Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-896/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi Bakı şəhəri, Serebrovski (hazırki Qaraçuxur) qəsəbəsi, Boru bazası (hazırki Etibar Bəkirli) küçəsi, ev 45-ə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un mərhum X1na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1992-ci ildə vəfat etmiş X2 qızıdır. Bütün sənədlərdə, o cümlədən ölüm haqqında şəhadətnamədə, ərizəçinin doğum haqqında şəhadətnaməsində və digər sənədlərdə atasının adı “Məhəmmədemin” kimi göstərilmişdir. X1 və digər ailə üzvlərilə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi (keçmiş Serebrovski qəsəbəsi), E.Bəkirli küçəsi (keçmiş Boru (Trubnaya) baza küçəsi), ev 45-də yaşamışdırlar, qeydiyyatda olmuşdurlar, hazırda o da həmin evdə qeydiyyatdadır və yaşayır. Atasının Bakı şəhəri, Qaraçuxur qəsəbəsi (keçmiş Serebrovski qəsəbəsi), E.Bəkirli küçəsi (keçmiş Boru (Trubnaya) baza küçəsi), ev 45-də qeydiyyatda olması və yaşaması barədə arayış iddia ərizəsinə əlavə edilmişdir. Nikaha daxil olduğu üçün ərinin soyadını götürmüşdür və hazırda Novruzova deyil, Hacıyeva soyadını daşıyır. Eyni zamanda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da göstərilən ünvanının hazırda ünvan 1 yanında ƏMDX DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu da iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edilən ev və yerləşdiyi torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” əsasında mərhum X1na verilmişdir. Lakin mərhum atasının adı Məhəmmədemin olduğu halda, həmin sənəddə “Məhəmməd” (rus dilində Maqomed) kimi yazılmışdır. Ərizəçi qeyd edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasporta əsasən qeyd edilən əmlak üzərində vərəsəlik hüququnun sənədləşdirilməsi üçün Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etdikdə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportda mərhum atasının adının düz gəlməməsi səbəbindən onun müraciətinin təmin edilməsindən yazılı imtina edilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, bildirmişdir ki, ərizəçi xx.xx.1992-ci ildə vəfat etmiş X2 qızıdır. Bunu təsdiq edən sənəddoğum haqqında şəhadətnamə işə əlavə edilmişdir. Bütün sənədlərdə, o cümlədən ölüm haqqında şəhadətnamədə və digər sənədlərdə atasının adı “Məhəmmədemin” kimi göstərilmişdir. Lakin “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da mərhumun adı “Məhəmməd” (rus dilində Maqomed) kimi yazılmışdır. Hazırda ərizəçi evi öz adına keçirmək istəyir, lakin sənəddə ad fərqli olduğundan, notariat ofisi onun müraciətinə imtina vermişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X20 bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Məhəmmədemin onun köhnə qonşusu olub. Şəxsən onu tanımış və onun evində böyümüşdür. Məhəmmədemin xərçəng xəstəliyindən əziyyət çəkirdi. Zöhrə onun kiçik qızıdır və həmin şəxsi Məhəmmədemin kimi tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X7 bildirmişdir ki, Ərizəçi qonşusudur. Məhəmmədemin ilə qonşu olmuş və bir küçədə yaşamışdırlar. Onu Mamed adıyla çağırırdılar. Sənədləri görməmişdir. Uşaqlarını tanıyır və Zöhrə, Veysəl və Əmiraslan adlı– 1 qızı və 2 oğlunun olduğunu bilir. Şəxsin Əmiraslan adlı oğlu rəhmətə getmişdir. Yoldaşı isə kor idi və evdən çıxmırdı. Zöhrə isə həmin şəxsin qızıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X13 bildirmişdir ki, Ərizəçi qonşusudur. Qonşusu çıxarış almaq istəyir, şahidlik etmək üçün gəlmişdir. Məhəmmədemin evin yiyəsi olmuşdur. Şəxsi Məhəmməd kimi çağırırdılar və Zöhrə onun qızıdır. İş materialları. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 07 noyabr 2023-cü il tarixli, 910 nömrəli cavab məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və 1970-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair təqdim edilən pasportda X9 göstərildiyi, xx.xx.1992-ci il tarixli AZ-İ 304802 nömrəli ölüm haqqında şəhadətnamədə isə X4 qeyd edildiyi bildirilmişdir. Həmçinin, ərizəçiyə şəxsin eyniliyinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş, XVİİ- JQ seriyalı, 685557 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydasında təsdiqlənmiş surətindən görünür ki, X5 (X1, anası X17) xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə 92 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi VVADQ şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş İV-JQ seriyalı, 304802 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydasında təsdiqlənmiş surətindən görünür ki, Novruzov Məhəmməd-Emin Bayram oğlu xx.xx.1992-ci il tarixdə xərçəng xəstəliyindən Bakı şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 98 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZ-İ № 073889 nömrəli nikah şəhadətnamənin notarial qaydasında təsdiqlənmiş surətindən görünür ki, X14 və X5 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 558 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavabından görünür ki, ünvan 3 ünvanı ünvan 4nilik təşkil edir. Qeyd edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, ev 45 ünvanına “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 5 ünvan rekviziti təyin edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, 1819 №-li arayışdan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum X4 ölən günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, ev 45 ünvanında yaşamışdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da Ordjonikidze rayonu, Serebrovski qəsəbəsi, Trubnaya (boru) baza küçəsi, ev 45 ünvanının X8 verildiyi göstərilir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər....
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPMin 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi Bakı şəhəri, Serebrovski (hazırki Qaraçuxur) qəsəbəsi, Boru bazası (hazırki Etibar Bəkirli) küçəsi, ev 45-ə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un mərhum X1na məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, mərhum atasının adı Məhəmmədemin olduğu halda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda “Məhəmməd” (rus dilində Maqomed) kimi yazılmışdır. Ərizəçi tərəfindən qeyd edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasporta əsasən qeyd edilən əmlak üzərində vərəsəlik hüququnun sənədləşdirilməsi üçün Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət edilmiş, lakin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportda mərhum atasının adının düz gəlməməsi səbəbindən onun müraciətinin təmin edilməsindən yazılı imtina edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi doğum haqqında şəhadətnaməsində mərhum atasının adı “Məhəmmədemin” kimi və xx.xx.1992-ci il tarixli ölüm haqqında şəhadətnamədə də ərizəçinin mərhum atasının adı “Məhəmməd-Emin” kimi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd edilən ünvanda mərhum X2 ölənə kimi yaşaması yaşaması edilmişdir. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” SSRİ dövründə verildiyindən və bəlli olan üzrlü səbəblərdən ərizəçi səhvin dəyişdirilməsi üçün həmin orqanlara müraciət edə bilməyib. Lakin, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda ərizəçinin mərhum atasının bütün məlumatları onun digər sənədləri ilə eynilik təşkil edir – soyad, ata adı, ünvan. Bununla da, məhkəmə hesab edir ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda texniki səhv nəticəsində “Məhəmmədemin” adı əvəzinə “Məhəmməd (rus dilində Maqomed)” adı yazılmışdır. Şahid ifadələrindən göründüyü kimi, şahidlər Ərizəçi ilə qonşu olmuş və onu mərhum atasının qızı kimi tanımışdır. Bu hal əsas verir ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da texniki səhvin baş verməsi müəyyən edilsin. Belə ki, iş materiallarından və şahid ifadələrindən görünür ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un Ərizəçi mərhum X1na məxsus olması faktı iş materialları ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da X6 adının “Məhəmmədemin” olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un Ərizəçi mərhum X1na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva