Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1040/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (bağ evi) üzrə əvvəlcə **********00262 saylı abonent kodu iddaçının adına qeydiyyata alınmışdır.
2. xx.xx.2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 6858 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2019-cu ilin mart ayı üzrə 685,80 manat məbləğində borcunun olması qeyd olunmuşdur.
3. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə yenisi ilə əvəz edilmişdir.
4. Sonradan, xx.xx.2019-cu il tarixdə Yeni qazlaşma komissiyası tərəfindən iddiaçıya **********08066 nömrəli yeni abonent kodu açılmış və əvvəlki abonent kodu passiv statusuna keçirilmiş və xx.xx.2019-cu il tarixli akt əsasında hesablanmış cərimənin yeni abonent koduna keçirilməsi qərara alınmışdır
5. Bundan başqa, iddiaçının etdiyi ödənişlərdən cavabdeh tərəfindən borca görə 29,70 manat pul tutulmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Goradil kəndi 257N və 260ç saylı bağ sahələri üçün tanımadığı Nərmin Rəfiyeva adlı şəxsin adına yazılmış olan qanunsuz cərimənin silinməsi, istifadə etmədiyi halda sayğacdan silinmiş olan 300 manat məbləğində pul vəsaitinin və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı sonradan məhkəməyə idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi 257N və 260ç saylı bağ sahələri üçün yazılmış 650 maant məbləğində cərimənin silinməsi, istifadə etmədiyi halda sayğacdan silinmiş olan 300 manat məbləğində pul vəsaitinin və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən torpaq sahəsi satın almışdır. Satın aldığı bağ sahələrində sonradan (2018-ci ildə) yaşayış üçün tikinti işləri aparılmışdır. Aparılmış tikinti işlərindən bir müddət sonra cavabdehin əməkdaşları tərəfindən baxış keçirilərək, təbii qazın qeyri-qanuni və qeydiyyatsız istifadəsinə görə 650 manat məbləğində cərimə tərtib edilmişdir. İstifadə etmədiyi yanacaq növünün istifadəsinə görə hansı səbəbdən cərimənin tərtib edilməsinin araşdırılması üçün cavabdehin nümayəndəsi dəvət olunmuşdur. Dəvət olunmuş nümayəndə tərəfindən bildirilmişdir ki, boş qutunu görərək elə hesab etmişlər ki, əlavə təbii qazdan istifadə etmişdir. Tərtib olunmuş cərimənin kimin adına olmasını soruşduqda, əlaqəsi olmayan və tanımadığı Nərmin Rəfiyeva adlı şəxsin adına olduğu bildirilmişdir. Ona məxsus olan daşınmaz əmlakda yaşamayan və heç tanımadığı şəxsin adına cərimə olunduğumdan haqlı olaraq buna etiraz etdiyində ona bildirilmişdir ki, cərimə artıq tətbiq olunduğundan, yalnız məhkəmə qaydasında silinməsi mümkündür. Ona məxsus olan torpaqda və torpaqda olan tikilidə qaz, işıq, su sayğacları onun adınadır. Sayğacın balansına yüklədiyi təbii qaz ehtiyatından mütəmadi olaraq bir neçə dəfə olmaqla silinmə olmuş, ümumilikdə 300 manat civarı məbləğ zərər dəymişdir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
17. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
18. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. Maddə 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. Belə ki, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.
22. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.
23. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda göstərilən pozuntuların baş verməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 650 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır.
25. Məhkəmə hesab edir ki, iddia tələbi borca görə tutulmuş 300 manat pulun qaytarılması hissəsində qismən təmin edilməlidir.
26. Belə ki, iş materiallarından olan “Gasrep” çıxarışı ilə müəyyən edilir ki, 2020-ci ilin dekabr ayından başlayaraq iddiaçının ödədiyi vəsaitdən borca görə 2021-ci ilin oktyabr ayınadək ümumilikdə 29,70 manat pul tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, borca görə iddiaçının ödədiyi vəsaitdən tutulmuş 29,70 manat pul ona geri qaytarılmalıdır. İddiaçı isə tələb etdiyi qalan 29,70 manat məbləğində pul vəsaitinin ondan tutulmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı məhkəməyə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasını tələb etmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzin surətindən də görünür ki, həqiqətən də iddiaçı tərəfindən məhkəməyə 100 manat məbləğində rüsum ödənilmişdir. Lakin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsində (iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 2 ünvanlarda yerləşən bağ sahələrinə (abonent kodu: **********08066) dair İddiaçı hesablanmış 650 manat məbləğində borc silinsin. 29,70 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı