Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-999/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsi və 756 manat qanunsuz olaraq yazılmış borcun **********04225 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2018ci il tarixindən onun xüsusi mülkiyyətindədir. Qeyd edilən yaşayış evini aldıqdan sonara qazın çəkilməsi üçün Cavabdeh İB-nə müraciət etmiş, Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və G-4 İtron Smart-kart tipli sayğac (abonent kodu: **********04225) quraşdırılmışdır. Cavabdeh tərəfindən qaz xəttinə sayğac çəkilərkən sayğaca rezin boru keçirilmişdir. Lakin iddiaçı Cavabdeh əməkdaşlarına bunun qeyri-qanuni olduğunu bildirdikdə, Cavabdeh əməkdaşları müvəqqəti rezin boru qoşulmalı olduğunu bildirdilər. Daha sonra xx.xx.2019-cu il tarixində Cavabdeh əməkdaşları ünvana gələrək, həmin sayğacdan kənar qeyri-qanuni qaz xəttinin qoşulması barədə ******* saylı Akt tərtib edərək ona 756 manat məbləğində cərimə hesablanmışdır. Bununla bağlı Cavabdehnə müraciət etsə də, müraciəti cavabsız olmuşdur. Hal-hazırda qazın kartına pul yüklədikdə Cavabdeh tərəfindən pulun müəyyən hissəsini əsassız hesablanmış borca çıxırlar. Cavabdeh əməkdaşları tərəfindən quraşdırılmış sayğac indiyədək səliqəli işlədilmiş və qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə edilməmişdir. Cavabdeh tərəfindən əsassız olaraq pul tələb edilməsi onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. Cərimə borcuna görə qazın verilişinə məhdudiyyət qoyulub. Bu səbəblə o, hazırda 756 manat məbləğində borcun silinməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, kənar xətdən istifadə etmədiyini, Cavabdeh nümayəndəsi Rəşad adlı oğlanın sayğac quraşdırılana qədər həmin xətti qoşduğunu, sayğac quraşdırılandan sonra isə xəttin söküldüyünü bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, sayğac 2019-cu ili noyabr ayında quraşdırılıb, cərimə pozuntunun aşkar olunduğu gündən 3 ay ərzində hesablanıb. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş seriya RX ******* № li çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 94C saylı sahənin bir hissəsi İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş ******* saylı “Akt” dan görünür ki, istehlakçı İddiaçı yaşadığı evə xx.xx.2019-cu il tarixdə qaz sayğacı quraşdırılmışdır. Quraşdırmanın səbəbi kimi yeni qeydiyyat göstərilmişdir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2019-cu i tarixli “Akt”dan görünür ki, istehlakçı İddiaçı məxsus mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri- qanuni istifadə edildiyi aşkar edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, İddiaçı (abonent kodu: **********04225) göstərildiyi qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus **********04225 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı 756 manat məbləğində borc hesablanmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı yaşadığı evi 2018-ci ildə almış, 2019-cu ilin noyabr ayının 21 də iddiaçı ilə cavabdeh qurum arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, elə həmin tarixdə də, iddiaçının evinə yeni qaz sayğacı quraşdırılmışdır. Tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilir ki, həmin tarixə kimi iddiaçının evində sayğac olmamışdır. Tərəflərin izahatlarından, həmçinin o da müəyyən edilir ki, iddiaçı kommunal xidmətlər (qaz, işıq və su təminatı) təmin edildiyindən sonra həmin evdə yaşamağa başlamışdır. Cavabdeh təşkilatın əməkdaşlarının qaz sayğacına baxış keçirilən zaman kənar xəttin aşkarlanması barədə Aktı xx.xx.2019-cu ildə tərtib edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillərdən boş sayğac yuvasında boruların bir birinə rezin şlanq vasitəsilə birləşdirildiyi əks olunmuşdur. Həmin fotoşəkillərin nə vaxt çəkildiyi müəyyən edilmir.Lakin, sayğacın xx.xx.2019-cu il də quraşdırıldığını, pozuntunun aşkar edilməsi barədə aktın isə xx.xx.2019-cu ildə tərtib edildiyini nəzərə alınsa, hesab edilir ki, fotoşəkillər sayğac quraşdırılmamışdan əvvəl çəkilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli aktın məzmununa görə əməkdaşlar sayğaca baxış keçirən zaman kənar qoşulma aşkar etmişlər, fotoşəkildə isə sayğac yuvasının boş olduğu görünür. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının həmin evdə yaşamağa başladıqdan sonra qaz sayğacını yuvadan çıxarıb boruları bir birinə rezin şlanq vasitəsilə birləşdirməsi faktı öz təsdiqini tapmır. Sayğac quraşdırılmamışdan qabaq isə belə halın mövcud olması, hansı müddətdə davam etməsi işə əlavə edilən sənədlərdən görsənmir. Nəzərə alınmalıdır ki, xx.xx.2019-cu il tarixində ünvana yeni sayğac quraşdırılarkən kənar xəttin olması ilə bağlı hər hansı qeyd tərtib edilməmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçıya cərimə hesablandığını əhatə edən dövr ünvanda faktiki olaraq sayğac olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iddia tələbinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi hissəsini əsaslı saymır. Belə ki, işə əlavə edilmiş fotoşəkillərdən sayğacdan qoşulma faktının olması halı görünür. Lakin, onun iddiaçı tərəfindən edildiyi, edilibsə hansı müddətlərdə edildiyi müəyyən edilmir. Aktın ləğv edilməsi isə həmin faktın olmaması anlamına gəlir. Ona görə də, məhkəmə iddia tələbini bu hissədə əsaslı saymır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********04225) hesablanmış 756 manat məbləğində borc silinsin. İddia aktın ləğv edilməsi hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-999/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-999/2021
25.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver