Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-104/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Baxşev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi və Cavabdeh 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 yanvar 2023-cü il tarıxə 416.76 manat gecikdirilmiş əsas, 431.61 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 321.17 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dovlət qeydiyyat nışanlı avtomobilə dəymiş zərərə görə 1496.93 manat, ümumilikdə 2666.47 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı “Khazar SD minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAVVO1HHFME323264 ban nömrəli, qara rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nın mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N93) əsasən lizinq alan illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447,15 manat, umumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümümilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 27 yanvar 2022-cı ıl tarixdə X6, X4 və “Azərmaş MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 04 fevral 2022-cı il tarixdə X4, X7 və “Azərmaş MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri T Abbasov oz uzərinə götürmüşdur. 02 noyabr 2022-ci il tarixdə X7, X5 və İddiaçı MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri A.Şixəliyev öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən şirkətə sonuncu ödəniş 02 noyabr 2022-ci il tarixdə 450 manat məbləğində olmuşdur. “Azərmaş MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 yanvar 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəsi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 1496,93 manat təşkil edir. Eyni zamanda Cavabdeh 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 yanvar 2023-cü il tarixə ümumilikdə 1169,54 manat gecikmə borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, lizinq verən İddiaçı MMC və lizinq alan X6 arasında razılaşmaya əsasən, lizinq verən lizinq alanın sifariş etdiyi və 1 saylı əlavədə göstərilən əmlakı (lizinq obyektini) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə isə müqavilə ilə müəyyən edilmiş lizin ödənişlərini ödəməyi öhdəsinə götürür. Müqaviləyə 3 saylı Əlavəyə əsasən, lizinq məbləği 17000 manat, illik faiz 24,55% və müddət 48 aydır, aylıq ödənişlərin məbləği 447,15 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsinə 1 saylı Əlavədə görünür ki, lizinq obyekti 2021-ci il buraxılışlı “Khazar SD minik markalı, NVAVVO1HHFME323264 ban nömrəli, qara rəngli avtomobildir İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, NVAVVO1HHFME323264 ban nömrəli, qara rəngli avtomobil X6 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MAS-4294 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, İddiaçı MMC, öhdəlikləri ötürən X6 və öhdəlikləri qəbul edən X4 arasında 28 avqust 2021-cı ıl tarıxlı MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Namik Hüseynovun heç bir tələb irəli sürmədən qəbul etməsinə və öhdəlikləri yerinə yetirəcəyinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAVVO1HHFME323264 ban nömrəli, qara rəngli avtomobil X4 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2022-cı il tarixli MAS-4294 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, İddiaçı MMC, öhdəlikləri ötürən X4 və öhdəlikləri qəbul edən X8 arasında 28 avqust 2021-cı ıl tarıxlı MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Tural Abbasovun heç bir tələb irəli sürmədən qəbul etməsinə və öhdəlikləri yerinə yetirəcəyinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAVVO1HHFME323264 ban nömrəli, qara rəngli avtomobil X8 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2022-cı il tarixli MAS-4294 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, İddiaçı MMC, öhdəlikləri ötürən X8 və öhdəlikləri qəbul edən Cavabdeh arasında 28 avqust 2021-cı il tarıxlı MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh heç bir tələb irəli sürmədən qəbul etməsinə və öhdəlikləri yerinə yetirəcəyinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAVVO1HHFME323264 ban nömrəli, qara rəngli avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan İddiaçı MMC Servis tərəfindən tərtib edilmiş Qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcləri 1496,93 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4294 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə gecikdirilmiş ödənişlər üzrə borc qalığı 416,76 manat, mükafat borcu 431,61 manat, cərimə 321,17 manat, ümumi borc 1169,54 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə 1169,54 manat və lizinq obyektinə vurulmuş zərərə görə 1496,93 manat məbləğin ödənilməsi tələb edilərək 15 gün ərzində müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5884 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1386,0 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5883 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4294 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) İddiaçı MMC olan əsas borc üzrə 102,30 manat, mükafat borcu üzrə 437,27 manat kimi müəyyən olunur. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MAS-4294 saylı daxili lizinq müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da MMC tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün borc hesablanan tarixə Cavabdeh cərimə borcu hesablanmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Azərmaş" MMC ilə X6 arasında xx.xx.2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, lizinq verən İddiaçı MMC və lizinq alan X1 etdiyi 2021-ci il buraxılışlı “Khazar SD minik markalı, NVAVVO1HHFME323264 ban nömrəli, qara rəngli avtomobili muzdla (lizinq məbləği 17000 manat, illik faiz 24,5% və müddət 48 aydır, aylıq ödənişlərin məbləği 447,15 manat) lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür, sonradan “Öhdəliklərin ötürülməsi” haqqında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-cı il tarixli və xx.xx.2022-cı il tarixli müqavilələr imzalanmış, həmin müqavilələrin imzalanması nəticəsində 28 avqust 2021-cı il tarixli MAS- 4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəliklər Cavabdeh tərəfindən heç bir tələb irəli sürmədən qəbul edimiş və öhdəlikləri onun yerinə yetirəcəyinə müəyyən edilmiş, lizinq obyekti Cavabdeh müvəqqəti istifadə və sahibliyində olmuşdur, Cavabdeh müqavilə üzrə ödənişləri yerinə yetirməməklə, həmçinin lizinq obyektinə zərər vurmaqla müqavilənin şərtlərini pozmuşdur, iddiaçı tərəfindən borcun olması barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehlərin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin əsas borc məbləğini müəyyən edərkən xx.xx.2023-cü il tarixli 9/5883 saylı ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, ekspertin həmin məbləğlər üzrə gəldiyi nəticəyə uyğun olaraq əsas borc üzrə 102,30 manat kimi müəyyən edilməlidir. Məhkəmə, cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin mükafat borcu məbləğini, ekspertin həmin məbləğlər üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğlərə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən məbləğlərdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, lizinq ödənişlərinə görə mükafat borcu iddia tələbində göstərilən həddə müvafiq olaraq 431,61 manat müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 20 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, lizinq obyektinə vurulmuş zərərin həddini müəyyən edərkən xx.xx.2023-cü il tarixli 9/5884 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmirbərpa xərci üzrə 1386,0 manat həddində müəyyən edilməlidir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli MAS-4294 saylı Daxili lizinq müqaviləsi üzrə 102,30 manat, mükafat borcu üzrə 431,61 manat, cərimə borcu üzrə 20 manat, 1386,0 manat lizinq obyektinə vurulmuş zərər olmaqla, ümumilikdə 1939,91 manat Cavabdeh alınaraq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan cavabdehlərin dövlət rüsumundan azad olma halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehlərə aid edilməli, təmin edilmiş iddia tələbinin həcmi (1939,91) nəzərə alınmaqla 39,40 manat hissədə cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməli, ekspertizanın tədqiqatlarının dəyərini təşkil edən 150 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli MAS-4294 saylı Daxili lizinq müqaviləsi üzrə 102,30 manat əsas borc, 431,61 manat mükafat borcu, 20 manat cərimə borcu, 1386,0 manat lizinq obyektinə vurulmuş zərər olmaqla, ümumilikdə 1939 (min doqquz yüz otuz doqquz) manat 91 (doxsan bir) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 (otuz doqquz) manat 40 (qırx) qəpik Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-104/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-104/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver