Məhkəmə qərarları › İş №2(011)-1011/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1011/2023

08.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1011/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən evinə əsassız olaraq hesablanmış 489,60 manat cərimə borcunun siliməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ilə müraciət edərək, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, səbəb kimi “səhhəti və yolun uzaq olmasını” göstərmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdə keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, mülki iş sadələşdirilmiş icraat (kiçik iddia) qaydasında məhkəməyə daxil olmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş, obyektiv və hərtərəfli baxılması ilə əlaqədar məhkəmə prosesinin çəkişmə prinsipinə əməl etməklə keçirilməsi zərurətini nəzərə alaraq, əlavə araşdırma zərurəti olduğundan iddia icraatına keçirilmişdir. Həmçinin iddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir, məhkəmə, mülki işin obyektiv və hərtərəfli baxılması və mübahisənin vəziyyətinin müzakirə edilməsi zərurətini nəzərə alaraq, iclasın iddiaçının iştirakı ilə keçirilməsini zəruri hesab etmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasını təxirə salaraq, 2(011)-1011/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla İddiaçı rəsmi qaydada müraciət etmişdir. Bununla belə, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mübahisə istehlakçının hüququnun müdafiəsi barəsində olduğundan, iddiaçı, hazırki iddia ərizəsi ilə cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsi ilə yanaşı, öz seçməsinə görə yaşadığı yer, müqavilənin bağlandığı və ya icra edildiyi yer üzrə də aidiyyəti məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar