. İş materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il AR DƏDRX-nin Çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən 0.0350 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X6 tərəfindən Bakı şəhəri, ünvan ünvanında yerləşən 0.0432 ha torpaq sahəsi alıcı Cavabdeh2 satılmışdır. İş materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il AR DƏDRX-nin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, ünvan ünvanında yerləşən 0.0432 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********35-11301 reyestr nömrəli “Texniki Pasport”un təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus 0.0350 ha torpaq sahəsindən ümumi yola çıxış və eyni zamanda darvaza hissəsi mövcuddur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus darvazanın qarşısında hasar inşa edilmişdir. İddiaçının yuxarıda qeyd edilən torpaq sahəsinə mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Cavabdehin mübahisəli ərazidə hasar inşa etməsi işin halları ilə öz təsdiqini tapır. Mübahisənin obyektini həmin hasar təşkil edir. Mübahisənin predmetini həmin hasarın iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaradıbyaradmaması təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 münasibətdə hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6359 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən İddiaçı məxsus bağ evinin texniki pasportunda göstərilən darvazanın qarşısında daş hasar inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş daş hasar İddiaçı məxsus torpaq sahəsinin texniki pasportunda nəzərdə tutulmuş ümumi yola çıxışının qarşısında inşa edilmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edir və rəyə tənqidi yanaşılması üçün əsas görmür. Bu xüsusda cavabdeh tərəfin etirazını əsaslı hesab etmir, çünki etiraz formal mülahizələrə əsaslanmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırkı iddia tələbində iddiaçı ona məxsus torpaq sahəsində yerləşən darvazanın qaşısında cavabdehə məxsus torpaq sahəsində hasar inşa edildiyini və həmin daş hasarın onun torpaq sahəsindən ümumi yola çıxışına maneçilik törətdiyini qeyd edir. İddia tələbinin əsaslı olması ilə bağlı iddiaçı tərəf texniki pasporta, fotoşəkillərə və təqdim edilmiş ekspert rəyinə istinad edir. Cavabdeh tərəf isə bildirir ki, iddiaçıya məxsus torpaq sahəsinin qeyd olunan hissəsində darvaza yeri, o cümlədən ümumi yola çıxış nəzərdə tutulmamışdır. Ekspert rəyi isə qeyri – peşəkar tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslıdır. Belə ki, iş materiallarına təqdim edilmiş iddiaçıya məxsus texniki pasportdan göründüyü kimi, İddiaçı məxsus olan torpaq sahəsindən ümumi yola çıxış və eyni zamanda həmin hissədə darvaza nəzərdə tutulmuşdur. Eyni zamanda təqdim edilmiş ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus olan darvazanın qarşısında cavabdeh tərəfindən daş hasar inşa edildiyi və həmin daş hasarın iddiaçıya məxsus torpaq sahəsinin texniki pasportunda nəzərdə tutulmuş ümumi yola çıxışının qarşısında inşa edildiyi müəyyən edilmişdir. Qeyd olunan hal eyni zamanda təqdim edilmiş fotoşəkillərdə də öz əksini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. AR MM-nin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırkı işin hallarından məlum olur ki, cavabdeh qanunsuz hasar inşa etmişdir və onun inşa etdiyi hasar iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə maneə törədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, "Yelkən" b/y-nın A sektorunda yerləşən iddiaçıya məxsus bağ evinin texniki passportunda göstərilən darvazanın qarşısında inşa edilən daş hasarın (darvaza ilə üzbəüz istiqamətdə) 5 metr enində cavabdehin qüvvəsi və vəsaiti hesabına sökülməsi və iddiaçının ümumi istifadədə olan küçəyə çıxışının təmin edilməsi vəzifəsi qoyulsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-89/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-89/2023
22.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver