Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-92/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas kаtibliyi, İddiaçının nümayəndəsi Quliyev Vaqif Hidayət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh beş min manat məbləğində kompensasiya ödəmək şərti ilə xüsusi mülkiyyətində olan Hövsan qəsəbəsi, İddiaçı küç., ev 24, mən.2-dən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Quliyev Vaqif Hidayət oğlu ilə cavabdeh xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onlar evləndikdən sonra təxminən üç ay ona məxsus olan evdə Hövsan qəsəbəsi, İddiaçı küç., ev 24, mən.2-də yaşamışdır. O, onlara 18 m2 sahəsi olan otağı müvəqqəti yaşamaq üçün vermişdir. Otağı onlara verən zaman bildirmişdir ki, müvəqqəti bu otaqda yaşayacaqlar. Çünki cavabdehin valideynləri Paşayeva Vera və Paşayev Eldar nikah bağlamamışdan əvvəl ona söz vermişdilər ki, oğlu və gəlinini bir otaqlı mənzillə təmin edəcəklər. Cavabdeh və oğlu Quliyev Vaqif üç aya yaxın onun evində yaşadıqdan sonra cavabdehin valideynlərinə məxsus olan evin dördüncü mərtəbəsində olan bir otaqlı mənzilə kirayə köçmüşlər. Onlar köçən zaman cavabdeh cehiz əşyalarını da özü ilə aparmışdır. Köçən zaman onun mənzilində onlara məxsus heç bir əşya qalmamışdır. Onların yaşadıqları kirayə mənzildə iki övladları anadan olmuşdur. 2006-cı ildə cavabdehlə oğlu yenidən mənzilə qayıtmışlar. Yaşadıqları müddət ərzində onların ailə münasibətləri soyuq olmuşdur. Aralarında mütəmadi olaraq mübahisələr baş vermişdir. Cavabdeh xx xxxx 2010-cu il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək onun xüsusi mülkiyyətində olan İddiaçı küç., ev 24, mən.2-yə yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunması və evə qeydiyyata alınması barədə iddia qaldırmışdır. Onun və Cavabdeh arasında olan məhkəmə mübahisələri Azərbaycan Respublikasının Ali Məhkəməsinə qədər davam etmişdir. Ali Məhkəmənin qərarına əsasən cavabdehin onun yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. Bunun əsasında Bakı şəhəri Suraxanı RPİ-nin Pasport və Qeydiyyat Şöbəsi qeyri-qanuni olaraq cavabdehi onun evinə qeydiyyata götürmüşdür. Suraxanı RPŞ cavabdehi evində yaşayıb-yaşamamasını yoxlamadan qeydiyyata almışdır. Sonradan cavabdeh öz adına şəxsiyyət vəsiqəsi almışdır. Cavabdehlə onun oğlu Quliyev Vaqif arasında olan nikah xx.xx.2012-ci il tarixdə rəsmi olaraq pozulmuşdur. Cavabdeh 2010-cu il tarixdən bu günə kimi onun evində yaşamır, lakin qeydiyyatdadır. Onunla bir evdə böyük oğlu X7 öz ailəsi ilə birlikdə yaşayır. Onun iki övladı var, qızı İ qrup əlildir. Anadan olduğu gündən xəstədir və gəzmir. Həyat yoldaşı Quliyeva Qalya onkoloji xəstədir və dörd dəfə əməliyyat keçirmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(102)-3997/11 saylı qərarına əsasən cavabdehin onun xüsusi mülkiyyətində olan evindən - Hövsan qəsəbəsi, İddiaçı küç., ev 24, mən. 2-dən istifadə hüququ tanınmışdır. O, xx.xx.2011-ci il tarixdən evindən getmiş və geri qayıtmamışdır. Cavabdeh xx.xx.2011-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bir daha bildirmişdir ki, Hövsan qəs., İddiaçı küç., ev 24, mən.2-də onun heç bir əşyası yoxdur. Cavabdeh uzun müddətdir ki, başqa ünvanda yaşayır. Onun geri qayıdıb bu evdə yaşaması qeyri-mümkündür. O, hesab edir ki, cavabdehə kompensasiya verilməklə onun xüsusi mülkiyyətində olan evinə istifadə hüququna xitam verilməlidir. Ona beş min manat məbləğində kompensasiya təklif etmək imkanındadır. Daha sonra, İddiaçı məhkəməyə ərizə verərək həm Cavabdeh, həm də X1 ödəməklə xüsusi mülkiyyətində olan Hövsan qəs., İddiaçı küç., ev 24, mən.2-yə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Quliyev Vaqif Hidayət oğlu iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 1997-ci ildə evlənmiş, bir müddət kirayədə yaşamışlar. Sonra isə birlikdə atasının evinə getmişlər. Aralarında söz-söhbət çox olduğundan boşandıqdan sonra cavabdeh öz xoşu ilə evdən çıxmışdır. Lakin evə çıxıb getdikdən sonra - 2011 və ya 2012-ci ildə qeydiyyata düşmüşdür. Onların bundan xəbərləri olmamışdır. Hazırda oğlu onunla, qızı isə anası ilə kirayədə qalır. Cavabdehlər uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamırlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh və X5 hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İddiaçı küçəsi, ev 24, mənzil 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ 132920 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Quliyev Vaqif Hidayət oğlu və X12 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 40 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(010)-510/2011 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X8 Suraxanı rayonu, Hövsan qəsəbəsi, İddiaçı küçəsi, ev 24, mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(102)-3997/2011 saylı qərarından görünür ki, cavabdeh Quliyev Vaqif Hidayət oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-2476/2010 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdehlər Quliyev Vaqif Hidayət oğlu, İddiaçı və X9 və maraqlı tərəf Suraxanı rayon Polis İdarəsinə qarşı “yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi və ünvana qeydiyyata alınma tələbinə dair” iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(103)-746/2012 saylı qərardadının surətindən görünür ki, iddiaçı Quliyeva (Paşayeva) Kəmalə Eldar qızı tərəfindən verilmiş ərizə təmin edilmiş, iddiaçı X8 cavabdehlər Quliyev Vaqif Hidayət oğlu, X11 və İddiaçı qarşı “yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi və ünvana qeydiyyata alınma tələbinə dair” iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-2476/2010 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin “qeydiyyata alınma” hissəsi üzrə iddiaçının imtinasının qəbul edilməsi, iş üzrə apellyasiya icraatına həmin hissədə xitam verilməsi qərara alınmışdır. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01/633 nömrəli “mənzilin aylıq icarə dəyərinin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, İddiaçı məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İddiaçı küç., ev 24, mənzil 2 ünvanında yerləşən mənzilə uyğun şəraitli (təmir, kommunal şərait baxımından və s.) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə olan orta aylıq kirayə qiyməti 140 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının oğlu Quliyev Vaqif Hidayət oğlu ilə Cavabdeh arasında xx.xx.1997-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Ailə qurduqdan sonra Cavabdeh İddiaçı icarəsində olan Bakı şəhəri, Suraxanı rayonu, İddiaçı küçəsi, ev 24, mənzil 2 ünvanında yerləşən mənzilə köçmüş, 1998-ci ilin mart ayına kimi bu mənzilin bir otağında ailə üzvü kimi yaşamışdır. Sonradan, 1998-ci ilin mart ayında əri Quliyev Vaqif Hidayət oğlu ilə birlikdə mənzildən köçərək başqa ünvanda yaşamağa başlamış, onların birgə nikahından iki uşaqları (xx.xx.1999-cu il təvəllüdlü X10 və xx.xx.2001-ci il təvəllüdlü X13) doğulmuş, onlar 2006-cı ildə uşaqları ilə birlikdə bu mənzilə geri qayıtmışlar. Həmin vaxtdan aralarındakı nikah münasibətləri faktiki pozulana – 2010cu ilin fevral ayına kimi mübahisəli mənzilin ayrıca giriş-çıxışı, mətbəxi, sanitar qovşağı olan bir otağında yaşamışlar. Həmin tarixdən etibarən cavabdehlər Cavabdeh və X6 bu mənzildə yaşamamışdır. xx.xx.2010-cu il tarixdə mənzil İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Sonradan, Cavabdeh mənzildən istifadə hüququnun tanınması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(010)-510/2011 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X8 Suraxanı rayonu, Hövsan qəsəbəsi, İddiaçı küçəsi, ev 24, mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmışdır. Qətnamədən yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. İşin yuxarıda qeyd edilən halları, eləcə də Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun olması mübahisəsizdir. Belə ki, bu hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə ilə Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranmış olması tanınmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı) Digər cavabdeh X6ilə bağlı qeyd edilməlidir ki, cavabdeh X10 iddiaçının oğlu Quliyev Vaqif Hidayət oğlu və Cavabdeh birgə nikahından xx.xx.1999-cu il tarixdə doğulmuş, mübahisəli mənzildə yaşamış və mənzilə qeydiyyata alınmışdır. Göründüyü kimi, hər iki cavabdehin mübahisəli mənzildən istifadə hüququ mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mənzildən istifadə hüququnun xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən tanınmış olması və bu Məcəllədə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini nəzərdə tutulan konkret normanın olmaması Cavabdeh mübahisəli mənzildən istifadə hüququna məhz kompensasiya verilməklə xitam verilməsini istisna etmir. Belə ki, Mənzil Məcəlləsinin (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı) Göründüyü kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı qüvvədən düşmüş Mənzil Məcəlləsində birbaşa norma nəzərdə tutulmasa da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi mənzil mülkiyyətçilərinin bu hüququnu tanımışdır. Yəni hazırkı iş üzrə hər iki cavabdehin mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi mümkündür. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Hazırkı işin xüsusi halı ondan ibarətdir ki, cavabdehlər Cavabdeh və X10 İddiaçı mülkiyyətində olan dörd otaqlı mənzilin yalnız bir otağında ayrı yaşamışlar. Həmin otaq digər otaqlardan izolə olunmuş, ayrıca giriş-çıxışı, mətbəxi, sanitar qovşağı olmuşdur. Bu hal iş materiallarında olan məhkəmə qətnamələri əsasında müəyyən edilmişdir və mübahisəsizdir. Odur ki, kompensasiya məbləği müəyyən edilərkən onların mübahisəli mənzilin yalnız bir otağında yaşaması halı nəzərə alınmalı, cavabdehlərin əvvəlki yaşayış şəraitinə uyğun bir otaqlı mənzildə müəyyən müddət yaşamaları üçün kompensasiya məbləği müəyyən edilməlidir. Bu məqsədlə, yəni mübahisəli mənzilin yerləşdiyi ərazidə yerləşən və cavabdehlərin əvvəlki yaşayış şəraitlərinə uyğun olan bir otaqlı mənzilin aylıq kirayə haqqının öyənilməsi məqsədilə təyin edilmiş məhkəmə qiymətləndirmə ekspertizasının nəticəsi olaraq verilmiş rəydə göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İddiaçı küç., ev 24, mənzil 2 ünvanında yerləşən mənzilə uyğun şəraitli (təmir, kommunal şərait baxımından və s.) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə olan orta aylıq kirayə qiyməti 140 manat təşkil edir. Məhkəmə hesab edir ki, bu məbləğ mövcud bazar qiymətlərinə uyğun olmaqla ağlabatandır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”. Məhkəmə hesab edir ki, 5040 manat (36 ay x 140 manat) məbləğində kompensasiya ilə cavabdehlər təqribən 3 (üç) il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan müddət kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onlar tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Həmçinin, İddiaçı cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün 5000 manat məbləğində kompensasiya təklif etmişdir ki bu məbləğ də məhkəmə tərəfindən müəyyən edilmiş ağlabatan məbləğə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İddiaçı küçəsi, ev 24, mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına İddiaçı tərəfindən onlara cəmi 5040 (beş min qırx) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməlidir. Son olaraq məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iş üzrə keçirilmiş ekspertizanın aparılması üçün müəyyən edilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı ödənilmədiyindən bu məbləğ də cavabdehlərdən müştərək qaydada tutularaq ekspertizanı keçirən orqanın hesabına ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216- 220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İddiaçı küçəsi, ev 24, mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına İddiaçı tərəfindən onlara cəmi 5040 (beş min qırx) manat məbləğində kompensasiya ödənilməklə xitam verilsin. Cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 10 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh və X2 müştərək qaydada alınaraq “xxxx” MMC-yə (Bakı şəhəri, AZ 1106, Məmməd Araz 20, VÖEN: **********, “xxxx” ASC-nin Azadlıq filialı, m/h: AZ80NABZ********************944, h/h: AZ49BRES********************, Kod: 507547, VÖEN: **********, SWiFT: BRESAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-92/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-92/2021
26.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver