Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1040/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “çoxmənzilli binaların saxlanılmasına dair müqavilənin bağlanması, kommunal xidmətlərin göstərilməsinə görə ödənişlərin həyata keçirilməsi və yaranmış borcun ödənilməsi tələbinə” dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-si Cavabdeh qarşı “çoxmənzilli binaların saxlanılmasına dair müqavilənin bağlanması, kommunal xidmətlərin göstərilməsinə görə ödənişlərin həyata keçirilməsi və yaranmış borcun ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllə, ev 68, 141 saylı mənzilin birinci sahibi X3 ilə Cavabdeh arasında mənzilin alqı-satqısına dair aralarında razılaşma əldə etməklə, alqı-satqı həyata keçirilmiş və mənzilin sənədləşməsi üçün MTK-ya müraciət olunmuşdur. Cavabdeh ilə binanın inşasını həyata keçirmiş ‘’TBM’’ MTK arasında xx.xx.2010-cu il tarixində müqavilə imzalanmışdır. Mənzili əldə etdikdən sonra TBM Mənzil Tikinti Kooperativi ilə iddiaçı Kommunal Ödənişlər MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən binaların həyətinin, bloklarının təmiz saxlanılması, yük və sərnişin liftlərinin fasiləsiz işləməsi, sakinlərin 24 saat soyuq su ilə təmin edilməsi, binanın həyətində abadlıq, yaşıllaşdırma işlərinin aparılması, mərtəbələrin və həyətin işıqlandırılması, lazım gəldikdə təmir-bərpa işlərinin aparılması, lift mexanizminə texniki xidmət göstərilməsi, binaların mühafizəsinin təmin olunması, kommunal xidmət haqqının yığılması, xərclərin ödənilməsi və sair xidmətlərin göstərilməsi icraçı ‘’Kommunal Ödənişlər’’ MMC-yə həvalə edilmişdir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllə ev 68, 141 saylı mənzilin Cavabdeh istifadəsinə verildiyi hər ay 36.90 manat olmaqla, (brutto) sahəyə kommunal xidmətlərə və çoxmənzilli binaların saxlanmasına görə 1817.29 manat borc yaranmışdır. Mənzil qanunvericiliyinin tələbinə uyğun olaraq, Mənzil münasibətlərinin iştirakçıları, yəni fiziki və hüquqi şəxslər binanın saxlanmasına görə hüquq və vəzifələr yerinə yetirirlər. Belə ki, çoxmənzilli binaların idarə edilməsi, yaşayış sahəsinə görə kommunal xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi və s. üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 38.1-ci maddəsinin tələbində çoxmənzilli binaların ümumi əmlakının saxlanması üzrə xərclərin binanın sahə mülkiyyətçilərinin hesabına ödənilməsinin birmənalı olaraq qanunun tələbi olması qeyd edilir. Lakin bu günədək Cavabdeh binanın saxlanılması və kommunal xidmətlərin göstərilməsinə görə heç bir ödəniş etməmiş, hətta ödəniş etməkdən hər cür yolla yayınmağa çalışır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 137.10-cu maddəsinin tələbində mülkiyyətçilər, kirayəçilər və digər şəxslər tərəfindən sahənin istifadə edilməməsinin yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas olmaması qeyd edilir. Cavabdeh istifadəsində olan ev 68, 141 saylı mənzil başqa şəxsdən alınsa da, ‘’TBM’’ MTK tərəfindən rəsmiləşdirilmişdir. Dəfələrlə Cavabdeh binanın saxlanmasına dair müqavilənin bağlanması təklif edilsə də, bundan boyun qaçırmışdır və o, müqavilə öhdəliyini yerinə yetirmək istəmədiyini bildirir. Bununla da hesab edirlər ki, Cavabdeh bütün xərcləri ödəməyə borcludur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh binanın saxlanılması və kommunal xidmətlərin göstərilməsinə dair 1817.29 manat məbləğində pul vəsaitinin tutulması barədə гятнамя çыхарылмасыны хащиш етмишдир. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehə qarşı bir dəfə iddia qaldırılmış və 01 iyun 2020-ci il tarixədək olan 1153.15 manat borcun tutulması tələb edilmiş, Naxçıvan Culfa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Belə ki, qətnamədə məhkəmə tərəflər arasında müqavilənin bağlanmamasına əsaslanmışdır. Lakin həmin vaxtdan sonra da cavabdeh müqavilə olmadığı təqdirdə kommunal ödənişləri ödəməyəcəyinə inanaraq, həmin qətnamədən sui-istifadə edərək, müqavilə bağlamaqdan yayınmışdır. Halbuki, binanın saxlanılması xərclərində bina sakinlərinin iştirak etmək vəzifəsi birbaşa qanunda nəzərdə tutulmuşdur. Nümayəndə məhkəməyə müqavilələr təqdim edərək, bildirmişdir ki, binanın bütün sakinləri problemsiz müqavilə bağlamışdr və iddiaçı təşkilat tərəfindən binanın saxlanılması sakinlərdən toplanan vəsait hesabına həyata keçirilir. Toplanan vəsait də sakinlərin mülkiyyətində olan mənzilin sahəsinə uyğun olaraq hesablanır. İddiaçı MMC-nin X2 001 saylı, 25 iyun 2018-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin xidmətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllədə yerləşən binların saxlanması, istismarı və digər kommunal xidmətlərin görülməsi üçün və “ASAN” xidmət tərəfindən mənzillərə çıxarışlar alındıqdan sonra istifadə olunan mənzilin ümumi sahənin, çıxarış almayan sakinlər isə, alqı-satqı müqaviləsində göstərilən brutto sahənin hər 1 (bir) kv/m-nə görə 0.30 manat məbləğində, “ASAN” xidmət tərəfindən qeyri-yaşayış sahəsinə çıxarışlar alındıqdan sonra istifadə olunan qeyri-yaşayışın ümumi sahənin, çıxarış almayan sakinlər isə alqı-satqı müqaviləsində göstərilən brutto sahənin hər 1 (bir) kv/m-nə görə 0.25 manat məbləğində kommunal xidmət haqqı təyin edilməsi qərara alınmışdır. Bu tarif bütün sakinlər tərəfindən qəbul edilmişdir və ödənilir. Bununla bağlı olaraq, nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 01 iyun 2020-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək (22 ay) çoxmənzilli binanın saxlanılması üzrə yaranmış 811.73 manat məbləğində borcun ödənilməsi və çoxmənzilli binanın saxlanılmasında iştirak öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə гятнамя çыхарылмасыны хащиш етмишдир. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Беля ки, иш материалларында олан Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC 20 dekabr 2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan İddiaçı MMC-si tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli, 236№-li nömrəli arayışdan görünür ki, payçı Cavabdeh 16 iyul 2010-cu ildən ona məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllə, ev 68, giriş 2, 141 saylı mənzildə qeydiyyatsız olaraq yaşayır. İş materiallarında olan Cavabdehov Siyafət oğlu tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə etiraz ərizəsindən görünür ki, cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, onunla iddiaçı cəmiyyət arasında heç bir müqavilə bağlanmamış və onun qarşısında hər hansı öhdəlik götürülməmişdir. Cəmiyyətlə razılığa gələ bilməməsinin səbəbi cəmiyyətin təklif etdiyi kommunal xidmət haqqlarının qanunvericilikdə göstərilmiş məbləğlərdən qat-qat artıq olmasıdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı cəmiyyətin ondan başqa digər sakinlərə qarşı da bu kimi əsassız iddiaları olmuşdur ki, bu iddiaların bəziləri məhkəmə tərəfindən rədd edilmiş və ya tərəflər arasında müəyyən razılığa gəlinmişdir. Ona qarşı iddiaçı cəmiyyətin əvvəllər qeydiyyatda olduğu yer üzrə Culfa Rayon Məhkəməsində qaldırdığı eyni məzmunlu ilk iddia həmin məhkəmənin qəbul etdiyi 16 oktyabr 2020-ci il tarixli 2(089)-137/2020 saylı qətnaməsi ilə rədd edilmiş, iddiaçı cəmiyyətin göstərilən qətnamədən vermiş olduğu apellyasiya şikayəti isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(108)-49/2021 sayl qərarı ilə təmin edilməmişdir. Bundan başqa, onunla MTK arasında 2010-cu ildə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilədə də kommunal ödənişlərlə bağlı heç bir müddəa əks olunmamışdır. Göstərilənləri nəzərə alaraq, hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 2(089)-137/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdehov Siyafət oğluna qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(108)-49/2021 sayl qərarından görünür ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 2(089)-137/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. İş materiallarında olan 16 iyul 2010-cu il tarixli “addan ada keçmə” haqqında müqavilədən görünür ki, "xxxx" MTK adından direktor X4 və fiziki şəxs Cavabdeh arasında müqavilə imzalanmış, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllə, 52 nömrəli mənzil Cavabdeh satılmışdır. İş materiallarında olan qətnamələrin surətlərindən müəyyən olunur ki, İddiaçı MMCnin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllədə yerləşən binanın müxtəlif sakinlərinə qarşı kommunal xərclərin tutulması ilə bağlı iddiaları təmin edilmişdir. Həmin qətnamələrdə müəyyən edilmiş sübutlardan görünür ki, sakinlərlə İddiaçı MMC-si arasında müqavilələr bağlanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin X2 001 saylı, 25 iyun 2018-ci il tarixli protokolundan görünür ki, İddiaçı MMC-nin xidmətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllədə yerləşən binların saxlanması, istismarı və digər kommunal xidmətlərin görülməsi üçün və “ASAN” xidmət tərəfindən mənzillərə çıxarışlar alındıqdan sonra istifadə olunan mənzilin ümumi sahənin, çıxarış almayan sakinlər isə, alqı-satqı müqaviləsində göstərilən brutto sahənin hər 1 (bir) kv/m-nə görə 0.30 manat məbləğində, “ASAN” xidmət tərəfindən qeyri-yaşayış sahəsinə çıxarışlar alındıqdan sonra istifadə olunan qeyri-yaşayışın ümumi sahənin, çıxarış almayan sakinlər isə alqı-satqı müqaviləsində göstərilən brutto sahənin hər 1 (bir) kv/m-nə görə 0.25 manat məbləğində kommunal xidmət haqqı təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı MMC-si tərəfindən verilmiş arayışdan görünür ki, ev 68, giriş 2, 141 saylı mənzilin sahibi Cavabdeh mənzilinə çıxarış alınmadığı üçün 25 iyun 2018-ci il tarixli İddiaçı MMC-nin X2 001 saylı protokoluna əsasən alqı-satqı müqaviləsində göstərilən 122.99 kv.m olan brutto sahənin hər bir kv/m-nə görə 0.30 manat məbləğində kommunal xidmət haqqı hesablanmaqla, cəmi 36.90 manat təşkil etmişdir. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. (Maddə 12.2) Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. (Maddə 10.0.2) Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.(Maddə 18) Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. (Maddə 135.1.) 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibinni müəyyən edən 136-cı maddəyə görə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.1.1. yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı); 136.1.2. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq. Çoxmənzilli binanın ümumi əmlakının əsaslı təmiri yaşayış fondunun mülkiyyətçisinin hesabına həyata keçirilir; 136.1.3. kommunal xidmətlərə görə haqq. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.3. Təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.2. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. 140.3. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. (Maddə 141.1.) 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. (Maddə 141-1.1.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 235-ci maddəsinə görə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. 235.2. əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır. 235.3. Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı: 235.3.1. yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi və ya əgər o təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər; 235.3.2. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd edilmiş mülki qanunvericiliyin normalarının tələbinə görə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mənzil məcəlləsinin müəyyən etdiyi tələblərə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllə, ev 68, 141 saylı mənzilin sahibi Cavabdehdur, həmin mənzil onunla “TBM’’ MTK arasında bağlanmış müqavilə əsasında xx.xx.2010-cu il tarixindən onun faktiki sahibliyində və istifadəsindədir. TBM Mənzil Tikinti Kooperativi ilə iddiaçı Kommunal Ödənişlər MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən binaların həyətinin, bloklarının təmiz saxlanılması, yük və sərnişin liftlərinin fasiləsiz işləməsi, sakinlərin 24 saat soyuq su ilə təmin edilməsi, binanın həyətində abadlıq, yaşıllaşdırma işlərinin aparılması, mərtəbələrin və həyətin işıqlandırılması, lazım gəldikdə təmir-bərpa işlərinin aparılması, lift mexanizminə texniki xidmət göstərilməsi, binaların mühafizəsinin təmin olunması, kommunal xidmət haqqının yığılması, xərclərin ödənilməsi və sair xidmətlərin göstərilməsi icraçı “Kommunal Ödənişlər’’ MMC-yə həvalə edilmişdir. İşdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı təşkilat daha əvvəl cavabdehə qarşı iddia qaldırılmış və 01 iyun 2020-ci il tarixədək olan 1153.15 manat borcun tutulmasını tələb etmiş, Naxçıvan Culfa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tərəflər arasında müqavilənin bağlanmaması əsası ilə rədd edilmişdir. Hazırda iddiaçı cavabdehin yenə də müqavilə bağlamaqdan imtina etməsinə əsaslanaraq, 01 iyun 2020-ci il tarixdən sonrakı dövr üçün 01 aprel 2022-ci il tarixədək (22 ay) çoxmənzilli binanın saxlanılması üzrə yaranmış 811.73 manat məbləğində borcun ödənilməsi və çoxmənzilli binanın saxlanılmasında iştirak öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə гятнамя çыхарылмасыны хащиш еdir. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən müəyyən olunur ki, cavabdeh iddiaçı ilə arasında müqavilənin bağlanmalı olması barədə məlumatlıdır, lakin bunun üçün müəyyən hərəkətləri etməkdən imtina edir. Cəmiyyətlə razılığa gələ bilməməsinin səbəbi kimi cəmiyyətin təklif etdiyi kommunal xidmət haqqlarının qanunvericilikdə göstərilmiş məbləğlərdən qat-qat artıq olmasını göstərmişdir. Lakin məhkəməyə təqdim edilmiş qətnamələrdən görünür ki, kommunal xidmətlərə görə xidmət haqqı yaşayış sahəsinin hər bir kvadrat metrəsi üçün 0,3 manat olmaqla hesablanmışdır. Hazırda iddiaçı 22 ay üçün hər ayı 36,9 manat olmaqla, cəmi 811.73 manat məbləğində borc məbləğinin tutulmasını xahiş edir. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, həmin məbləğ İddiaçı MMC-nin X2 001 saylı, 25 iyun 2018-ci il tarixli protokolunda təsdiq olunmuş tarif əsasında hesablanmışdır. Məhkəmə belə qənaətə gəlir ki, hazırki mübahisəni tənzimləyən normalarda müqavilənin bağlanması nəzərdə tutulsa da, müqavilə azadlığı prinsipinə əsaslanmaqla cavabdehin belə bir müqaviləni bağlamaqdan imtinası onun mülki və mənzil qanunvericiliyində müəyyən edilmiş vəzifləri və öhdəlikləri ilə uzlaşmır və cavabdehin borclu olduğu ödənişləri ödəməkdən yayınmaq üçün hüquqdan sui-istifadə etməsi ilə nəticələnir. Belə ki, tələb edilən xərclər binanın saxlanılması üçün artıq sərf olunmuş məbləğin bir hissəsi olduğundan və həmin xərclər iddiaçı tərəfindən artıq ödənildiyindən iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Qeyd edilmiş maddi-hüquq normalarının tələblərinə və işdə olan sübutlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 01 iyun 2020-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək (22 ay) çoxmənzilli binanın saxlanılması üzrə yaranmış 811.73 manat (36,9 manat X 22 ay) məbləğində borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalı, çoxmənzilli binanın saxlanılmasında iştirak etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı dır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 01 iyun 2020-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək (22 ay) çoxmənzilli binanın saxlanılması üzrə yaranmış 811.73 manat məbləğində borc məbləği İddiaçı MMCnin xeyrinə tutulsun. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllə, ev 68, 141 saylı mənzilin yerləşdiyi çoxmənzilli binanın saxlanılmasında iştirak etmək öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1040/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1040/2022
13.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver