Məhkəmə qərarları › İş №2(011)-106/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-106/2022

01.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-106/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – cavabdeh tərəfindən obarəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktların ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanında olan özünə məxsus evdə yaşamadığı halda Cavabdeh ona qanunsuz olaraq xx.xx.2020-ci ildə ******* saylı, xx.xx.2020-ci ildə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı və xx.xx.2020-ci il tarixdə ******* saylı aktlar tərtib edilmişdir. Həmin ünvana Cavabdeh İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən abonent kodu verilmiş və qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh o, həmin evdə yaşamadığı halda 2020-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayına kimi cəmi 7 ədəd akt tərtib etmişdirlər. Həmin aktlardan onun bu günə kimi xəbəri olmayıb və iddiaçı qaz xəttinə qanunsuz müdaxilə etməmişdir. Ona görə də hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən onun barəsində tərtib olunmuş aktlar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçının nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən 2500 manat məbləğində əsassız yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən 5018,4 manat məbləğində əsassız yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanında istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2021-ci tarixli akta əsasən cəmi 1944 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2021-ci tarixli akta əsasən cəmi 1944 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş 03144696 saylı xx.xx.2021-ci tarixli akta əsasən cəmi 1944 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2021-ci tarixli akta əsasən cəmi 1944 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2021-ci tarixli akta əsasən cəmi 2952 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2021-ci tarixli akta əsasən cəmi 2952 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2021-ci tarixli akta əsasən cəmi 1944 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2021-ci tarixli akta əsasən cəmi 1944 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3285 saylı rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanında İddiaçı özünə məxsus ünvanda Cavabdeh İB-nə məxsus qaz xəttinə qeyri-qanuni olaraq qoşulma halı aşkar edilmədi. Lakin baxış zamanı Cavabdeh İB-nə məxsus diamteri 76 mm olan daşıyıcı qaz xəttinə qeyri-qanuni qoşulma hallarının olması müəyyən edilmişdir, həmin qoşulmaların isə hansı fərdi yaşayış evlərinə aid olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7199 saylı rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış keçirilmişdir və həmin ünvanda İddiaçı yaşadığı fərdi yaşayış evinin, həmçinin evin qarşısından keçən diametri 76 mm olan daşıyıcı qaz xəttinin fotoşəkilləri çəkilmişdir. Bununla da, hazırda təqdim edilmiş mülki iş materiallarına əlavə edilmiş fotoşəkillərə tanış olduqda, həmin fotoşəkillərin İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus ünvanına məxsus olduğu müəyyən edilir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 5018,4 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, göstərilən hal məhkəməyə təqdim edilmiş ekspertiza rəyində öz əksini tapmamış və məhz iddiaçı tərəfindən qaz sayğacına kənar xətlə qoşulma faktı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda göstərilən Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qeyd edilən Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcu əsassız sayır. Nəzərə alınmalıdır ki, qeyd edilən akt iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, habelə göstərilən ünvanda yaşayış olmadığı halda, ödəniləcək məbləğin 5018,4 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən normativ aktların müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 5018,4 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 70,18 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 204 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatlarının dəyəri olaraq 204 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanı (Abonent kodu:**********00012) üzrə İddiaçı hesablanmış 5018,4 (beş min on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. 70,18 (yetmiş manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. 204 (iki yüz dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar