Məhkəmə qərarları › İş №2(010)-962/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-962/2021

24.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-962/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08.01.1994-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək və ərizəni müdafiə edərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 4 saylı evin 19 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Qızı 08.01.1994-cü il təvəllüdlü X6 2019-cu il fevral ayının 16-da avtoqəzada ağır xəsarətlər almışdır. Qəza nəticəsində ağır kəllə-beyin travması almış, lakin onun uzun müddət müalicə olunmasına baxmayaraq sol tərəfli iflic vəziyyətindədir. Onun ağlı hələ də yerində deyil, özü öz hərəkətlərini idarə edə bilmir. Uzun müddət ölkəmizdə və xarici ölkədə müalicə olunmasına baxmayaraq, hələ də hərəkətləri məhduddur. Xəstə qızına iddiaçı özü qulluq edir, lakin onun kənar şəxsin daim qulluğuna və yardımına ehtiyacı var. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 08.01.1994-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- X11 X5” X12 tərəfindən verilmiş T 224/2020 №-li, 14.11.2019-cu il tarixli ekspert rəyindən görünür ki, G.Əhmədovanın almış olduğu xəsarətlər-baş beyinin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, hər iki gicgah paylarında epidural hematoma, pnevmosefaliya, sol gicgah sümüyünün kəllə əsasına uzanan az yerdəyişən, sağ gicgah və ənsə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan açıq kəllə-beyin travması, hər iki ağciyərlərin kontuziyası, iki tərəfli pnevmotoraks, sol Vİ, Vİİ, Vİİİ qabırğaların sınığı ilə müşayiət olunan döş qəfəsinin küt travmasıbərk küt əşyanın (əşyaların) təsiri nəticəsində yaranmış, qərarda göstərilən şəraitdə və vaxtda yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmişin hal-hazırki sağlamlıq durumu yəni, keçirilmiş ağır açıq kəllə-beyin travmasından sonra yaranmış fəsadlar nəticəsində hərəkətsiz, yataq rejimində olması onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 27 aprel 2021-ci il tarixli, 1324 №li ekspert rəyində qeyd olunmuşdur ki, X4 baş beynin travması nəticəsində ağır demensiya müəyyən edilir. X6 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəfləri dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 08.01.1994-cü il təvəllüdlü X4 baş beynin travması nəticəsində ağır demensiya müəyyən edilməsinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08.01.1994-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar