Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-929/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı əsassız yazılmış borcun silinməsi və qanunsuz tutulmuş pul məbləğinin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən evinin sayğacına (Abonent kodu: **********00000) 2700 (iki min yeddi yüz) manat qanunsuz yazılmış borcdan qalan 669 manat qalıq borcun silinməsi və həmin qanunsuz yazılmış borca görə ödədiyi məbləğlərdən qanunsuz tutulmuş 2031 manat ödədiyi pul məbləğinin Cavabdehndən tutulub ona (iddiaçıya) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanda onun adına olan torpaq sahəsində ev inşa etmişdir. Onun evinə quraşdırılmış mexaniki qaz sayğacına (Abonent kodu: **********00000) «Cavabdeh» istehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz 669 manat cərimə qalıq borc yazılmışdır. Belə ki, həmin ünvanda sayğac üç dəfə Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Lap öncədən həmin əsassız borc 2700 manat olmuşdur. Lakin əsassız borcun yazılmasından bütün bu illər ərzində onun xəbəri olmamışdır. Ödədiyi məbləğlərdən həmin pul məbləği ondan gizli olaraq tutulmuşdur. Lakın sonuncu dəfə sayğac dəyişdirildikdən sonra 669 manat əsassız borc yazıldığını öyrənmişdir. Həmin yazılmış qanunsuz 669 manat borcla bağlı araşdırma apararkən “Cavabdeh” İB tərəfindən ümumilikdə 2700 manat cərimə borc yazıldığı üzə çıxmışdır. Belə ki, onun bütün bu illər ərzində qazdan istifadəyə görə ödədiyi məbləğdən hissə-hissə həmin əsassız borca görə pul tutulmuşdur. Bu isə tamamilə qanunsuz və əsassızdır. Əssasız tutulmuş pul məbləğinin ona qaytarılması və əssasız qalıq borcun silinməsi ilə bağlı cavabdehə müraciət etsə də, onlar həmin borcu silməkdən imtina etmişlər. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən onun yaşadığı ünvan 3 ünvandakı evə hesablanmış 2700 manat əsassız borcdan qalan qalıq 669 manat borcun silinməsi və həmin əsassız yazılmış borca görə etdiyi ödənişlərdən qanunsuz olaraq tutulmuş 2031 manat məbləğin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından əlavə edilmiş 29.06.2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçının yaşadığı ünvan 2 ünvanda quraşdırılmış köhnə sayğacın istismar müddəti bitdiyi üçün zenner markalı G-4 nömrəli **********9 saylı sayğacı ilə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan müəyyən olunur ki, abonent İddiaçı məxsus evdə quraşdırılmış sayğaca əsasən 2012-ci ildə 2272.90 manat borc yaranmışdır. İş materiallarında olan 29.06.2020-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, “Cavabdeh” İstehsalat Birliyinin ünvan 4 ünvanında yaşayan İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Cavabdeh” İstehsalat Birliyinin Bakı RQSD müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Cavabdeh” İstehsalat Birliyinin Bakı RQSD tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş istehlakçı hesabında yaranmış borcun açıqlaması haqqında arayışdan müəyyən olunur ki, 2010-cu ilin iyun ayından 2012-ci ilin aprel ayınadək (22 ay ərzində) hesabatı aparılmamış təbii qazdan istifadə nəticəsində sayğac üzərində yığılmış lakin, hesaba işlənməmiş 22729 m3 yəni 2272,90 manat hesaba işlənmiş və bununla da 2276,93 manat (qaçqın limiti 32 manat çıxıldıqdan sonra) borcu yaranmışdır. Nəzərinizə çatdırırq ki, istehlakçı hesabından birlik tərəfindən 914 manat silgi aparılmışdır. Borca görə ödənişdən tutulmalara görə 658,3 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış mexaniki qaz sayğacı 2012-ci ilin iyun ayında smartkart tipli qaz sayğacı ilə əvəz edilmişdir. 2010-cu ilin iyun ayından 2012-ci ilin aprel ayınadək (22 ay ərzində) hesabat aparılmamış və 2272,90 manat borc yaranmışdır. Həmin borcdan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən 914 manat silinmə aparılmış və 658,3 manat ödənişlərdən tutulma aparılmışdır. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28.11.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər 01.01.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək, istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməsi cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirməyərək 2010-cu ilin iyun ayından 2012-ci ilin aprel ayınadək (22 ay ərzində) hesabatı aparılmamış təbii qazın sonradan hesabatını aparmış və abonentə sonradan 2272,90 manat borc hesablamış və həmin borcu abonentin hesabına yükləmişdir. Sonradan istehlakçının hesabından birlik tərəfindən borcdan 914 manat silgi aparılmış, yaranmış borca görə 658,3 manat ödənişdən tutulmalar aparılmışdır. Beləliklə məhkəmə hesab edir ki, istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Məhkəmə hesab edir ki, istehlakçıdan qanunsuz olaraq qaz sərfiyyatına görə tələb etdiyi (2272,90-914) 1358.90 manat pul Cavabdeh tərəfindən silinməli, abonentdən 658,30 manat ödənişdən aparılmış tutulmalar abonentə qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia ərizəsi qismən təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı (kod **********100000) qaz sərfiyyatına görə tələb olunan 1358,90 (bir min üz yüz əlli səkkiz manat, doxsan qəpik) manat silinsin. Hesablanmış borca görə ödənilən 658,30 (altı yüz əlli səkkiz manat, otuz qəpik) manat məbləğində pul vəsaiti «Cavabdeh» İstehsalat Birliyindən tutularaq İddiaçı verilsin. “Cavabdeh” İstehsalat Birliyindən -30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-929/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-929/2021
26.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver