Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-104/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Heydər Əliyev adına X7 Cavabdeh qarşı tikilinin sökülərək “Mühafizə Zonasından” çıxarılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Heydər Əliyev adına X7 Cavabdeh qarşı - Cavabdeh tərəfindən ünvan 1 ünvanında mişar daşından 4x3x3 metr ölçüdə inşa edilmiş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonasından” çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən heydər Əliyev adına X8 məxsus Dş-300 mm neft boru kəmərinin 'Mühafizə Zonasının 45 metrliyində torpaq zəbt edilməklə ünvan 2 ünvanında özbaşına mişar daşından 4x3x3 metr ölçüdə mətbəx inşa edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X9 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin "Mühafizə Zonasfnda yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün neft boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə neft boru kəmərləri ətrafında "Mühafizə Zonası" müəyyən olunmuşdur. "Mühafizə Zonalarfmn müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, ‘Mühafizə Zonasının mövcudluğu olduqca zəruridir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, bundan əvvəl də aralarında məhkəmə mübahisəsi olmuş və məhkəmə qətnaməsinə əsasən onlara tikinti işlərinin aparılmaması qərara alınmışdır. Əlavə tikinti işləri aparılmamışdır. Onun mətbəxinin üstü açıq idi. Buna görə də açıq olan yerin üzərinə 5 daş qoyulmuşdur. Tikili də həyətin içində inşa edilmişdir. Hasarda hər hansı dəyişiklik olmamışdır. İş materiallarına əlavə edilmiş: Arayışdan görünür ki, İnventar №-si 3000084, Dş-250 mm- 2 ədəd, Dş-300 mm- 1 ədəd, inventar №-si 3001425, Dş – 250 mm, inventar №-si 3001253, Dş – 400 mm və Dş- 300 mm neft boru kəmərləri Heydər Əliyev adına X7 balansındadır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ünvan 3 ünvanında aparılan tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə Cavabdeh məlumat verilmişdir. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2148/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinit-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3402 nömrəli ekspertiza rəyindən görünür ki, qərardadın 1-ci və 2-ci sualları üzrə göstərilən ərazi faktiki olaraq hasardaxili 132.9 kv.m təşkil edir. Torpaq sahəsi bir tərəfdən qonşu, bir tərəfdən dəmiryolu xətti ilə həmsərhəddir. Sahəyə dair cizgi təqdim edilmədiyindən naturada yerləşməsini təyin etmək mümkün olmadı. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 114.6 kv.m olan birmərtəbəli yaşayış evi mövcuddur. Sahənin 0.8 m məsafəsindən dəmiryolu xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Heydər Əliyev adına X7 ərazisinin yaxın məsafəsində yerləşir. Sahənin hansı neft kəmərinin mühafizəsində olması ilə bağlı aidiyyəti balans saxlayıcı təşkilatın rəyinin alınması məqsədəuyğundur. Sahə müəssisənin dəmiryolu xəttinin mühafizəsində yerləşir. Qeyd: Qərardadda qeyd olunan digər sualların cavablandırılması idarənin səlahiyyətlərinə aid olmadığından cavablandırılması mümkün olmadı. Qərardadın 3-cü sualı üzrə iş materiallarında ünvan 3 ünvanında inşa edilmiş tikililərə dair hər hansı sənəd olmadığı səbəbindən bu sual üzrə tədqiqat aparılmır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın: 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi. Avropa Məhkəməsinin Səyyarə Əhmədovanın Azərbaycana qarşı xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin köklü presedent hüququna əsasən, bir şəxsin mənzilini itirməsi mənzilə hörmət hüququna müdaxilənin ən ifrat forması olduğundan bu baxımdan risk altında olan istənilən şəxs, həmin şəxsin hər hansı həssas qrupa məxsus olub-olmamasından asılı olmayaraq, prinsipcə, Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən mütənasib tədbir ilə təmin olunmalıdır. Bu baxımdan, qanunsuz tikintidən söhbət gedəndə ən çox diqqət edilməli olan amillər evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olubolmamasıdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, məhkəmə bir daha bildirir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu olduğunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənası daxilində onun “əmlakı” ilə əlaqəli olsun. “Əmlak” anlayışı “mövcud əmlak”la məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “legitim gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağı ilə əlaqəli olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə araşdırılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa dair mülkiyyət hüququ veribverməməsinin müəyyən olunmasıdır (bax: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı Cavabdeh qarşı mövcud iddia tələbini qeyd edilən tikilinin özbaşına tikili olması ilə əsaslandırmışdır. Bu hal məhkəmə iclası zamanı da öz təsdiqini tapmışdır. Belə ki, adıçəkilən tikiliyə dair hər hansı sənəd, tikilinin aparılması üçün müvafiq icazə və yaxud həmin sahənin cavabdehlərin mülkiyyətində olmasını təsdiq edən sübutlar mövcud olmamışdır. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh tərəf də, həmin tikiliyə, həmçinin fərdi yaşayış evinə dair mülkiyyət sənədlərinin olmadığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili yaşayış sahəsi kimi istifadə edilən fərdi yaşayış evi deyildir, həmin tikili cavabdeh tərəfindən sonradan 4x4x3 metr ölçüdə inşa edilən mətbəxdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi üzrə işlərin edilməsi qadağandır. Qeyd edilən sahənin Mühafizə Zonasının yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə verilmiş ekspert rəyindən də görünür ki, ərazi faktiki olaraq hasardaxili 132.9 kv.m təşkil edir. Torpaq sahəsi bir tərəfdən qonşu, bir tərəfdən dəmiryolu xətti ilə həmsərhəddir. Sahəyə dair cizgi təqdim edilmədiyindən naturada yerləşməsini təyin etmək mümkün olmadı. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 114.6 kv.m olan birmərtəbəli yaşayış evi mövcuddur. Sahənin 0.8 m məsafəsindən dəmiryolu xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Heydər Əliyev adına X7 ərazisinin yaxın məsafəsində yerləşir. Sahənin hansı neft kəmərinin mühafizəsində olması ilə bağlı aidiyyəti balans saxlayıcı təşkilatın rəyinin alınması məqsədəuyğundur. Sahə müəssisənin dəmiryolu xəttinin mühafizəsində yerləşir. İşin faktiki hallarına və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 3 ünvanında cavabdeh tərəfindən hər hansı icazə və qanuni əsas olmadan tikili inşa edildiyindən, həmin tikili cavabdehin öz hesabına sökülərək, mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 4 ünvanında mişar daşından 4x3x3 metr ölçüdə inşa edilmiş tikili özbaşına tikili hesab edilərək Cavabdeh tərəfindən sökülsün və mühafizə zonasından çıxarılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğ Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-104/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-104/2025
29.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver