Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-938/2020 10.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Ailədə dörd uşaq olmuşlar. xx.xx.1992-ci il təvəllüdlü X10 onun kiçik qardaşıdır. Xəlil Sadıqov anadangəlmə “şizofreniya” xəstəliyindən əziyyət çəkir. X15 həmin xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. O, X5 üzərində qəyyumluq təyin olunması barədə Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanına müraciət etsə də həmin orqan ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi X12 ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Ərizəçi xx.xx.1992-ci il təvəllüdlü qardaşı X10 üzərində qəyyum təyin edilməsi ilə bağlı Komissiyaya müraciət etmiş, ona şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İş materiallarında olan Naxçıvan MR Şərur rayon Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ 473037 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası X11, anası X7 olmaqla) xx.xx.1992-ci il tarixdə Naxçıvan MR Şərur rayonu Maxta kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 105 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X4 Məntəqəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 467 nömrəli arayışdan görünür ki, sərnişin (xəstə) X8 şizofreniya xəstəsidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəstənin tibbi kartasından çıxarışın surətindən görünür ki, X10 oğlu anadangəlmə əqli zəifdir. İş materiallarında olan Bakı şəhəri 2 saylı X3 tərəfindən verilmiş 2761 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi stasionar müayinədə olmuşdur. Diaqnoz: “Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq, davranış və dayaq hərəkəti aparatının pozuntusu ilə kənar şəxslərin himayəsinə ehtiyacı var”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 974 saylı rəydən görünür ki, aparılmış müayinə nəticəsində X1 imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. O, öz hərkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən kəskin imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işin məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, X5 hər hansı psixi xəstəlikdən əziyyət çəkib-çəkməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tərəfindən məhkəmə-psixiatrik ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 974 saylı rəydə göstərilmişdir ki, X1 imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. O, öz hərkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onun bacısının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan, onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsinə dair müvafiq rəy verilmişdir. Ona görə də ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Odur ki, ərizə təmin edilməli, xx.xx.1992-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndində doğulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 30/3-də yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndində doğulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 30/3də yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə X10 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-938/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-938/2020
10.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver