Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1052/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X6 Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 3.984,75 manat borc məbləğinin silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ünvanında yerləşən 31C saylı evin, 174 saylı mənzilində yaşayır. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ünvanında yerləşən 31C saylı evin, 174 saylı mənzilinə dair Cavabdeh İB ilə iddiaçı arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində iddiaçının mənzilinə Smart tipli, “G- 4” markalı qaz sayğacı quraşdırılmışdır. Evində quraşdırılan qaz sayğacına kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olub. Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə ona bildirdilər ki, sayğac işlək vəziyyətdə deyil. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 3.984,75 manat borc yazılıb və bu pulu ödəməlidir. Bildirir ki, evində quraşdırılan qaz sayğacına tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti o yox, cavabdeh təşkilat özü daşıyır. Bildirir ki, cavabdeh təşkilat tərəfindən sayğaca nəzarət edilməli idi. Cavabdeh İB tərəfindən ona akt təqdim edilmişdir. Nəzərə çatdırır ki, kart vasitəsi ilə həmişə ödəniş etmişdir və heç bir çətinliyi olmayıb. İddiaçı X6 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, təqribən 2022-ci ilin yay aylarınadək mənzildə yaşamamışdır. Mənzili qohumlarına müvəqqəti istifadə üçün vermişdir. O, qohumlarına mənzil daxilində qazdan istifadə etməyə icazə verməmişdir. Buna görə də 2022-ci ilin yay aylarınadək mənzildə elektrik (işıq) istifadə olunsa da, qaz istifadə olunmamışdır. Özü Rusiyada işləmişdir, ailəsi həmin mənzildə yaşamışdır. Özü bəzən qısa müddətdə mənzildə qalanda da qazdan istifadə etməmişdir. 2022-ci ilin yay aylarından ailəsi ilə birlikdə mənzilə köçüb birgə yaşamağa başlamışlar və qazdan istifadə etməyə başlamışlar. Cavabdeh “X2”nin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O bildirmişdir ki, iddiaçı 2017-2022-ci illər ərazində təbii qazdan istifadəyə görə heç bir ödəniş aparmamışdır. Sayğacın elektron hissəsi sönmüşdür və mexaniki hissə geri çəkilmişdir. Köhnə sayğac xx.xx.2022-ci il tarixdə əvəz edilmişdir. Ödənişlər olmadığından "xxxx" ASC-dən çıxarış alınmışdır. İşıq saldosu araşdırılarkən mənzildə mütəmadi yaşayışın olması aşkardır. Abonentin köhnə sayğacının dəyişdirilməsi barədə xx.xx.2022-ci ildə aktda mexaniki göstərici 7065 m3 qeyd edilmişdir. Halbuki, akt tərtib olunmazdan əvvəl sayğacın mexaniki hissəsi geriyə çəkilib. İşə əlavə edilmiş həmin nömrə ilə olan sayğacın göstəricisindən görünür ki, mexaniki göstərici 28.448 m3 olub, sonradan geri çəkilib və 7065 m3 qeyd edilib. Həmin 7065 m3 qaz sərfiyyatının dəyərini abonent tam ödəyib. Laborator rəydən görünür ki, sayğacın mənfi hesabat apardığı da müəyyən edilib. Həmin mənfiyə yazılmış 1.329 m3 qaz həcmi ümumi 28.448 m3 qaz həcminə daxildir. Sayğacın elektron hissəsinin işləməməsi və ya mənfiyə işləməsi halında, mexaniki hissə sərfiyyatı qeyd etməyə davam edir. Abonentin 2017-2022-ci illərdə ödənişi olmasa da, 2022-ci ilin may ayından, yəni yeni sayğac qoyulandan sonra ödənişləri başlayıb. Abonentə hesablanmış 3.984,75 manat borc - sayğaca və ya xəttə müdaxilə deyil, istifadə edilmiş qaz sərfiyyatna görə debitor borcdur. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Bakir Nəcəfova məxsus ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış **********31740 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, 29/1710-01853-1 №-li akta əsasən 12** AQ ***00203714 №-li sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib. Sayğacın elementi bitib, müvəqqəti elementlə quraşdırıldı. 01.08.16-cı il tarixə elektron göstərici 07660 m3 olmuşdur. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində “Alarm-1” rejimi aşkar olunmayıb. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, X6 barəsində tərtib olunmuş ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən 17.280 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan X3 məxsus **********31740 saylı abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilin iyun ayı üzrə isə cədvəlin “qalıq və aktlar” bölməsində 2.073,60 manat, 2022-ci ilin avqust ayı üzrə cədvəlin “ödəniş” bölməsində -3.984,75 manat borc mövcud olmuşdur. 2022-ci ilin iyun ayı üzrə yazılmış 2.073,60 manat borc abonent hesabından məhkəmə qətnaməsinə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-64782023 saylı qətnaməsi) əsasən 2023-cü ilin avqust ayında ödənişə silinmişdir. Həmin silinmədən sonra ayın sonuna borc (avqust 2023) 3.984,75 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İB tərəfindən iddiaçı X1 **********31740 saylı abunə koduna hesablanmış 2.073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, 2.073,60 manat məbləğində mübahisələndirilmiş borc abonentə Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli ******* saylı aktına (hazırda iddiaçı tərəfindən təkrarən iddia ərizəsinə əlavə edilmiş) əsasən hesablanmışdır. İş materiallarında olan “GASREP” vərəqindən görünür ki, GPG12203714 nömrəli sayğac üzrə 2022-ci il iyul ayı üzrə 3.984,75 manat məbləğində borc yazılmışdır. Ödənişlər üzrə müəyyən edilir ki, (ardıcıl olaraq) abonent 2013-cü ilin sentyabr ayında – 100 manat, 2013-cü ilin dekabr ayında – 100 manat, 2014-cü ilin mart ayında 53 manat, 2014-cü ilin iyun ayında – 20 manat, 2014-cü ilin oktyabr ayında – 100 manat, 2015-ci ilin yanvar ayında – 50 manat, 2015-ci ilin fevral ayında 50 manat, 2015-ci ilin aprel ayında 50 manat, 2015-ci ilin avqust ayında – 10 manat, 2015-ci ilin oktyabr ayında – 50 manat, 2015-ci ilin dekabr ayında 50 manat, 2017-ci ilin fevral ayında – 20 manat, 2022-ci ilin may ayında – 64.16 manat, 2022-ci ilin iyul ayında 0 manat, 2022-ci ilin avqust ayında 0 manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh ödənişlərin elektron sistemindən görünür ki, Bakir Nəcəfovun 2022-ci ilin may ayından sonra (yeni sayğacın qoyulması xx.xx.2022-ci il) ödənişləri aşağıdakı kimi olmuşdur: xx.xx.2022-ci il – 10 manat, xx.xx.2022-ci il – 40 manat, xx.xx.2022-ci il – 100 manat, xx.xx.2022-ci il – 100 manat, xx.xx.2023-cü il – 100 manat. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə 29/1710-01853-1 saylı xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Sayğac mənfiyə işləyib. Sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı. 21.08.16-cı il tarixə elektron göstərici 07660 m3 olmuşdur. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində “Alarm-1” aşkar olunmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən 2022-ci ilin iyun ayında abonentə qaz sayğacının elektron hissəsinin qaz sərfiyyatını qeyd etməməsinə (sayğacın istismar müddəti bitdiyindən elektron hissəsi sönmüşdür) istinad edərək 3.984.75 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. Smart kart tipli qaz sayğaclarından keçən qazın həcmi elektron hissə ilə yanaşı sayğacın mexaniki hissəsində də qeyd edilir. Sözügedən qaz sayğacının 05 may 2022-ci il tarixli, ******* nömrəli çıxarılma aktında sayğacın mexaniki göstəricisinin 07065 m3 olduğu qeyd edilmişdir. Abonent saldosunun təhlili zamanı, sayğacın istifadə edildiyi müddət ərzində abonent tərəfindən istifadə edilmiş 070265 m3 qazın dəyərinin tam ödənildiyini və qaz paylayıcısına heç bir ziyan vurulmadığı müəyyən edilmişdir. Bu baxımdan qazpaylayıcısı tərəfindən abonentə əlavə borc hesablanması əsassızdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, X3 məxsus (kod: **********1740) “İtron G-4” markalı sayğac (nömrəsi: 1202AO**********4) çıxarılaraq əvəzinə “Zenner G-4” markalı sayğac quraşdırılmışdır. Mexaniki hissə sönmüşdür. Mexaniki hissəsinin göstəricisi – 07065 m3 olmuşdur. “M1” qrafasında 13.216 m3, “M2” qrafasında 11.506 m3 qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, “İtron” markalı 1202AO**********4 nömrəli sayğacın mexaniki göstəricisi 28.448 m3 qaz sərfiyyatını göstərir. İş materiallarında olan Bakir Nəcəfova məxsus elektrik enerjisi sayğacının "xxxx" ASC tərəfindən qeydə alınmış məlumatlarından görünür ki, ünvan 1 ünvanı üzrə ödənişlər aşağıdakı kimi olmuşdur: xx.xx.2016 – 8,96 manat, xx.xx.2017 – 31,64 manat, xx.xx.2017 – 31,01 manat, xx.xx.2017 – 26,60 manat, xx.xx.2017 – 28,63 manat, xx.xx.2017 – 26,88 manat, xx.xx.2017 – 23,17 manat, xx.xx.2017 – 12,74 manat, xx.xx.2017 – 11,20 manat, xx.xx.2017 – 46,97 manat, xx.xx.2017 – 30,03 manat, xx.xx.2017 – 24,99 manat, xx.xx.2017 – 31,43 manat, xx.xx.2018 – 35,28 manat, xx.xx.2018 – 29,19 manat, xx.xx.2018 – 29,26 manat, xx.xx.2018 – 26,32 manat, xx.xx.2018 – 25,62 manat, xx.xx.2018 – 23,94 manat, xx.xx.2018 – 34,86 manat, xx.xx.2018 – 38,15 manat, xx.xx.2018 – 31,29 manat, xx.xx.2018- 24,92 manat, xx.xx.2018 – 24,22 manat, xx.xx.2018 – 26,39 manat, xx.xx.2019 – 29, 12 manat, xx.xx.2019 – 27, 51 manat, xx.xx.2019 – 25,48 manat, xx.xx.2019 – 29,47 manat, xx.xx.2019 – 23,24 manat, xx.xx.2019 – 20,93 manat, xx.xx.2019 – 28,91 manat, xx.xx.2019 – 31,57 manat, xx.xx.2019 – 23,10 manat......xx.xx.2020 – 30,24 manat....xx.xx.2020 – 28,07 manat, xx.xx.2020 – 21,84 manat, xx.xx.2021 – 20,79 manat, xx.xx.2021 – 46,55 manat, xx.xx.2022 – 23,76 manat, xx.xx.2022 – 26,56 manat. İş materiallarında olan Cavabdeh İB-nin abonentlə bağlı “müvafiq tədbirlərin görülməsi barədə” xx.xx.2022-ci il tarixli xidməti yazısından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan 1202AQ**********4 zavod nömrəli qaz sayğacı xx.xx.2022ci il tarixində ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT-a əsasən çıxarılaraq Dövlət yoxlamasına göndərilmişdir. Əvəzetmə aktında sayğacın əvəz olunmasına səbəb kimi sayğacın LCD ekranın sönməsi qeyd olunmuşdur. Sayğacın çıxarılarkən aktda göstəricisi 7065 m3 kimi qeyd olunmuşdur. Qeyd olunan sayğac **********794 zavod nömrəli, ZENNER markalı öncədən ödənişli sayğacla əvəzlənmişdir. Abonentin fərdi hesabı araşdırılarkən müəyyən olundu ki, abonentin sonuncu ödənişi Fevral 2017-ci il tarixində aparılmış və bazaya düşən sonuncu göstərici isə 5917 m3 olmuşdur. Sayğacın dövlət yoxlaması aktına əsasən “Sayğac mənfiyə işləyib. Sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı. 21,08.2016-cı il tarixinə elektron göstərici 7660 m3 olmuşdur, qaz itkisi rəyi verilmişdir. Verilmiş rəydə həmşinin hesabatlarda öz əksini tapmayan(mənfi) 1329 m3 qaz sərfinin olması da göstərilmişdir. Abonentin hesabı diqqətlə aşardırılan zaman bazaya sonuncu düşən, əvəzetmə aktında göstərilən və sayğacın elektron yaddaşında olan sonuncu göstərici arasında fərqlərin olması, 2017- 2022-ci illər ərazində təbii qazdan istifadəyə görə heç bir ödənişi aparılmadığı və illər üzrə istifadə olunmuş qaz sərfinin sayğacın elektron hissəsinin söndürülərək göstəricinin geri çəkilməsi aşkar görsənməkdədir. Abonentin hesabatının araşdırılması və qaz itkisinin müəyyən olunması məqsədilə araşdırma aparılmış, mənzildə daimi yaşayışın olması ilə əlaqədar "xxxx" ASC-dən çıxarış alınmışdır. İşıq saldosu da tərəfimizdən araşdırılarkən mənzildə mütəmadi yaşayışın olması aşkar görünməkdədir. Bu məqsədlə abonentə təbii X5nın pozulması haqqında ******* nömrəli akt tərtib olunmuş və 8640 m3 itirilmiş qaz həcmi hesablanmaqla 1036,8 manat dəymiş ziyan müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Metrologiya Departamenti tərəfindən verilmiş rəyi əsas götürməklə abonentin hesabatının yenidən araşdırılmasına, hesabatlarda öz əksini tapmayan mənfi qaz sərfinin (-21.383 m3) abonentin hesabına işlənməsinə, yaranmış borcun tələb olunması üçün abonentin qaz təminatınının məhdudlaşdırılması və abonent X6 barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunması üçün aidiyyəti şöbələrə göstəriş verilməsi xahiş olunur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Birincisi, məhkəmə vurğulayır ki, abonentə daha əvvəl xx.xx.2022-ci il tarixdə sayğaca müdaxilə əsası ilə hesablanmış 2.073,60 manat borc məhkəmə qətnaməsi ilə əsasında silinmişdir. Hazırda mübahisələndirilən 3.984,75 manat borc sayğaca müdaxilə əsası ilə yazılmış həmin borcla ehtiva olunmadan, debitor borcu təşkil edir və müstəqil iddia predmetinin əsasıdır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə çıxarılmış iddiaçıya məxsus köhnə sayğacın elektron hissəsi sönmüşdür, mexaniki hissə isə sərfiyyatı qeyd etmişdir. Üzərində sayğacı eyniləşdirməyə imkan verən nömrə (1202AQ**********4) əks olunduğundan, məhkəmə hesab edir ki, abonentə məxsus sayğacın fotoşəkli üzərində əks olunmuş mexaniki sərfiyyat göstəricisi əsas götürülməlidir. (28.448 m3). Nasaz sayğacın çıxarılması barədə xx.xx.2022-ci il tarixli aktda göstərilmiş mexaniki hissənin göstəricisi (7.065 m3) fotoşəkildəki göstəricidən daha az sərfiyyyat əks etdirdiyindən, akt üzrə olan göstərici mötəbər məlumat hesab edilmir. İşin mübahisəsiz halıdır ki, sayğacın mexaniki göstəricisinin qeyd etdiyi 7.065 m3 qaz sərfiyyatı abonent tərəfindən ödənilib. Məhkəmə hesab edir ki, ümumi mexaniki göstərici 28.448 m3 kimi nəzərə alınaraq, qeyd olunan göstəricilərin fərqi abonent tərəfindən debitor borc olaraq ödənilməlidir. (28.448 m3 – 7065 m3=21.383 m3). Məhkəmə qeyd edir ki, cavabdehin izahatı ilə müəyyən edilir ki, sayğacın mənfi hesabat apardığı 1.329 m3 qaz həcmi də həmin ümumi sərfiyyat göstəricisinə daxildir. Abonentin 2017-2022-ci illər üzrə ödəniş etməməsi və həmin illər üzrə ödənişlə bağlı təyin edilmiş limitlərin fərqli olması nəzərə alınaraq, məhkəmə hesab edir ki, mexaniki göstəriciyə əsasən 21.383 m3 qaz sərfiyyatının ümumi ödənişi əhali üçün müəyyə edilmiş ən aşağı qiymət üzrə - 1 m3 qaza görə 0,10 manatdan hesablanaraq, 2.138,3 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh İB iddiaçıya 2017-2022-ci illər üçün mexaniki göstəriciyə əsasən 3.984,75 manat debitor borc hesabladığından, həmin borcun 2.183,3 manat hissəsindən yuxarı hissəsi (3.984,75-2.183,3=1.846,45) debitor borcdan silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Bununla da, 1.846,45 manat borc debitor borcdan silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 38,46 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********31740) iddiaçı X3 abonent saldosu üzrə 2022-ci ilin avqust ayında yazılmış 3.984,75 (üç min doqquz yüz səksən dörd manat yetmiş beş qəpik) manat debitor borcun 1.846,45 (bir min səkkiz yüz qırx altı manat qırx beş qəpik) manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. 38,46 (otuz səkkiz manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-1052/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1052/2025
21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver