Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-904/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstelsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra mətndə “Cavabdeh” İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən onun Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, 4 saylı ünvanına əsassız olaraq cərimə kimi yazılmış ’’Cavabdeh” İstehsalat Birliyi tərəfindən 62.10 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 4 ünvanda ona məxsus yaşadığı evin SOCAR şirkətinin qoyduğu Smart kart hesablayıçı qaz sayğacı xx.xx.2020-ci il tarixdə dəyişdirilərək yeni mexaniki qaz sayğac qoyulmuşdur. Qaz sayğacı dəyişdirildikdən sonra «Cavabdeh» X1 rayon şöbəsinin nümayəndələri tərəfindən evinə verilən qaza görə cərimə hesablanmışdır. O, hansı səbəbdən onun evinə verilən qaza görə cərimə yazılmasını soruşduqda nümayəndə onun qazdan istifadəyə görə əvvəlki sayğacının nasaz vəziyyətdə olması ilə yazıldığını bildirdilər. Nümayəndənin onun sayğacına yazdığı 62,10 cərimə borcu tamamilə qanunsuzdur. Onun evində təbii qazdan istifadə SMART kart sayğacı olduğuna görə pul məbləği əvvəlcədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə heç bir borcları olmamışdır və aralarında hər hansı mübahisə yaşanmamışdır.Çünki o, istelakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə ödənişi vaxtlı vaxtında yerinə yetirmişdir. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh” İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən ünvan 1 mənzil 4 ünvanına dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğac smart kartla əvəzlənmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2020-ci il tarixli məktubundan ki, ******* saylı akta əsasən iddiaçıya 62,10 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X3”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Cavabdeh” İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı xx.xx.2020-ci il tarixli aktına əsasən ünvan 1 mənzil 4 ünvanına (abonent kodu: **********00040) hesablanmış 62,10 manat məbləğində borc ləğv olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı xx.xx.2020-ci il tarixli aktına əsasən ünvan 1 mənzil 4 ünvanına (abonent kodu: **********00040) hesablanmış 62,10 (altmış iki manat on qəpik) manat məbləğində borc ləğv olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-904/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-904/2021
17.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver