Məhkəmə qərarları › İş №2(011)-100/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-100/2023

27.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-100/2023 27.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh X15 iştirakı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnamənin etibarsız edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13 qarşı xx.xx.2007-ci il tarixində vəfat etmiş miras qoyan X5 miras qalmış əmlaklara dair Bakı şəhəri 6 saylı Notariat Ofisində xx.xx.2008-ci ildə açılmış vərəsəlik işi üzrə xx.xx.2008-ci il tarixdə 2V- 9, 2V-10, 2V-11 və 2V-İ2 reyestrlə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, İddiaçı1 və İddiaçı2 mirası qəbul etməsi faktı müəyyən edilməsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9, Bakı şəhəri Naxçıvanski küçəsi, ev 86, mənzil 14, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas, 2,6 kv.nı. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın İ-ci mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsindən ibarət miras əmlaklar üzrə İddiaçı1 ¼ hissədə, İddiaçı2 ¼ hissədə, Cavabdeh2 ¼ hissədə, X8 ¼ hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci ildə vəfat etmiş mərhum miras qoyan X9 vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, X18, X22 və X10 olmuşdur. İddiaçının atasından vərəsələrə bir çox miras əmlak qalmışdır. İddiaçıların atası öldükdən sonra vərəsələr razılaşmışlar ki, miras əmlakın idarə edilməsini böyüq qardaş kimi Elşad həyata keçirsin. X20 yaşayır, digər vərəsələr Bakı şəhərində yaşayırlar. İddiaçı1 26 may 2022-ci il tarixində qardaşı Elşadın yoldaşı Vəfa ilə söhbət edərkən Vəfa ona demişdir ki. bacısı Aygün mərhum atalarından qalan miras əmlakları satmaq istəyir. Qardaşı Elşad 8 iyun 2022-ci il tarixində sənədləri notarial qaydada təsdiq edərək ona vermiş və o, həmin gün 8 iyun 2022-ci il tarixində mülkiyyət hüququna dair çıxarışlarda bacısı Aygünün adının olduğuna tam əmin olmuşdur. Vəkil sorğu verərək Dövlət Notariat Arxivindən müvafiq vərəsəlik işi ilə bağlı sənədləri əldə etmişdir. Aşkar olunmuşdur ki, iddiaçıların adından mirasdan imtina ərizələrinə imza atılıb, imzalar onların deyil, imzalar oxşadılaraq çəkilib, bacısı Aygünün mirasdan imtina ərizəsi isə işdə уox idi. halbuki Aygün mirasdan imtina ərizəsi vermişdi. Bacısı Aygünün 6 saylı Notariat Ofisində eyni gündə həm mirasdan imtina, həm də ona vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizəsini təsdiq etdirdiyi məlum oldu. Bu bir-birinə zidd ərizələri Aygün eyni notariat kontorunda - 6 saylı Notariat Ofisində vermişdir. Qardaşı Elşadın sözügedən sənədlərdən bir müddət sonra xəbəri olsa da, iddiaçıların baş verənlərdən indiyə kimi xəbəri olmamışdır. Daha sonra Ramiz adlı vəkil də onlara yaxınlaşmış və bəzi sənədlərə imza atmaqlarını təkid etmişdir. Ramiz daha sonra notariat ofisinə gələrək orada da kitablara imza etmək lazım olduğunu söyləmişdir, onlar 14 iyun 2021-ci il tarixdə 6 saylı notariat ofisinə getmiş və kitablarda imza etmişlər (sadəcə kitablarda). Hazırda mübahisələndirilən sənədlər ilə və kitablarda onların xx.xx.2021-ci il tarixdə imza etdiyi qeyd olunub, halbuki onlar notariusa xx.xx.2021ci ildə gedib imza elmişlər. Vərəsəlik işinin içində olan, iddiaçının mirası qəbul etmədiyinə dair notariat qaydasında təsdiq olunan ərizədəki (xx.xx.2007-ci il tarixində Bakı şəhəri 6 saylı Dövlət Notariat kontorunun dövlət notariusu Ə.L.İmanov tərəfindən təsdiq edildiyi, reyestrdə 7F 30846 nömrə ilə qeyd edildiyi yazılıb) imza iddiaçının imzası deyildir. Həmçinin həmin vərəsəlik işində olan bacısı İddiaçı2 mirası qəbul etmədiyinə dair notariat qaydasında təsdiq olunan ərizədəki (xx.xx.2007-ci il tarixində Bakı şəhəri 6 saylı Dövlət Notariat kontorunun dövlət notariusu Ə.L.İmanov tərəfindən təsdiq edildi) reyestrdə ******* nömrə ilə qeyd edildiyi yazılıb) imza Firuzənin imzası deyildir. Onlar sözügedən ərizələrə imza etməmişlər, onlar Ramizin (vəkil, hüquqşünas) təqdim etdiyi ərizələrə, hansıki oradakı mətndə miras əmlakın idarəçilik səlahiyyətlərinin qardaşı Elşada verilməsi barədə yazılırdı, o ərizəyə imza etmişlər. Qeyri-dəqiqliyi mötəbər sübutlarla təsdiq edilən aşağıdakı mülkiyyət sənədləri Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar müvafiq hissədə ləğv olunmalıdır:Bakı şəhəri. Xətai rayonu. Zığ yolu küçəsi, ev 9. mənzil İ/9-a dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (reyestr nömrəsi: ********.317-05101- 093009. qeydiyyat nömrəsi: **********. qeydiyyat tarixi: xx.xx.2022), Bakı şəhəri. Xətai rayonu. Zığ yolu küçəsində istifadədə olan 0.0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas. 2,6 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (reyestr nömrəsi: **********0-05101-083002. qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2008) Bakı şəhəri. Xətai rayonu. Zığ yolu küçəsində istifadədə olan 0.0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın l-ci mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın Dövlət reyestrindən Çıxarış (reyestr nömrəsi: **********0-05101-083001. qeydiyyat nömrəsi: **********. qeydiyyat tarixi: xx.xx.2008). Qeyd olunan Çıxarışlarda hüquq sahiblərinin hər birinin payları 1/3 Hüquq sahibləri kimi isə Cavabdeh1. Cavabdeh3. Cavabdeh2 qeyd olunub. Göründüyü kimi Abbasova (Həsənova) Aygün Babək qızının hüquqları qanuna zidd şəkildə tərtib edilmiş vərəsəlik şəhadətnamələrinə əsasən daşınmaz, əmlakın dövlət reyestrində qeydiyyata alınmış və aparılmış həmin qeydiyyat "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Cavabdeh Abbasova (Həsənova) Aygün Babək qızının mülkiyyət hüququnun əmələ gəlməsi etibarsız olduğundan hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) də ləğv edilməlidir. İddiaçı1 və İddiaçı2 miras əmlakı qəbul etməkdən imtina etmədikləri təsdiq olunduğundan onların mirası qəbul etməsi faktı müəyyən olunur. Beləliklə İddiaçı1 və İddiaçı2 qanunla miras əmlakı qəbul etmiş olmaları öz təsdiqini tapmışdır. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya qəbuk edərək edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, verdiyi ifadəində qeyd etmişdir ki, iddiaçının mirasın dörd nəfər arasında bölünməsindən məlumatı olmamışdır. Belə ki, o, mütəmadi olaraq miras əmlakdan əldə edilən gəlirindən iddiaçılara düşən payı onlara göndərmişdir. Cavabdeh X18 məhkəməyə iddiaya etirazla müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. O eyni zamanda iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh X23 məhkəməyə iddiaya etirazla müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə digər sübutları təhlil edərək belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X19 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X22 və X1 Babək İmamqulu oğlunun vərəsəsi olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9, Bakı şəhəri Naxçıvanski küçəsi, ev 86, mənzil 14, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas, 2,6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 1-ci mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi X14 məxsus olmuşdur. xx.xx.2008-ci il tarixdə Cavabdeh1, X22 və X3 ərizəsi əsasında X11 qalan miras əmaklar haqqında vərəsəlik işi açılmışdır. Vərəsələrdən İddiaçı1 xx.xx.2007-ci il tarixdə, İddiaçı2 xx.xx.2007-ci il tarixdə miras əmlakı qəbul etmədikləri və etməyəcəkləri barədə ərizə ilə müraciət etmişlər. Daha onra X10 xx.xx.2007-ci il tarixdə, X22 xx.xx.2008-ci il tarixdə, Cavabdeh1 xx.xx.2008-ci il tarixdə ərizəylə müraciət edərək miras əmlaklardan onlara çatası paydan imtina etmişlər. Lakin həmin əriələr miras paydan imtina ərizələrinin verilməsi üçün müəyyən edilmiş beş aylıq müddət ötürülməklə verdildiyindən notarius tərəfindən nəzərə alınmamışdır. xx.xx.2008-ci il tarixdə vərəsələrdən Cavabdeh1, X22, Cavabdeh3 və Cavabdeh2 miras əmlakların hər birinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. X2 vəfat etmişdir, onun yeganə vərəsəsi olan əri miras əmlaklardan imtina etmişdir. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 9 ünvanında yerləşən qeyri yaşayış sahəsi (ü/s-30.6 kv.m) 002032 saylı, 11,07.2002-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”yə əsasən xx.xx.2008-ci il tarixdə X9 adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 6 saylı DNK-nın 2V 11 reyestr nömrəli xx.xx.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən həmin qeyri-yaşayış sahəsi hər birinə 1/4 hissə olmaqla X16, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 9 ünvanında yerləşən qeyri yaşayış sahəsi (ü/s- 50.1 kv.m) 000399 saylı, xx.xx.2000-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2008-ci il tarixdə X9 adına dövlət reyestrində Bakı şəhəri 6 saylı DNK-nın 2V 12 reyestr nömrəli xx.xx.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən həmin qeyriyaşayış sahəsi hər birinə 1/4 hissə olmaqla X16, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 adına qeydiyyata alınmışdır. ünvan 2 ünvanı (y/s-16,7 kv.m, 1 otaqlı, 1/9 saylı mınzil) ünvan 3ömrəli xx.xx.2005- ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 6 saylı DNK-nın 2V 10 reyestr nömrəli xx.xx.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə’’yə əsasən həmin mənzil hər birinə 1/4 hissə olmaqla X16, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 adına qeydiyyata alınmışdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 2V-63 reyestr nömrəli 01,02.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən hər birinə 1/3 hissə olmaqla Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilmişdir. ünvan 4 ünvanı X9 adına 027804 saylı xx.xx.2001-ci il tarixli orderə, Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 351 saylı sərəncama, xx.xx.2001 -ci il tarixli forma 2 arayışına, habelə X12 razılıq ərizəsinə əsasən ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 6 saylı DNK-nın 2V 09 reyestr nömrəli xx.xx.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən həmin mənzil hər birinə 1/4 hissə olmaqla X16, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), birinci növbədə, bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə qeyd edir ki, “Notariat haqqında” Qanunun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 15-ci bəndinin mərhum X6 vərəsəlik işinin aparıldığı dövrdə qüvvədə olan redaksiyasına əsasən notariat hərəkətləri dövlət notariat ofisi yerləşən və ya xüsusi notarius işləyən binada (otaqda) aparılmalıdır. Həmin Qaydaların 20-ci bəndinə əsasən notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya xüsusi notariusun köməkçisinin iştirakı ilə imzalanır. Əgər əqd, ərizə və ya başqa sənəd notariusun və ya xüsusi notariusun köməkçisinin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs notariusun və ya xüsusi notariusun köməkçisinin iştirakı ilə yenidən imzalamaqla, həmin sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Həmin Qaydaların 25-ci bəndinə əsasən notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanı göstərilməklə ixtisarsız yazılmalıdır. Yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Mülki Məcəllənin müddəalarına görə miras paydan imtina notariusda rəsmiləşdirilməli olduğu halda, iddiaçıların bununla bağlı ərizələri notariusda rəsmiləşdirilməmişdir. Buna aşağıdakı hallar dəlalət edir. Birincisi, iddiaçılar tərəfindən imzalanmış ərizələrin mətni X23, X22 və X10 tərəfindən imzalanmış və qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmiş ərizələrin məzmunundan fərqlidir. Digər tərəfdən notariusda iddiaçılar tərəfindən imzalanmış ərizələrdə imzalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli, 148 nömrəli qərarı ilə təsdiq edilmiş imzanın həqiqiliyinin təsdiq qeydinin formasına uyğun təsdiq edilməmişdir. Ərizələrin notarial qaydada təsdiq edilmədiyi məhkəmə iclasında iddiaçılar və Cavabdeh2 verdiyi izahatlarda da öz təsdiqini tapır. Göründüyü kimi, ərizələr nə “Notariat haqqında” Qanunun, nə də ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ı ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdir. Digər tərəfdən, sözü gedən ərizələrin mətni də Mülki Məcəllənin müvafiq müddəalarına uyğun tərtib edilməmişdir. Belə ki, ərizədə iddiaçıların miras əmlakı qəbul etmədikləri və etməyəcəkləri qeyd edilmişdir. Halbuki, Mülki Məcəllənin 1256-cı maddəsində birmənalı olaraq, vərəsə tərəfindən miras əmlakdan imtinaya dair ərizənin təqdim edilməsi nəzərdə tutulub. Məhkəmə iddiaçılar və Cavabdeh2, ərizələrin miras əmlakların idarə edilməsinin Cavabdeh2 verilməsi məqsədilə imzalandığını, miras əmlakdan əldə edilmiş gəlirlərin iddiaçılara düşən paylarını mütəmadi olaraq onlara göndərilməsi, miras əmlakın vərəsələr arasında əsl bölgüsünün hansı qaydada aparıldığından iddiaçıların məlumatsız olduğuna dair izahatlarını da nəzərə alaraq belə qənaətə gəlir ki, qeyd edilən ərizələr iddiaçıların əsl iradə ifadəsini əks etdirmir. Eyni zamanda iddiaçıların bu dəlili Abbasova Aygün tərəfindən onun imzaladığı ərizənin də, Cavabdeh2 miras əmlakları idarə etmək səlahiyyətinin ötürülməsi ilə bağlı olduğuna dair izahatı ilə üst-üstə düşür. Odur ki, həmin ərizələr qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmədiyindən və Mülki Məcəllə ilə əqdə dair tələblərə uyğun olmadığından etibarsızdır və miras əmlakın bölgüsü zamanı nəzərə alına bilməzdi. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (MM 324.1-ci maddə). Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir (MM 324.3-cü maddə). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM 324.5-ci maddə). Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir (MM 324.6-cı maddə). Məhkəmə qeyd edir ki, iddiaçılara miras qalmış əmlakdan əldə edilən gəlirlərin onlara çatası hissəsinin ödənilməsi onlar tərəfindən miras əmlakın faktiki qəbul edilməsi kimi qiymətləndirilməlidir. Belə ki, digər vərəsə olan Cavabdeh1 əmlaka dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınsa da, tərəflər arasında mövcud olmuş razılaşmaya əsasən miras əmlaka nə sahiblik, nə də istifadə etməmişdir. Miras əmlak Cavabdeh2 tərəfindən idarə edilmiş, əldə edilmiş gəlir vərəsələr arasında bölüşdürülmüşdür. Belə olan halda, vərəsələr arasında əldə edilmiş razılığa əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 digər vərəsələr ilə eyni şəkildə miras əmlakı faktiki qəbul etmiş hesab edilməlidirlər. Belə ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243.3-cü maddəsi). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, xx.xx.2007-ci il tarixində vəfat etmiş miras qoyan X5 miras qalmış əmlaklara dair Bakı şəhəri 6 saylı Notariat Ofisində xx.xx.2008-ci ildə açılmış vərəsəlik işi üzrə xx.xx.2008-ci il tarixdə 2V- 9, 2V-10, 2V-11 və 2V-İ2 reyestrlə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, İddiaçı1 və İddiaçı2 mərhum X4 qalmış Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9, Bakı şəhəri Naxçıvanski küçəsi, ev 86, mənzil 14, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas, 2,6 kv.nı. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın İ-ci mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilərək, rəhmətə getmiş X16 vərəsəsinin olmadığını nəzərə alınmaqla, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9, Bakı şəhəri Naxçıvanski küçəsi, ev 86, mənzil 14, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas, 2,6 kv.nı. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın İ-ci mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsindən ibarət miras əmlaklar üzrə İddiaçı11/5 hissədə, İddiaçı2 1/5 hissədə, Cavabdeh2 1/5 hissədə, X8 1/5 hissədə, Cavabdeh1 1/5 hissə payı müəyyən edilməlidir. Məhkəmə cavabdeh X8 iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddia ərizəsindən göründüyü kimi, mübahisəli miras əmlaklara dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr İddiaçı1 26 may 2022-ci il tarixində Cavabdeh2 həyat yoldaşı ilə söhbət edərkən məlum olmuşdur. Daha sonra iddiaçı miras əmlaklara dair vərəsəlik işinin ona təqdim edilməsi ilə bağlı notariusa müraciət etmiş və notarius xx.xx.2022-ci il tarixində notariat işinin təsdiq olunmuş surətini iddiaçıya təqdim etmişdir. Göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2007-ci il tarixində vəfat etmiş miras qoyan X5 miras qalmış əmlaklara dair Bakı şəhəri 6 saylı Notariat Ofisində xx.xx.2008-ci ildə açılmış vərəsəlik işi üzrə xx.xx.2008-ci il tarixdə 2V- 9, 2V-10, 2V-11 və 2V-İ2 reyestrlə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. İddiaçı1 və İddiaçı2 mərhum X4 qalmış Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9, Bakı şəhəri Naxçıvanski küçəsi, ev 86, mənzil 14, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas, 2,6 kv.nı. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın İ-ci mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilsin. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9, Bakı şəhəri Naxçıvanski küçəsi, ev 86, mənzil 14, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m sahədən ibarət qeyriyaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 1-ci mərtəbəsində 50.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsindən ibarət miras əmlaklar üzrə İddiaçı1 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, Cavabdeh2 1/5 hissədə, X8 1/5 hissədə, Cavabdeh1 1/5 hissədə payı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar