Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-975/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qızı X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı ildə X16 ilə birgə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2005-ci il tarixdə X15 doğulmuşdur. Belə ki, qızı X1, kobud davranış, nitq və dayaq-hərəki aparatının pozuntuları, hemiplegik spastik serebral iflici xəstəliyindən əziyyət çəkir və orqanizmin funksiyalarının 85 faizi pozulmalıdır. Sözügedən xəstəliklərə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 4.1.2-ci maddəsinə əsasən X11 əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X15 öz hüquqlarını həyata keçirə bilmədiyindən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ehtiyacı yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 190915 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 və X9 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 772517 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 (atası X16, anası X13) xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 1197 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1/4544 nömrəli həkim psixiatr komissiyasının rəyindən müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X10 orta kəmağıllılıq, kobud davranış, nitq və dayaq-hərəki aparatının pozuntuları nəticəsində daima kənar şəxslərin himayəsinə ehtiyacının olması müəyyən edilmişdir. K.Y.Fərəcova adına X2 X12 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş epikrizin surətindən müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X15 xx.xx.2022-ci il tarixində həkim-məsləhət komissiyası tərəfindən konsultasiya olunmuş və diaqnoz (Əsas xəstəlik: G80.2 Hemiplegik spastik serebral iflic, Əsas xəstəliyin ağırlaşması: G81.1 Spastik hemiplegiya, Yanaşı xəstəliklər: F80 Nitq və dilin inkişafının spesifik pozuntusu və F78 Əqli gerilik) diaqnoz təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********3 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X14 anadangəlmə hər iki budun çıxığı, iki tərəflidisplastik koksartroz, bud-çanaq oynağının funksiya pozulması diaqnozu üzrə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışın surətindən müəyyən olunur ki, X10 aşkar edilmiş ümumi xəstəliyə (qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllılıq kobud davranış, nitq və dayaq-hərəki aparatının pozuntuları ilə daima kənar şəxslərin himayəsinə ehtiyacı var, yanaşı-hemiplegik spastik serebral iflici iq-44) uyğun olaraq xx.xx.2023-cü il tarixdə müddətsiz birinci dərəcə əllilik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 736 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən X10 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar – erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X7, 2 saylı X3 müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcə əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər – zaman görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraklaşdırma qabiliyyətinin zəifliyi, əhvali-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. X15 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X10 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X10 qeyd olunan əqli gerilik anadangəlmə patologiya ilə şərtlənmiş, kobud nevroloji əlamətlər və psixi inkişafın ləngiməsi formasında özünü göstərmişdir. X10 qeyd olunan əqli gerilik orta dərəcədə təzahür edir və kəskin ifadə olunmuş davranış pozuntuları ilə müşayiət olunur. X15 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 psixi vəziyyətinə görə faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. X10 əqli gerilik qeyd olunduğundan öz psixi vəziyyətinə görə iş üzrə izahat vermək qabiliyyətinə malik deyil. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş qızı X15 orta dərəcəli əqli gerilik diaqnozu ilə xəstədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə müddətsiz birinci dərəcə əllilik təyin edilmişdir. Əlilliyin səbəbi kimi ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişiklikləri və sümük toxumasının iriölçülü destruksiyaları nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması müəyyənləşdirilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixdə verilmiş 736 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, X10 orta dərəcəli əqli gerilik davranış pozuntuları müəyyən edilir, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, X15 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-975/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-975/2024
23.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver