Məhkəmə qərarları › İş №2(010)-894/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-894/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-894/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və qeyrisinə qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-894/2021 saylı 19.05.2021-ci il tarixli qərardadı ilə (hakim T.Mahmudovanın sədrliyi ilə) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri İsmayıl Quliyev ərizə ilə məhkəməyə müraciət edərək, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd edərək, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin 25.05.2021-ci il tarixli qərardadı ilə (hakim T.Mahmudovanın sədrliyi ilə) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 may 2021 il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair 2(010)-894/2021 nömrəli mülki işə mahiyyəti üzrə baxılması 09 iyun 2021-ci il tarixə, saat 11:20-yə təyin edilməsi qərara alınmışdır. Suraxanı rayon məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı ilə (hakim T.Mahmudovanın sədrliyi ilə) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, hazırki mülki işin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edib işə yenidən baxılmasını xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Suraxanı rayon məhkəməsinin 2(010)-894/2021 saylı 24.06.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə ərizəsi təmin edilmiş, iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-894/2021 saylı 24.06.2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışı 02 sentyabr 2021-ci il tarixə, saat 11:50-ə təyin edilməsi qərara alınmışdır. İş üzrə məhkəmə iclası tərəflərin iştirakı olmadan 02.09.2021-ci il tarixində keçirilərək mülki işin baxış iclası 20.09.2021-ci il tarixinə təyin edilmiş və bu haqda tərəflərə rəsmi məlumat verilmişdir. Tərəflər üzrlü səbəb göstərmədən 20.09.2021-ci il tarixdə, saat 11:40da keçirilən məhkəmə baxış iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185, 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar