Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1031/2023 10.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə pul tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 333 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2021-ci il tarixli MAS-4165 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar LX” markalı. **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X2 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir:
1. EQ10675560 saylı protokola görə 9 manat;
2. EQ 10675557 saylı protokola görə 36 manat
3. EQ10675558 saylı protokola görə 36 manat
4. EQ 10675552 saylı protokola görə 36 manat
5. EQ 10675550 saylı protokola görə 54 manat
6. EQ8740609 saylı protokola görə 36 manat;
7. EQ8740597 saylı protokola görə 36 manat;
8. EQ8740598 saylı protokola görə 36 manat;
9. EQ8740603 saylı protokola görə 54 manat. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 333 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X1 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.
Tərəflərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə iştirakları olmadan baxıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş:
İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-4165 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən lizinq verən müqavilənin predmeti olan avtomobili lizinq alanın sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 9 avqust 2021- ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarınada olan xx.xx.2022-ci il tarixli, 4232 saylı pretenziya məktubunun surətindən müəyyən olunur ki. “Azərmaş MMC tərəfindən ödənilmiş AR DYP- nin cərimələrinə görə 333 manat məbləğində pulun ödənilməsi, əks təqdirdə həmin pulun məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən və hesab üzrə çıxarışdan görünür ki, EQ10675560 saylı protokola görə 9 manat; EQ 10675557 saylı protokola görə 36 manat, EQ10675558 saylı protokola görə 36 manat, EQ 10675552 saylı protokola görə 36 manat, EQ 10675550 saylı protokola görə 54 manat, EQ8740609 saylı protokola görə 36 manat; EQ8740597 saylı protokola görə 36 manat; EQ8740598 saylı protokola görə 36 manat; EQ8740603 saylı protokola görə 54 manat, cəmi 333 manat cərimə məbləğləri "xxxx" MMC tərəfindən Daxili İşlər Nazirliyi BDYPİ-ə ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 21.1- ci maddəsinə əsasən "zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21,2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər. əmlakından məhrum olması və ya əmlakının zədələnməsi( real zərər ), habelə hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxarana təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir.( hərəkət və ya hrəkətsizlikdir)”. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən “hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti ( nəqliyyat vasitələrindən. mexanizmlərindən istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s nəticəsində mülki hüquq pozuntusu törətmiş və fiziki hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”.
Məhkəmənin mövqeyi:
Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC, və Cavabdeh arasında bağlanmış 9 avqust 2021-ci il tarixli MAS-4165 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar LX” markalı. **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. İnzibati xəta haqqında protokollara görə AR DYP-nin cərimələrinə görə 333 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, İnzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 333 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC – nin xeyrinə ödənilməlidir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra- MPM) 119.1-ci maddəsinə əsasə məkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi: İddia təmin edilsin. Cavabdeh 333 (üç yüz otuz üç) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı MMC–nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Sahibə Hacıyeva