Məhkəmə qərarları › İş №2(010)-918/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-918/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-918/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportu”niun 21 dekabr 1970-ci ildə ölmüş X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-8559/2017 saylı 04 oktyabr 2017-ci tarixli qətnaməsi ilə ərizə təmin edilmiş və Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportu”niun 21 dekabr 1970-ci ildə ölmüş X1 məxsus olması faktı müəyyən edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs qanuni nümayəndəsi X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə qarşısında qaldırılan məsələyə baxılarkən hüquq haqqında mübahisə olduğu müəyyən edilmiş və bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Suraxanı Rayon Məhkəməsinin 2(010)-8559/2017 saylı 04 oktyabr 2017-ci tarixli qətnaməsi ləğv edilmiş, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçi Maraqlı şəxs qanuni nümayəndəsi X2 aralarında yaranmış hüquq haqqında mübahisəni həll edilmədən Maraqlı şəxs qarşı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.10-cu maddəsinin tələbinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı da məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq, müəyyən edilir. MPM-nin 306.2-ci maddələrinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. İddiaçı Ərizəçi atasının sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı həmçinin Azərbaycan Respublikası MPM-nin tələblərinə, yəni iddia ərizəsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət etməyərək cavabdeh Maraqlı şəxs qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 267 – 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar