Məhkəmə qərarları › İş №2(011)-1006/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1006/2023

24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1006/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi-Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2344-cü məhəllə,136 saylı evin 68 saylı mənzilə hüququnu müəyyən edən X2 komitəsinin və mənzil məişət komissiyasının birgə iclasının 24 saylı, 28 iyun 2002-ci il tarixli protokolundan çıxarışın, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 421 savlı, xx.xx.2002-ci il tarixli sərəncamının arxiv çıxarışının və Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 030545 saylı, 17 iyul 2002-ci il tarixli orderin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Bakı metropolitenin müdriyyətinin,X2 komitəsinin və mənzil məişət komissiyasının birgə iclasının 28 iyun 2002-ci il tarixli qərarı, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 421 saylı, xx.xx.2002-ci il tarixli sərəncamına və Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 030545 saylı, 17 iyul 2002-ci il tarixli orderə əsasən mənzil növbəsində olan metropoliten işçisi və Qarabağ müharibəsi əlili kimi ona 3 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi,M.Hadi küçəsi, 2344- cü məhəllə, 136 saylı evin 68 saylı mənzil verilmişdir və həmin tarixdən o, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar və qeydiyyatdadırlar. 2002-ci ildən ona məxsus olan və ailə üzvləri ilə birlikdə yaşadığı həmin mənzili özəlləşdirmək istəyir, lakin yaşadığı mənzilə hüququ müəyyən edən yuxarıda qeyd edilən sənədlərdə ata adı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən ata adı ilə düz gəlmir. Belə ki, onun şəxsiyyət vəsiqəsində, diplomunda və digər sənədlərində ata adı kimi Mölağa oğlu göstərildiyi halda ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə hüququnu müəyyən edən yuxarıda qeyd edilən sənədlərdə ata adı kimi Mollağa (sərəncamda Mollaağa) oğlu qeyd edilmişdir. Bununla da, ona məxsus olan və ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2344-cü məhəllə, 136 saylı evin 68 saylı mənzili özəlləşdirməyi üçün həmin mənzilə hüququnu müəyyən edən sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Ərizəçi, onu nümayəndəsi və vəkili məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı metropolitenin müdriyyətinin X2 komitəsinin və mənzil məişət komissiyasının birgə iclasının 24 saylı, 28 iyun 2002-ci il trixli protokolundan çıxarışdan görünür ki, Əhmədli qəsəbəsi,M.Hadi küçəsi, 2344- cü məhəllə, 136 saylı evin 68 saylı mənzili Ərizəçi Mollağa oğluna verilmişdir. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 421 savlı, xx.xx.2002-ci il tarixli sərəncamının arxiv çıxarışından görünür ki, ərizəçinin adı Ərizəçi Mollağa kimi qeyd olunmuşdur. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 030545 saylı, 17 iyul 2002-ci il tarixli orderdən görünür ki, ərizəçinin adı Ərizəçi Mollağa kimi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən verilmiş 057213 saylı vəsiqədə ərizəçinin adı Ərizəçi Molağa oğlu qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 037210 saylı vəsiqədə ərizəçinin adı Ərizəçi Molla oğlu qeyd edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, ərizəçinin arvadıdır.Ərizəçinin atasının adı Mölağadır. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, ərizəçinin dostudur. Ərizəçinin ata adı sənəddə Mölağadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Beləliklə işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi,M.Hadi küçəsi, 2344- cü məhəllə, 136 saylı evin 68 saylı mənzil verilmişdir. Ərizəçini mənzilə hüququnu müəyyən edən X2 komitəsinin və mənzil məişət komissiyasının birgə iclasının 24 saylı, 28 iyun 2002-ci il tarixli protokolundan çıxarışda, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 421 savlı, xx.xx.2002-ci il tarixli sərəncamının arxiv çıxarışında və Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 030545 saylı, 17 iyul 2002-ci il tarixli orderdə onun ata adı səhvən “Mollağa” kimi göstərildiyindən, o həmin mənzili özəlləşdirə bilmir. Məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2344-cü məhəllə,136 saylı evin 68 saylı mənzilə hüquq müəyyən edən Bakı metropolitenin müdriyyətinin X2 komitəsinin və mənzil məişət komissiyasının birgə iclasının 24 saylı, 28 iyun 2002-ci il tarixli protokolundan çıxarışın, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 421 savlı, xx.xx.2002-ci il tarixli sərəncamının arxiv çıxarışının və Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 030545 saylı, 17 iyul 2002-ci il tarixli orderin Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2344-cü məhəllə,136 saylı evin 68 saylı mənzilə hüquq müəyyən edən Bakı metropolitenin müdriyyətinin X2 komitəsinin və mənzil məişət komissiyasının birgə iclasının 24 saylı, 28 iyun 2002-ci il tarixli protokolundan çıxarışın, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 421 savlı, xx.xx.2002-ci il tarixli sərəncamının arxiv çıxarışının və Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 030545 saylı, 17 iyul 2002-ci il tarixli orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar