Məhkəmə qərarları › İş №2(011)-1056/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1056/2022

23.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1056/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən başqasına hesablanmış borc məbləğinin abunə hesabından silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə 03/8646 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə bağlanılaraq Bakı şəhəri Buzovna qəsəbəsi Xəzər küçəsində yaşadığı evin qaz xəttinə başqa istehlakçının X2 adına olan qaz sayğacı quraşdırılmasının və ona başqa abunəçi F.Cəfərovaya məxsus 17120429 saylı “Smart Payment” kartın verilməsinin, həmçinin qazdan istifadə ilə əlaqədar tərəfindən ödəmələr aparılması üçün X3 aid olan **********00089 abonent kodu verilməsinin qanunsuz olması, Cavabdeh İB ilə iddiaçı arasında bağlanmış qazın alğı-satqısı barədə 03/8646 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş “Smart G-4” markalı, STS **********0 zavod nömrəli və plomb nömrəsi 11122157 olan sayğacın istehlakçı olaraq iddiaçının adına quraşdırılması, qazla təmin edilməsi ilə əlaqədar olaraq iddiaçıya “Smart Payment” kartının və abunə kodu verilməsi vəzifəsinin qoyulması barədə və qazdan istifadə qaydalarının pozulmasına dair X2 barəsində tərtib edilmiş aktlar əsasında qaz itkisinə hesablanmış borc məbləğinin iddiaçıya məxsus abunə hesabından silinməsi və ya ona məxsus abunə hesabına daxil edilməməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oglu ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin qazla təmin edilməsi üçün qaz paylayıcısı Cavabdeh İB ilə istehlakçı olaraq İddiaçı oglu arasında qazın alğı-satqısı barədə 03\8646 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqavilə əsasında da yaşadığı ünvana “Smart tipli G-4” markalı, STS **********0 zavod nömrəli və plomb nömrəsi 11122157 olan sayğac quraşdırılmış və əvvəlki köhnə sayğac isə Cavabdeh İB-nin işçiləri tərəfindən aparılmışdır. Cavabdeh tərəfindən əvvəlcədən iddiaçıya başqa abunəçi olan F.Cəfərovaya məxsus olan smart kart verilmiş və həmin smart kartla pul yükləyib köhnə sayğacı işlətmişdir. İddiaçının karta yüklədiyi pulun yarısı cavabdeh tərəfindən tutulmuş, digər yarısı ilə iddiaçı qazdan istifadə etmişdir. Cavabdeh işçiləri məsələnin əsl mahiyyətini bildirməmişlər. Plomb nömrəsi 11122157 olan sayğac quraşdırıldıqdan sonra iddiaçı F.Cəfərovaya məxsus olan smart karta pul yükləmək istəyərkən karta pul yüklənməmiş və kart Cavabdeh İB tərəfindən bloklaşdırılmışdır. İddiaçının özünün araşdırmasının nəticəsində məlum olmuş ki, yaşadığı evin qaz xəttinə başqa istehlakçının X2 adına olan qaz sayğacı quraşdırılmış və həmin şəxsin qaz sərfinə görə borcu olmuşdur. Cavabdeh İB iddiaçı ilə qazın alğı-satqısı barədə 03/8646 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləni bağlamamışdan əvvəl və müqavilə bağlandıqdan sonra da istehlakçı X2 adına bir-birinin ardınca qazdan istifadə qaydalarının pozulmasına dair çoxsaylı aktlar tərtib etməklə abonent koduna borc daxil etmişlər. Həmin aktlara əsasən Cavabdeh işçiləri itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsini qanunsuz olaraq ondan tələb etməyə başlamış və ödəmədiyi üçün evinin qazla təmin olunmasını dayandırmışlar. Cavabdeh iddiaçıya yeni qaz yükləmə kartı və abunə kodu verməmiş və yaşadığı ünvana quraşdırılmış “Smart tipli G- 4” markalı STS **********0 zavod nömrəli və plomb nömrəsi 11122157 olan sayğacı işlədə bilməmişdir. “Smart tipli G-4” markalı STS **********0 zavod nömrəli və plomb nömrəsi 11122157 olan sayğac istehlakçı Elşad Səfərovun adına quraşdırılmışdır. Təbii qaza görə F.Cəfərovanın adına olan kartla iddiaçı tərəfindən istehlakçı X2 adına aparılan ödənişlərdən borca görə tutulmaların aparılması, evə aid qaz xəttinin bağlanması, evə dair quraşdırılmış sayğacın bloklaşdırılması yolu ilə ailə üzvləri ilə birlikdə yaşadığı evə təbii qazın verilməsi heç bir bildiriş verilmədən iddiaçıya dair aktla rəsmiləşdirilmədən dayandırılmışdır. İddiaçı bildirir ki, cavabdeh onun üçün acınacaqlı bir vəziyyət yaratmaqla məcbur etmə yolu ilə ondan pul əldə etməklə qaz itkisini bu yolla əsaslandırmaq istəyirlər. Cavabdehin təbii qazdan istifadə qaydalarının pozulması haqqında bir-birinin ardınca tərtib edilmiş aktlarda abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir, dəymiş ziyan hesablanması və ödənilməsi yazılmışdır. İddiaçı və ya ailə üzvləri evinə sayğacdan kənar qaz xətti çəkməmiş və təbii qazdan qeyriqanuni istifadə etməmişlər. Təbii qazın dəyərini ödəməklə istifadə etmişlər. İddiaçının evinə təbii qazın verilməsi dayandırıldığı vaxtdan etibarən uzun müddət evində qaz balonundan və elektrik qızdırıcılarından istifadə etməyə məcbur qalmışdır. Qaz xətti və cihazlarının yoxlanılması üçün Cavabdeh İB işçilərinin iddiaçının həyətinə və evinə daxil olmaları üçün onlara heç bir vaxt maneə olmamışdır. İddiaçı bildirir ki, Cavabdeh İB işçiləri həyətinə və evinə daxil olub evindəki qaz cihazlarının işlək vəziyyətini, onların sayğacdan kənar qaz xəttinə qoşulma ilə işləyib-işləməməsini müəyyən etməyə, mövcud vəziyyətlərinin fotoşəkilini çəkməyə maneələr, qadağalar olmamışdır. Abonentin qaz xəttinə 1-2 dəqiqə ərzində bir neçə metr şlank birləşdirib fotoşəklini çəkmək və həmin fotoşəkilə əsaslanaraq abonentə borc məbləği hesablamaq ən azından vicdansızlıq, ədalətsizlikdir. Nəzərə alınsa ki, qaz işçiləri tərəfindən qaz sayğacı və onun birləşdiyi qaz xətti iddiaçının evindən, həyətindən və onun nəzarətindən kənarda küçədə küçə divarında yerləşdirilib. Cavabdeh İB-nin əməkdaşları abonentlərin sayğaclarına və ya qaz xətlərinə ayda iki dəfə baxış keçirirlər (maraqlı olduqda istədikləri vaxt) və həyətdə, küçədə olmadıqları vaxtlarda sayğacdan kənar qaz xəttinə qoşulma görüntüsü yaratmaq niyyəti ilə həmin əməkdaşlar tərəfindən onun evinə aid olan qaz xəttinə şlank birləşdirilmiş vəziyyətdə fotoşəkilin çəkilməsinə şübhə qalmır. Qaz idarəsinin əvvəlcədən əlbir olan bir qrup işçiləri yalnız vətəndaşlara yüksək məbləğdə qanunsuz və əsassız cərimələr yazmaqla, qaz itkisini bu yolla əsaslandırmaqla bərpa etmək istəmişlər. Cavabdeh tərəfindən qaz sayğacı və onun birləşdiyi qaz xətti iddiaçının evindən, həyətindən və nəzarətindən kənarda küçədə divarda yerləşməsi səbəbindən qaz sayğacına və ya qaz sayğacının birləşdiyi qaz xəttinə müdaxilənin sayğacdan kənar qaz xəttinə şlank birləşdirilməsinin qarşısının alınmasını təmin etmək qeyri-mümkündür. Belə olan halda iddiaçının hər hansı bir şəkildə ehtimal olunan xətdən kənar qoşulma və ya müdaxiləyə görə məsuliyyət daşımağı yolverilməzdir. Buna baxmayaraq iddiaçının evinin qazla təmin olunması dayandırılmışdır. İddiaçının evinə aid sayğacdan kənar qaz xəttinin kimlər tərəfindən, hansı şəraitdə çəkilməsi halı hüquqi əsaslarla sübuta yetirilməmişdir. Hələ nəzərə alınsa ki, sayğacdan kənar qaz xəttinə qoşulmaqla qazdan istifadə edilməsi ilə bağlı Elşad Səfərov barəsində 18 akt tərtib edilmişdir. Sayğacdan kənar qaz xəttinə şlank birləşdirilməsində iddiaçının və ailə üzvlərinin təqsirli hərəkəti olmadığından və öz çirkin əməlləri üzə çıxacağından ehtiyatlanaraq Cavabdeh İB işçiləri qanunvericiliyə uyğun hərəkətlər etməmişdir. Azəriqaz” İB-nin işçiləri tərəfindən şlankla Elşad Səfərov barəsində qanunsuz qoşulma halı yaradılmış və qoşulma halı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında əlavə 17 akt tərtib etmişlər. Cavabdeh İB tərtib etdiyi hər bir akta görə itirilmiş təbii qazın dəyərinin borc məbləğinin ödənilməsi, əks təqdirdə qazın verilməsinin dayandırılması barədə ona müvafiq bildiriş göndərilməmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh belə bir bildiriş göndərmədiyi təqdirdə evinin qazla təmin olunmasını dayandırmışdır. Cavabdeh İB tərəfindən qazdan istifadə qaydalarının pozulmasına dair başqa şəxs Elşad Səfərov barəsində tərtib edilmiş aktlara əsasən abonent koduna borc məbləği daxil edilərək iddiaçının evinin təbii qazla təmin olunmasının dayandırılması ailə üzvləri ilə birlikdə onun qanunla qorunan hüquqlarını pozur. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin üzərinə qazla təmin edilməsi ilə əlaqədar olaraq tərəfindən ödəmələr aparılması üçün ona abunə kodun verilməsi vəzifəsinin qoyulması və X2 barəsində qaz itkisinə hesablanmış borc məbləğinin ona veriləcək abunə hesabına daxil edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş üzrə İddiaçı ogluna məxsus ünvan 1 ünvanında aparılmış yerli müəyinəyə dair protokoldan görünür ki, qeyd edilən ünvanda İddiaçı ogluna məxsus evə ayrıca qaz sayğacı quraşdırılmışdır. Lakin İddiaçı təbii qazdan istifadəyə görə aylıq ödənişləri Elşad Səfərova məxsus abunə kodu vasitəsilə həyata keçirir. Həmin ünvanda Elşada Səfərova məxsus ayrıca qaz sayğacı vardır. Həmçinin iddiaçıya məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadəyə dair kənar xəttin və ya onun izlərin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, cavabdehin səhvi ucbatından iddiaçıya məxsus ünvanda təbii qazdan istifadə üçün quraşdırılmış qaz sayğacına məxsus abunə kodu X2 adına olduğundan, iddiaçı qazın dəyərinə dair ödənişləri həmin şəxsin adı ilə aparır. X1 hesabına daxil edilmiş borc da əsassız olaraq iddiaçıdan tələb edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacından istifadəyə görə onun adına yeni abunə kodu verilməli və X2 abonent hesabına yazılmış cərimə onun yeni hesabına daxil edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında quraşdırılmış İddiaçı ogluna məxsus qaz sayğacından istifadəyə görə ona yeni abunə kodunun verilməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulsun və X2 abunə koduna hesablanmış borc İddiaçı oglunun yeni abunə hesabına daxil edilməsin. 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar