Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-955/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********78852 Samsung Galaxy A10 markalı telefon üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, cəmi 91 manat, 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********72927 Samsung Galaxy A10 markalı telefon üçün 189 (yüz səksən doqquz) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, cəmi 246 manat, 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən Kombi İmmergas üçün 2080 (iki min səksən) manat ödənilməmiş hissə, 364 (üç yüz altmış dörd) manat dəbbə pulu, cəmi 2444 manat, ümumilikdə 2781 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2811 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə 22.07.2019-cu il, 02.09.2019-cu il tarixli və 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********78852 Samsung Galaxy A10 markalı telefon, İMEİ kodu **********72927 Samsung Galaxy A10 markalı telefon, Kombi İmmergas almış və nəticədə 2781 (iki min yeddi yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 (üç yüz on beş) manat (9 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********78852 Samsung Galaxy A10 markalı telefon üçün 91 (doxsan bir) manat olmaqla ondan, 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə; 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********72927 Samsung Galaxy A10 markalı telefon üçün 246 (iki yüz qrıx altı) manat olmaqla ondan, 189 (yüz səksən doqquz) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2430 (iki min dörd yüz otuz) manat (18 ay x 135 manat + 0 manat ilkin ödəniş) Kombi İmmergas üçün 2444 (iki min dörd yüz qırx dörd) manat olmaqla ondan, 2080 (iki min səksən) manat ödənilməmiş hissə, 364 (üç yüz altmış dörd) manat dəbbə pulu, ümumilikdə 2781 manat miqdarında borc yaranmışdır. Cavadehin cəmi ödədiyi məbləğ 730 manat manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti itirilmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mühahisəsiz olaraq penya ödəyir. Bununla əlaqədar iddiaçı “xxxx” MMC 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********78852 Samsung Galaxy A10 markalı telefon üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, cəmi 91 manat, 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********72927 Samsung Galaxy A10 markalı telefon üçün 189 (yüz səksən doqquz) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, cəmi 246 manat, 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən Kombi İmmergas üçün 2080 (iki min səksən) manat ödənilməmiş hissə, 364 (üç yüz altmış dörd) manat dəbbə pulu, cəmi 2444 manat, ümumilikdə 2781 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2811 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 22.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alqı-satqı qiyməti 315 (üç yüz on beş) manat (9 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********78852 Samsung Galaxy A10 markalı telefon almış və həmin əşyanı alınmasına görə 315 manat pulu 9 ay ərzində, 0 manat ilkin ödəniş ilə, hər ay 35 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 02.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********72927 Samsung Galaxy A10 markalı telefon almış və həmin əşyanı alınmasına görə 324 manat pulu 12 ay ərzində, 0 manat ilkin ödəniş ilə, hər ay 27 manat ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 16.10.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alqı-satqı qiyməti 2430 (iki min dörd yüz otuz) manat (18 ay x 135 manat + 0 manat ilkin ödəniş) Kombi İmmergas almış və həmin əşyanı alınmasına görə 2430 manat pulu 18 ay ərzində, 0 manat ilkin ödəniş ilə, hər ay 135 manat ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 27 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh “xxxx” ASC-yə 22.07.2019-cu tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 (üç yüz on beş) manat (9 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********78852 Samsung Galaxy A10 markalı telefon üçün 91 (doxsan bir) manat olmaqla ondan, 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə; 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********72927 Samsung Galaxy A10 markalı telefon üçün 246 (iki yüz qrıx altı) manat olmaqla ondan, 189 (yüz səksən doqquz) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2430 (iki min dörd yüz otuz) manat (18 ay x 135 manat + 0 manat ilkin ödəniş) Kombi İmmergas üçün 2444 (iki min dörd yüz qırx dörd) manat olmaqla ondan, 2080 (iki min səksən) manat ödənilməmiş hissə, 364 (üç yüz altmış dörd) manat dəbbə pulu, ümumilikdə 2781 (iki min yeddi yüz səksən bir) manat, ondan 2339 (iki min üç yüz otuz doqquz) ödənilməmiş əsas borc, 442 (dörd yüz qırx iki) cərimə borcu yaranmışdır. Mülki işin materiallarında olan 14 avqust 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019-cu, 02.09.2019-cu və 16.10.2019-cu il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 (üç yüz on beş) manat (9 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********78852 Samsung Galaxy A10 markalı telefonun 9 ay müddətinə ilkin ödənişsiz, hər ay 35 manat öədəmə şərtilə, 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********72927 Samsung Galaxy A10 markalı telefon 12 ay müddətnə ilkin ödənişsiz, hər ay 27 manat ödəmək şərtilə, 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2430 (iki min dörd yüz otuz) manat (18 ay x 135 manat + 0 manat ilkin ödəniş) Kombi İmmergas 18 ay müddətinə, ilkin ödənişsiz hər ay 135 manat ödəmək şərtilə nisəyə alış olsa da, müqaivlə üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə 22.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 91 (doxsan bir) manat olmaqla ondan, 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, 02.09.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 246 (iki yüz qrıx altı) manat olmaqla ondan, 189 (yüz səksən doqquz) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, 16.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 2444 (iki min dörd yüz qırx dörd) manat olmaqla ondan, 2080 (iki min səksən) manat ödənilməmiş hissə, 364 (üç yüz altmış dörd) manat dəbbə pulu 2781 manat , ondan 2339 ödənilməmiş əsas borc, 442 cərimə borcu borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 2339 ( iki min üç yüz otuz doqquz) manat məbləğində əsas borc Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 22.07.2019-cu, 02.09.2019-cu və 16.10.2019-cu il tarixli müqavilənin 2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2339 manat məbləğində əsas borca tənasübsüz olaraq 442 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 442 manat məbləğində cərimə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 2339 (iki min üç yüz otuz doqquz) manat məbləğində əsas borc və 20 manat hesablanmış dəbbə pulu, ümumilikdə 2369 manat məbləğində olan borc iddiaçı Cavabdeh tutularaq cavabdeh “xxxx” ASC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 27 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 2339 (iki min üç yüz otuz doqquz) manat məbləğində əsas borc və 20 manat hesablanmış dəbbə pulu, ümumilikdə 2369 (iki min üç yüz altmış doqquz) manat manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-955/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-955/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver