Məhkəmə qərarları › İş №2(011)-1027/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1027/2024

29.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1027/2024 29.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “X2 Agentliyi” Publik hüquqi şəxsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Bakı şəhəri, Heydər Əliyev prospekti, NGM Group MTK, blok 1, 10A nömrəli (yeni nömrəsi ilə 9) mənzili 05 may 2022-ci il tarixdə "xxxx" MMC-dən əvvəlki sahibi X1 razılığı ilə satın almışdır. Həmin vaxtdan mənzildə olan “Zenner” markalı qaz sayğacı ilə mənzilə quraşdırılmış qazın uçotu aparılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin Nərimanov Rayon Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və yeni qaz sayğacı quraşdırılmışdır. Daha sonra guya qaz sayğacına müdaxilə edildiyi qeyd edilərək, sayğacın abonent hesabına 2073,26 manat məbləğində borc işlənmişdir. Aktda əsas kimi, sayğacın səslə işləyərək sərfiyyatı qeyd etməməsi və zavod plombuna yad cisimlə toxunulması qeyd edilmişdir. Halbuki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Bundan əlavə, aktın məzmunundan da göründüyü kimi, sayğacın nasazlığı ilə bağlı qeyd edilən səbəblər qətiyyən sayğacın uçotu düzgün aparıb-aparmaması ilə əlaqəli deyildir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş akt tamamilə etibarsız və hesablanmış borc tamamilə əsassızdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və hesablanmış 2073,26 manat borcun İddiaçı (əvvəlki istifadəçisi X1) **********10100 kodlu abonent hesabından silinməsi öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X8 izahatında cavabdeh tərəfindən tərtib edilmiş aktda müəyyən edilmiş qüsurların absurd olduğunu, iddia tələbinin əsaslı oduğunu, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2023-cü il tarixli ******* saylı aktın surətindən məlum olur ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanına aid sayğaca baxış keçirilmiş, aktda “sayğacın hesablama mexanizminin qoruyucu şüşənin üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var, sayğac sərfiyyatı qeyd etmir.” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan “4 x 24 x180=17280 m3” kimi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən 25 oktyabr 2023-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, X1 (abonent kodu: 10**********101) 2073,26 manat borcu vardır. İş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanan 05 may 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blkoundan şirkət ilə X6 arasında bağlanmış S115 saylı, 09 aprel 2018-ci il tarixli müqaviləyə əsasən köhnə ilə 10/A, yeni ilə 9 saylı, 74.00 m2 təmirli mənzili (Nərimanov Rayon İcra Hakimiyyəti arasında bağlanmış 15 avqust 2017-ci il tarixli müqaviləyə əsasən) Bakı şəhəri 46 saylı notariat ofisində 05 may 2022-ci il tarixində yazılmış **********371 saylı imtina ərizəsinə əsasən alıcının mülkiyyətinə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2023-cü il tarixli ******* saylı aktın surətində “sayğacın hesablama mexanizminin qoruyucu şüşənin üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var, sayğac sərfiyyatı qeyd etmir” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının faktiki yaşadığı evinə dair hesablanmış 2073,26 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mənzilin mülkiyyətçisinin 2022-ci ilin may ayında dəyişməsinə baxmayaraq, 25 oktyabr 2023-cü il tarixli bildiriş- xəbərdarlıqda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, NGM Group MTK, blok 1, 10A saylı mənzilinə münasibətdə abonent kimi X4 göstərilmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzilə (Abonent kodu: 10**********101) dair hesablanmış 2073,26 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 40.74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı faktiki istifadəsində olan ünvan 2 ünvanında (abonent kodu: 10**********101) yerləşən mənzilə dair əsassız hesablanmış 2073,26 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 40.74 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar