Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1014/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2022-ci ilin may ayının 5-də iddiaçının istifadəsində olan G-4 markalı, 1402AZ**********61 nömrəli elektron (smart) sayğac Cavabdeh İB-nin Xəzər Rayon Qaz İstismar Sahəsinin nümayəndələri tərəfindən yeni mexaniki qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılan həmin qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, yoxlama zamanı sayğacın xəta ilə işlədiyi müəyyən edilmiş və iddiaçıya 87 manat məbləğində borc hesablanmışdır. Bu məsələ ilə əlaqədar xx.xx.2022-ci il tarixində şəxsən Bakı Regiaonal Qazın Satışı Departamentində olmuşdur. Məsələnin yerində araşdırılması üçün iddiaçı Cavabdeh İB-nin Baş direktorunun satış üzrə müavini cənab Rəşad Cavadovun adına ərizə yazmışdır. Həmin ərizənin araşdırılması ilə əlaqədar BRQSD-nin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, SOCAR**********630560046X02425 nömrəli cavab məktubunda bildirilmişdir ki, G-4 markalı, 1402AZ**********61 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar müəyyən edilmiş uçota alınmayan 725 kub metr qaz sərfinə, dəyəri 87 manat olmaqla hesabat aparılmışdır. İddiaçıya hesablanmış borcu əsassız hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin Metrologiya departamentinin tərtib etdiyi “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-01884-1 nömrəli aktın 133-cü bəndində “Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil, yivli birləşmələrdə korroziya izi mövcuddur. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkarlanmayıbdır. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır.” qeyd edilmişdir. Aktdan göründüyü kimi sayğacda kənar təsir izləri aşkar edilməmişdir. Yəni sayğacda yaranmış bu xətalar texniki xətalardır. Köhnə qaz sayğacına iddiaçı tərəfindən hər hansı bir qanunsuz müdaxilə edilməsi faktı müəyyən olunmamışdır. İddia ərizəsində göstərilənləri nəzərə alaraq iddiaçı, Cavabdeh İB (Bakı Regional Qazın Satışı Departamenti) tərəfindən İddiaçı **********00000 saylı abonent koduna əsassız olaraq vurulmuş 87 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-i tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı abonent koduna sonuncu borc 2022-ci il üçün 87 manat qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-01884-1 nömrəli aktın surətindən məlum olur ki, G-4 markalı, 1402AZ**********61 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və “Sayğacın klapanı işlək deyil, yivli birləşmələrdə korroziya izi mövcuddur. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkarlanmayıbdır. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır.” qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-i tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-01884-1 nömrəli aktın surətində “Sayğacın klapanı işlək deyil, yivli birləşmələrdə korroziya izi mövcuddur. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkarlanmayıbdır. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının evinə dair hesablanmış 87 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış 87 (səksən yeddi) manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı X1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evə dair hesablanmış hesablanmış 87 (səksən yeddi) manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1014/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1014/2023
20.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver