Məhkəmə qərarları › İş №2(010)-895/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-895/2021

10.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-895/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdeh “Atef” şirkətlər qrupunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Atef” şirkətlər qrupuna qarşı əmək haqqının düzgün hesablanmaması və sosial müdafiə fonduna köçürmələrin düzgün aparılmaması və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Atef” şirkətlər qrupuna qarşı əmək haqqının düzgün hesablanmaması və sosial müdafiə fonduna köçürmələrin düzgün aparılmaması və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona çatacaq təqaüd üçün cavabdehin Sosial Müdafiə fonduna əlavə olaraq 20000 manat köçürməsi, cavabdehin hesabından 2019-cu ilin aprl və 2020-ci ilin iyul ayında işdən çıxarıldığı üçün ona 3000 manat rasçet-hesabatın verilməsini, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində mənəvi ziyan olaraq 10000 manatın verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ilin may ayından 2020-ci ilin iyul ayına kimi ATEF şirkətlər qrupunda ADY-un Bakı-Böyük kəsaik elektrikləşdirilmiş dəmir yolu dəhlizinin rekonstruksiyası ilə əlaqəli tikinti lahiyəsi üzrə məsləhətçi vəzifəsində çalışmışdır. Hal-hazırda təqaüddədir. ATEF şirkətlər qrupunda 01.08.2010-cu ildən 23.07.2020-ci ilədək işlədiyi zamanda əmək haqqı 1300 manat təşkil etmişdir. Cavabdeh tərəfindən Sosial müdafiə fonduna köçürmələrdə aylıq əmək haqqı 2010-2011-ci illərdə hər ay üçün 199 manat, 2011-2017-ci illərdə hər ay üçün 240 manat, 2017-2020-ci illər üçün hər ay üçün 500 manat, 2020-ci ilin 02,03 aylarında 900 manat göstərilib. Cavabdeh tərəfindən əmək haqqları sosial müdafiə fondunda az miqdarda olmaqla yalnış verildiyi səbəbindən təqaüd pulunu faktiki maaşına uyğun olaraq adekvat almır. Bununla yanaşı, 2019-cu ilin aprel ayında 2020-ci ilin iyul ayında işdən çıxdığı halda ona bu vaxta qədər hesabat haqqı verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Cavabdeh tərəfin işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyini nəzərə alaraq, məhkəmə iddia tələbinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Atef” şirkətlər qrupunun nümayəndəsi X2 işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi və iddia tələbinə etirazını bildirərək tələbin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilən: ATEF şirkətlər qrupu MMC tərəfindən "xxxx" Bank ASC-yə ünvanlanmş 08 iyun 2015-ci il tarixli arayışda göstərilmişdir ki. İddiaçı həmin şirkətdə baş məsləhətçi vəzifəsində işləyir və onun əmək haqqı 1300,00 manat təşkil edir. 1126№ li, 01.10.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin ildə ATEF şirkətlər qrupu ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Bakı Böyük kəsik lahiyəsində məsləhətçi vəzifəsinə işə qəbul edilmiş, onun əmək haqqısı 240 manat müəyyən edilmişdir. №S322 k, 05.05.2019-cu il tarixli işə qəbul haqqında Əmrin və əmək müqaviləsinin surətindən görünür ki, 06.05.2019-cu ildə İddiaçı ilə ATEF şirkətlər qrupu arasında müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 1 il müəyyən edilmiş, əmək haqqı 450 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, iddiaçı müxtəlif vaxtlarda cavabdeh şirkətdə çalışmış və 14.07.2021-ci il tarixli ərizə ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı cavabdeh şirkətdə müxtəlif dövrlərdə əmək müqaviləsi əsasında çalışmışdır. İddia tələbinin əsasını o təşkil edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi arayışa əsaslanaraq, onun əmək haqqısının əslində arayışda yazılan məbləğdə olduğu, cavabdeh şirkətin isə rəsmi sənədlərdə ona daha az əmək haqqı yazdığını, buna görə də, sosial ödənişləri az aldığını, bundan əlavə, ona məzuniyyət pulunun da verilmədiyini bildirir. Cavabdeh tərəf məhkəməyə təqdim edilən əmək müqavilələrinin surətlərinə əsaslanaraq, iddianın əsassız olduğunu bildirir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa Məhkəməsi “X3rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X3rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Hazırkı işdə iddiaçının tələbinin əsaslılığı maddi hüquq normalarının tələbləri baxımından öz təsdiqini tapmır. Məhkəmə, iddia tələbinin mənəvi ziyan hissəsini də əsaslı hesab etmir. Belə ki, iddianın bu hissəsi tələbin əsas hissəsi olan əmək haqqının düzgün hesablanmaması hissəsinin nəticəsi kimi irəli sürülmüş və əsas tələb əsassız hesab edilmişdir. Ona görə də, tələbin mənəvi ziyan hissəsi də əsaslı deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Rəhı̇ mov Rəhı̇ m Qəzənfər oğlunun cavabdeh "Atef Şı̇ rkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı əmək haqqının düzgün hesablanması və Sosial müdafiə fonduna köçürmələrin düzgün aparılması və mənəvi zərər tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar