Məhkəmə qərarları › İş №2(011)-1029/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1029/2021

17.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1029/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ona məxsus fərdi evə (abonentin kodu: **********21400) hesablanmış 4334,70 manat borcun “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.03.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli 2(011)-6721/2020 saylı iddianı təmin etmə tədbiri barədə qərardadı ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən İddiaçı məxsus evdə (abonentin kodu: **********21400) təbii qazın verilməsinin dayandırılması və həmin ünvan üzrə hesablanmış borcun smart kartdan tutulması «Azəriqaz» İstehsalat Birliyinə qadağan olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barəsində ərizə verdiyindən, qarşı tərəf isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Abşeron rayonu, Digah qəsəbəsində yerləşən İddiaçı məxsus evdə (Abonentin kodu: **********21400) təbii qazın verilməsinin dayandırılması və həmin ünvan üzrə hesablanmış borcun smart kartdan tutulması «Azəriqaz» İstehsalat Birliyinə qadağan olunması haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli 2(011)- 6721/2020 iddianı təmin etmə tədbiri barədə qərardadı ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar