Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1053/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi, A.Zeynallı küçəsi 28 saylı fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu qeydiyyata alınmışdır.
2. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı Fərdi yaşayış evinə qaz sağacı sonuncu dəfə xx.xx.2020 tarixdə quraşdırılmışdır (abonent salosuna əsasən). Fərdi yaşayış evinə 2019-cu ilin yanvar ayından 2020-ci ilin aprel ayı da daxil olmaqla 16 dəfə xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı və xx.xx.2020-ci il tarixdə ******* saylı aktlar tərtib edilmiş, aktlarda hər birində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə ilə bağlı qeydlər aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin ümumilikdə 3161,2 manat olduğu müəyyən edilmişdir.
3. Həmçinin, iddiaçının yaşadığı fərdi yaşayış evinin abonent saldosunun “qalıq və aktlar” bölməsində 2019-cu il üzrə 2226,6 manat, 2020-ci il üzrə 934,8 manat borcun olması əks olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi, aktlardan irəli gələn 3157,2 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi, A.Zeynallı küçəsi 28 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00000) dair ona hesablanmış 3157,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən fərdi yaşayış evində yaşayır. xx.xx.2012-ci il tarixdə evinə sayğac quraşdırılmış, abonent kodu verilsə də, müqavilə bağlanmamışdır. xx.xx.2016-cı il tarixdə yaşadığı fərdi yaşayış evinə yenidən G-4 smart tipli sayğac quraşdırılmş, lakin iddiaçı başqa ünvanda yaşadığı üçün müqavilə bağlanmamışdır. xx.xx.2018-ci il tarixdən başlayaraq sayğaclara profilaktik baxış keçirilməsi ilə əlaqədar iddiaçının da sayğacına, onun iştirakı olmadan baxış keçirilmi, sayğac yenisi ilə əvəz edilmiş, iddiaçı başqa ünvanda yaşadığı üçün müqavilə bağlanmamışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh iddiaçının fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni xətt aşkar etmiş, foto şəkil çəkmiş və itirilmiş qazın dəyərini 1177,20 manat hesablamşdır. Halbuki, həmin kənar xəttin iddiaçıya heç bir aidiyyəti yoxdur, çəkilən foto şəkil qonşunun qaz sayğacıdır. Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək yazılmış aktlar əsasında iddiaçıya ümumilkdə 3157,20 manat borc hesablamışdır.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
12. 4.6-cı bəndi. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
13. 4.7-ci bəndi. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
14. 4.8-ci bəndi. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
15. 5.2-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür (xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur).
19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
22. İşin faktiki və məhkəmə baxışı zamanı müəyyən edilmiş halları ilə müəyyən edilir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.
23. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.
24. Aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür (Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi). Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəaları da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır.
25. Bundan baçqa, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3-16- 16/2-3/115 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən yuxarıda qeyd edilən ünvanda yerləşən iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi ünvanda quraşdırılmış qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.
26. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının rəyi ilə iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi ünvanda quraşdırılmış qaz sayğacından kənar xəttin olmasına əsas verən hər hansı iz və zədə aşkar edilmədiyindən, məhkəmə mühəndis texniki ekspertizasının gəldiyi nəticələr üzrə hesabat aparılması zərurəti aradan qalxmış olur.
27. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
28. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları isə cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktlarda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı borcu iddiaçıdan tələb etməsi əsassızdır.
30. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
31. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 51,57 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsi 28 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00000) dair İddiaçı hesablanmış 3157,20 manat məbləğində borc silinsin. 51,57 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı