Məhkəmə qərarları › İş №2(011)-1066/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1066/2024

19.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1066/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (6 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, o, xx.xx.1968-ci il tarixdə Balakən rayonu, Şambul kəndində anadan olmuşdur, həmin vaxtdan orada yaşayır. İddiaçının atası X23 ünvan 1 ünvanında yaşamış, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, Balakən dövlət notariat kontorunda yazdığı xx.xx.2013-cü il tarixli vəsiyyətnamə ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və ünvan 5 evin 176-cı mənzilini analığı Cavabdeh1, bacıları Cavabdeh2, Cavabdeh3 vəsiyyət etmiş, iddiaçını vərəsə və məcburi pay hüququndan məhrum etmişdir.

2. xx.xx.2009-cu il tarixli ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi 0,056 ha torpaq sahəsində yerləşir. Ev 1 mərtəbəli 1 otaqlı olmaqla 18,7 kv.m, yaşayış, 52.55 kv.m köməkçi sahəsi vardır.

3. xx.xx.2009-cu il tarixli ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi 18 nömrəli evin 3 otaqdan ibarət 176-cı mənzilin ümumi sahəsi 62,9 kv.m, yaşayış sahəsi 38.6 kv.m-dir.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.2-ci maddəsində göstərilir ki, məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmə yolu ilə həyata keçirə bilər. İddiaçının atası sağlığında bu hüququndan istifadə etmədiyinə görə miras əmlakdan məcburi pay almaq hüququ olduğunu öz iddia ərizəsində qeyd etmişdir. O, Balakən rayonunda yaşadığından atasının ölümündən xəbərsiz olmuşdur, analığı Cavabdeh1, bacıları Cavabdeh2, Cavabdeh3 atalarının öldüyünü ona deməmişlər. Atasının ölməsi 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinin ona yazdığı xx.xx.2023-cü il tarixli məktubdan məlum olmuşdur. Həmin məktubda atasının ölümündən miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün vərəsənin mirası faktiki qəbul etməli olduğu və yaxud miras əmlakın qəbulu barədə qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi müraciət etməli olduğu göstərilmişdir.

5. Notariat ofisinin iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “miras qalmış əmlaka dair məcburi pay hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinə baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmamışdır. AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığı və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Göstərilənlərlə əlaqədar mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və ya mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət edilməlidir.”

6. Notariat Ofisinin bu məktubundan sonra iddiaçı Cavabdeh1, bacıları Cavabdeh2, Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamələri verməsinin 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinə qadağan edilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(011)-1461/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.

7. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddiaçının tələbi:

8. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüş atası X9 miras qalmış ünvan 4 ünvanında yerləşən 18,7 kv.m yaşayış, 52.55 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 0,056 ha torpaq sahəsindən və Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi 18 nömrəli evin 3 otaqdan ibarət ümumi sahəsi 62,9 kv.m, yaşayış sahəsi 38.6 kv.m olan 176-cı mənzilindən iddiaçıya çatası məcburi payı qəbul etməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və ünvan 5 evin 176-cı mənzilindən iddiaçıya çatası məcburi payın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 4 ünvanında yerləşən 18,7 kv.m yaşayış, 52.55 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 0,056 ha torpaq sahəsindən və Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi 18 nömrəli evin 3 otaqdan ibarət ümumi sahəsi 62,9 kv.m, yaşayış sahəsi 38.6 kv.m olan 176-cı mənzilindən iddiaçıya çatası payı qəbul etməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

11. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir:

12. İddiaçı ata adı cavabdehlərin ata adları ilə eyni deyildir və mirasqoyanla hər hansı qohumluq əlaqəsi təsdiq edilmir. Çünki, miras qoyan X10 doğum haqqında şəhadətnaməsindən, həmçinin digər sənədlərdən də görünür ki, İddiaçı ata adı rəsmi sənədlərdə qeyd olunanlarla eyni deyildir. Eyni zamanda qyd etmək istəyirik ki, miras qoya X23 ilə İddiaçı qohumluq əlaqələri digər sənəd və sübutlarla təsdiq olunmur. Bu səbəbdən də hesab edirik ki, işin baxılmasına zərurət yoxdur. X10 İddiaçı adlı qızı olmamışdır, belə bir şəxsi mirasqoyanın həyat yoldaşı və qızları tanımır və heç vaxt görməmişlər. Çünki, ata adı cavabdehlərin ata adları ilə eyni deyildir, təqdim olunan sübutlarda “Hacıyev” qeyd olunur və digər sənədlərdə də o adla göstərilir. Yəni, X10 adı “Hacıyev” deyil, Hacıdır və əvvəllər də heç vaxt “Hacıyev” olmamışdır. Bütün bu göstərilənlərdən aydın olur ki, işin uğurlu nəticəsi yoxdur və gələcəkdə də uğurlu olacağı ehtimalı olmadığndan ümumiyyətlə, işin icraata qəbulundan imtina edilməlidir.

13. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə yazılı etiraz təqdim edərək X10 adının əvvəllər “Hacıyev” olması ilə razılaşmadıqlarını qeyd etmiş, cavabdehlərin ad, soyad və ata adlarının tam şəkildə sənədlərdə qeyd edilməsini və işin gələcəkdə uğurlu olması ehtimalı olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

14. xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinə etirazını bildirmiş və iddianın əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

15. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, anası ilə atası rəsmi nikah münasibətlərində olmuşlar. Əslində onun atasının adı Hacıyev olmuş, sonradan adı dəyişdirilmişdir. Atası ilə əlaqələri olmuşdur, Tibb Universitetinə gedir və orada atası ilə görüşüb, danışırmış. Son vaxtlar telefon əlaqələri olmamışdır, atası hər zaman ona köməklik etmişdir, hətta onu işə də düzəltmişdir. O, bağçada tərbiyəçi işləyirmiş. Atasının ikinci həyat yoldaşı onun iş yerinə gələrək onu hamının içərisində biabır etmiş, ona nalayiq ifadələr işlətmişdir və demişdir ki, “o sənin atan deyil, sən onunla gəzərək, işə düzəlmisən, get atanı tap”. Bu söhbətlərdən sonra həm özü, həm də atası çox pis olmuş, ağır stress keçirmişdir. İddiaçı bildirmişdir ki, o, çox pis şəraitdə böyümüşdür, onun atalığı da onunla çox pis rəftar etmişdir. Atası ilə son dəfə pandemiyada əlaqə saxlamış, daha sonra Tibb Universitetinə zəng vurduqda ona deyilmişdir ki, atası xəstədir və işdən çıxıb. Pandemiyadan sonra əlaqə saxlaya bilməmişlər, Utiney onların əlaqə saxlamasına mane olmuşdur, ona görə də hər zaman atası ilə gizli əlaqə saxlamışlar. Atası ona ev tikdirmişdir, bundan sonra davranışları dəyişməyə başlamışdır. Utiney polis şöbəsinə gedərək demişdir ki, guya iddiaçı onun əri ilə münasibətdədir, Hacı onun atası deyil. İddiaçı qeyd etmişdir ki, ASAN Xidmətdən ona zəng vurulanda atasının vəfat etdiyini və vərəsəlik üçün müraciət etməli olduğunu öyrənmişdir, bu hadisəyə qədər onun atasının vəfatından məlumatı olmamışdır.

16. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında qeyd etmişdir ki, iddiaçı xx xxxxx 1968-ci ildə Balakən rayonu, Şambul kəndində anadan olmuşdur. Həmin vaxtdan etibarən o kənddə yaşamaqdadır. X3 Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən mənzilində yaşamış, 2023-cü ilin aprelində vəfat etmişdir. Onun vəfatından sonra qeyd etdiyi mənzil və Balakən rayonu Şambul kəndində yaşayış evi qalmışdır. Hacının ölməsi barədə onun qızı İddiaçı məlumatlandırmayıblar. Yalnız notariusdan zəng gəldikdən sonra bu barədə məlumat əldə etmişdir. Daha sonra müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edilmiş və ərizəsi təmin edilmiş, cavabdehlərə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qadağan edilmişdir. Qarşı tərəf qeyd edir ki, xanım onların atasının qızı deyil, lakin bunun əksini bütün sənədlər sübut edir. Elə məhz Heydərov Hacının yazdığı vəsiyyətnamədə də o, açıq-aşkar qeyd edir ki, “Balakən rayonu, Şambul kəndində yaşayan qızım İddiaçı Hacı qızını vərəsəlikdən və məcburi pay hüququndan məhrum edirəm.” Doğum haqqında şəhadətnamə, eləcə də iddiaçıya məxsus bütün sənədlərdə onun atasının adı qeyd edilir, iddiaçı mərhumun qızıdır.

17. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında qeyd etmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Onlar müvəqqəti təminat tədbiri verilən zaman da ərizə ilə məhkəməyə müraciət etmişlər ki, məsələ aydınlaşdırılsın. Əgər həqiqətən tərəfin hüququ varsa, heç kəs buna etiraz etmir, lakin qarşı tərəf cavabdehlərin ata adlarını da Hacıyev kimi qeyd etmişdir. Vəsiyyətnamə olsa idi, vəsiyyətnamə əsasında vərəsəlik işi açılardı, lakin qanun üzrə vərəsəlik işi açılmışdır. 19 oktyabrda cavabdehlər ASAN Xidmət Mərkəzinə gedərək şəhadətnamə almışlar, daha sonra onlara məlumat verilmişdir ki, burada məsələ başqadır, digər tərəfə də məktub göndərilməli və xəbər verilməlidir. Əgər müddət ötürülmüşdürsə, ASAN Xidmət vərəsəlik şəhadətnaməsini verməlidir, əlavə araşdırma aparmalı deyil. X23 vəsiyyətnamə verərək İddiaçı Hacı qızını mirasdan məhrum edib, odur ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

18. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında qeyd etmişdir ki, Etiraz edirik. Predmet tamamiləı dəyişir. Xətai rayon Məhkəməsinin sorğusuna cavab olaraq X4 avtomatlaşdırılmış qeydiyyat informasiya sistenmində mirasqoyanın adının “Hacıyev”dən “Hacıya” dəyişdirilməsi, həmçinin də ata adları Hacı və Hacıyev olan şəxslərin eyniləşdirilməsi barədə informasiya sistemində qeyd olunanlar həqiqəti əks etdirmir və aşağıdakı sənədlərdə göstərilənlərlə tam şəkildə təkzib olunur. Belə ki, notarial qaydada təsdiq olunmuş şəhadətnamədən görünür ki, mirasqoyan X23 27 mart 1939-cu il tarixdə anadan olmuş və doğum faktı təsdiq edilərək, adı Hacı, soyadı Heydərov, ata adı İsa qeyd olunmaqla ona doğun haqqında şəhadətnamə verilmişdir. Həmçinin notarial qaydada təsdiq olunmuş partiya biletindən görünür ki, 1963-cü il tarixdə X13 Partiyasına üzv qəbul olunmasına dair X16 partiya bileti verilmişdir. Bundan sonra X23 1964-cü ildə M.F.Axundov adına Azərbaycan Pedeqoji Dillər İnstitutuna daxil olmuş, 1970-ci ildə həmin ali məktəbi bitirməsinə dair X16 ali təhsil haqqında diplom verilmişdir. X10 1964 cü ildə Həmkarlar İttifaqı üzvü olmasına dair X16 üzvülük bileti verilmişdir. Daha sonra X10 əmək fəaliyyətinə başlaması haqqında X10 adına 04 sentyabr 1964-cü il tarixli əmək kitabçası açılmışdır. Notarial qaydada təsdiq olunmuş xx.xx.1970-ci il tarixli nikah haqqında şəhadətnamdən də aydın olur ki, X10 adı Hacı, soyadı Heydərov, ata adı İsa qeyd olunmumdur. Yuxarıda göstərilənlər və notarial qaydada təsdiq olunmuş digər sənədlərlə təsdiq olunur ki, X10 adı heç vaxt "Hacıyev" olmadığından ad dəyişməsinə zərurət olmamışdır. Bu səbəbdən də ata adı "Hacıyev" olan şəxsin X10 qızları ilə eyniləşdirilməsi mümkünsüzdür və həmin sənədlərin möhtəbərliyi şübhə doğurduğundan sübut kimi qəbul edilə bilməz qanunvericiliyin tələblərinə əsasən informasiya sistemində mövcud olan məlumatlarla kağız üzərində olan məlumatlarda uyğunsuzluq olarsa kağız üzərində olan məlumatlar əsas götürülür. Notarial qaydada təsdiq olunmuş sənədlərdən görünür ki, mirasqoyan X23 heç vaxt "Hacıyev" olmamış və addəyişməsi halı qeydə alınmamışdır. Buradan belə nəticəyə gəlmək olar ki, "X4 avtomatlaşdırılmış qeydiyyat informasiya sistenmində "Hacıyev" adında Hacı adına dəyişdirilmə və eyniləşdirmə barədə məlumat düzgün deyil və hər hası sübutla təsdiq olunmur. Bütün bu göstərilənlərdən aydın olur ki, işin uğurlu nəticəsi yoxdur və gələcəkdə də uğurlu olacağı etimalı olmadığndan iş üzrə icraata xitam verilməlir.

19. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

20. 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 368135 №li Ölüm haqqında şəhadətnaməyə əsasən, X23 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.

21. 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 19 oktyabr 2023-cü il tarixli 2729/2023 nömrəli məktuba əsasən, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 vəfatından sonra miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün vərəsə mirası qəbul etməli və yaxud miras əmlakın qəbulu barədə qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə müraciət etməlidir. Mirasın qəbulu barədə İddiaçı tərəfindən rəsmi qaydada müraciət edilməmişdir. Həmin miras əmlakın qəbulu barədə əsaslı dəlil və sübutlar vardırsa, 6 saylı Bakı ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə təqdim etməsi xahiş olunmuşdur. Əks təqdirdə buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi və bu barədə məhkəmədən müraciəti haqqında 10 gün ərzində bildiriş daxil olmazsa, müraciət edən digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi təmin ediləcəkdir.

22. 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 27 oktyabr 2023-cü il tarixli 2807/2023 nömrəli məktuba əsasən, “miras qalmış əmlaka dair məcburi pay hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinə baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmamışdır. AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığı və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Göstərilənlərlə əlaqədar mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və ya mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət edilməlidir.”

23. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Şambul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 578 nömrəli arayışa əsasən, İddiaçı həqiqətən Balakən rayonu, Şambul kənd sakinidir.

24. xx.xx.2023-cü il tarixli Cavabdeh2 tərəfindən verilmiş **********931 nömrəli ərizəyə əsasən, mirasın tərkibinə daxil olan ünvan 9 və ünvan 10n fərdi yaşayış evindən ona çatan hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

25. xx.xx.2023-cü il tarixli Cavabdeh3 tərəfindən verilmiş **********927 nömrəli ərizəyə əsasən, X9 irs qalmış yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın özünə çatası hissəsindən Cavabdeh2 xeyrinə imtina etmişdir.

26. xx.xx.2023-cü il tarixli Cavabdeh1 tərəfindən verilmiş **********928 nömrəli ərizəyə əsasən, əri X9 irs qalmış yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın özünə çatası hissəsindən Cavabdeh2 xeyrinə imtina etmişdir.

27. “Elektron notariat” X1 vasitəsilə “X4” AQİS-dən Çıxarışa əsasən, X12 və X7 arasında xx.xx.1967-ci il tarixdə Nikah haqqında akt qeydi aparılmış, X23 ilə X8 arasında xx.xx.1974-cü il tarixdə Nikahın pozulması haqqında akt qeydi, X23 barəsində xx.xx.2023-cü il tarixdə Ölüm haqqında akt qeydi aparılmışdır.

28. Elektron notariat “X1 vasitəsilə “X4” AQİS-dən Çıxarışa əsasən, X20 1939-cu il tarixdə doğulmuşdur və doğum haqqında akt qeydi aparılmışdır. X20 və Bazarova Kerimat Maxama qızı xx.xx.1970-ci il tarixdə pozulmuşdur və bu barədə akt qeydi aparılmışdır. X17 və X5 xx.xx.1970-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə akt qeydi aparılmışdır. X20 xx.xx.1970-ci il tarixdə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi aparılmışdır.

29. Elektron notariat “X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatlardan Çıxarışa əsasən, X23, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 7 ünvanında qeydiyyatdadırlar.

30. AZ №164323 Nikah haqqında şəhadətnaməyə əsasən, X23 və X6 27 mart 1970-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə 157 nömrəli akt qeydi aparılmışdır. (Bakı şəhəri Nəsimi rayon ZAQS şöbəsi)

31. Doğum haqqında İV-ЖГ 380049№ şəhadətnaməyə əsasən, Cavabdeh3 xx xxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X23, anası Cavabdeh1dır.

32. Doğum haqqında İ-ЖГ 434716 № şəhadətnaməyə əsasən, Cavabdeh2 xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X23, anası X2r.

33. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* №li xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən, X10 Balakən şəhəri, Qafqaz küçəsi, dalan-4də istifadəsində olan 0,056 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 18.7 kv.m yaşayış, 52.55 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 104 nömrəli vərəqində qeydiyyata alınmışdır.

34. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* №li xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0,23 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 9 mərtəbəli binanın 10-cu girişində, 7-ci mərtəbəsində, 62,9 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 176 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz dövlət reyestrində 957 nömrəli reyestr kitabının 88771 nömrəli vərəqində qeydiyyata alınmışdır.

35. 27 avqust 2013-cü il tarixli X23 tərəfindən verilmiş vəsiyyətnaməyə əsasən, X23 harada yerləşməsindən asılı olmayaraq özünə məxsus bütün əmlakın, o cümlədən, ünvan 10n fərdi yaşayış evini bütünlüklə hamısını, həyətyanı torpaq sahəsini, ünvan 8 ünvanında yaşayan arvadı Cavabdeh1, qızları Cavabdeh2, Cavabdeh3 vəsiyyət etmişdir. Bundan əlavə olaraq qeyd etmişdir ki, qızı İddiaçı Hacı qızını vərəsə və məcburi pay hüququndan qəti surətdə məhrum edir və rədd edir.

36. 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Bakı şəhəri 18 saylı Notariat Ofisinə göndərilmiş xx.xx.2023-cü il tarixli sorğuya əsasən, xx.xx.2023-cü il tarixdə ölmüş X10 vərəsəlik işi ilə əlaqədar olaraq xx.xx.2013-cü il tarixli, 2V-280 reyestr nömrəli vəsiyyətnamənin təsdiq olunmuş surətinin təqdim edilməsi xahiş edilmişdir.

37. Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən verilmiş sorğuya cavaba əsasən, notariat ofisində xx.xx.2021-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. Notariat ofisində yanğınla əlaqədar olaraq çox sayda sənədlər, o cümlədən, xx.xx.2013-cü il tarixli 2V-280 reyestr nömrəli Vəsiyyətnamə və vəsiyyətnaməyə əlavə edilmiş sənədlər də yanmışdır.

38. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********885 nömrəli ərizəyə əsasən, atası X9 qalmış mirasın tərkibinə daxil olan ünvan 9 ünvanında yerləşən mənzildən və ünvan 10n fərdi yaşayış evindən ona çatan hissəyə dair məcburi pay hüququ üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

39. AZ 1434883№li Doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1968-ci il tarixdə Balakən rayonunda doğulmuşdur. Onun X3, anası Bazarova Kərimət Mahama qızıdır.

40. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 6 saylı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə İddiaçı Hacı qızı tərəfindən verilmiş ərizəyə əsasən, qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürdüyü, müddətin bərpası üçün məhkəməyə müraciət edəcəyi və sairə qeyd edilmişdir.

41. xx.xx.2013-cü il tarixli vəsiyyətnaməyə əsasən, X23 Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 18 AB mənzil 176-da yerləşən evini bütünlüklə həyat yoldaşı Cavabdeh1 və iki qızı Cavabdeh2 və Cavabdeh3 vəsiyyət etmişdir. O, cümlədən ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evini bütünlüklə, həmçinin altı sot həyətyanı torpaq sahəsini bütünlüklə, bundan başqa həmin rayonun Meşə-Şambul kəndində ona məxsus olan torpaq sahəsini də bütünlüklə həyat yoldaşı Cavabdeh1 və iki qızı Cavabdeh2 və Cavabdeh3 vəsiyyət etmişdir. Bundan əlavə olaraq İddiaçı Hacı qızını gələcəkdə həmişəlik vərəsəlikdən və məcburi pay hüquqlarından qəti surətdə tamamilə həmişəlik məhrum etmiş və qəti surətdə rədd etmişdir.

42. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Şambul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 673 nömrəli arayışa əsasən, İddiaçı doğum haqqında şəhadətnaməsində qeyd edilən X11 ilə AZ-İİ N 368135 seriyalı ölüm haqqında şəhadətnamədə qeyd edilən X23 eyni şəxsdir.

43. İ-ИЕ №509772 Nikah haqqında şəhadətnaməyə əsasən, X11 və Bazarova Kərimət Mahama qızı 27 yanvar 1967-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə 2 nömrəli akt qeydi aparılmışdır. (Balakən rayonu, Şambul kəndi)

44. xx.xx.2024-cü il tarixdə AR Ədliyyə Nazirliyi X4nın Reyestri Xidməti tərəfindən verilmiş sorğuya cavaba əsasən, valideynləri X23 (xx.xx.1970-ci ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən adının “Hacıyev”dən “Hacı”ya dəyişdirilməsi dövlət qeydiyyatına alınmışdır) və Bazarova Kərimət Mahama qızı olan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı doğumunun Balakən rayonunun Şambul kənd icra nümayəndəliyi tərəfindən qeydə alındığı məlum olmuşdur.

45. AR Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisi tərəfindən 17 yanvar 2024-cü il tarixli 71№ li sorğuya cavab məktubuna əsasən, X23 tərəfindən xx.xx.2013-cü il tarixdə Balakən dövlət notariat kontorunda yazılmış vəsiyyətnamə arxivdə olmadığından göndərilməsi mümkün olmamışdır. Vəsiyyətnamə barədə məlumat almaq üçün Balakən Regional ASAN Xidmət Mərkəzinə müraciət edilməsi tövsiyə olunmuşdur.

46. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı və xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2 atası X18r. (xx.xx.1970-ci ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən adının “Hacıyev”dən “Hacı”ya dəyişdirilməsi dövlət qeydiyyatına alınmışdır).

47. xx.xx.2024-cü il tarixdə AR Ədliyyə Nazirliyi X4nın Reyestri Xidməti tərəfindən verilmiş sorğuya cavaba əsasən X10 xx.xx.1967-ci ildə Balakən rayonunun Şambul kənd icra nümayəndəliyində Bazarova Kərimət Mahama qızı ilə nikaha daxil olduğu, nikaha Balakən Rayon Məhkəməsinin xx.xx.1969-cu il tarixli qətnaməsi ilə xitam verildiyi, nikahın pozulmasının isə xx.xx.1970-ci ildə H.Heydərovun ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alındığı məlum olmuşdur. (xx.xx.1974-cü ildə Balakən rayon qeydiyyat şöbəsində K.Bazarovanın müraciəti əsasında nikahın pozulması təkrar qeydiyyata alınmışdır.) Həmçinin, valideynləri H.Heydərov və K.Bazarova olan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı doğumunun Balakən rayonunun Şambul icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. xx.xx.1970-ci ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən sözügedən şəxsin adının “Hacıyev”dən “Hacı”ya dəyişdirilməsi dövlət qeydiyyatına alınmışdır. H.Heydərov xx.xx.1970-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində Mehtiyeva (Heydərova) Utiney Mühüddin qızı ilə nikaha daxil olmuş, həmin nikahdan doğulmuş xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh3 doğumu adıçəkilən qeydiyyat şöbəsində qeydə alınmışdır.

48. 10 fevral 1977-ci il tarixdə verilmiş 15783005 nömrəli Partiya biletinə əsasən, X23 Azərbaycan KQ 26 Bakı Kommisarı adına rayon komitəsinə üzv olmuşdur.

49. 299875 nömrəli Diplomun surətinə əsasən, X23 “Rus dili və ədəbiyyatı” ixtisasına yiyələnmişdir.

50. Əmək kitabçasının surətinə əsasən, ad, soyad və ata adı- X18r.

51. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

52. Azərbaycan Respublikasının Konstitusiyası:

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

53. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

54. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı.

56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

57. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

58. Belə ki, mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, X23 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. (§20)

59. Cavabdeh tərəf iddiaçının X10 qızı olmadığını qeyd etsə də bunun əksini sübut edən mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə AR Ədliyyə Nazirliyi X4nın Reyestri Xidməti tərəfindən verilmiş sorğuya cavaba əsasən X10 xx.xx.1967-ci ildə Balakən rayonunun Şambul kənd icra nümayəndəliyində Bazarova Kərimət Mahama qızı ilə nikaha daxil olduğu, nikaha Balakən Rayon Məhkəməsinin xx.xx.1969-cu il tarixli qətnaməsi ilə xitam verildiyi, nikahın pozulmasının isə xx.xx.1970-ci ildə H.Heydərovun ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alındığı məlum olmuşdur. (xx.xx.1974-cü ildə Balakən rayon qeydiyyat şöbəsində K.Bazarovanın müraciəti əsasında nikahın pozulması təkrar qeydiyyata alınmışdır.) Həmçinin, valideynləri H.Heydərov və K.Bazarova olan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı doğumunun Balakən rayonunun Şambul icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. xx.xx.1970-ci ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən sözügedən şəxsin adının “Hacıyev”dən “Hacı”ya dəyişdirilməsi dövlət qeydiyyatına alınmışdır. H.Heydərov xx.xx.1970-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində Mehtiyeva (Heydərova) Utiney Mühüddin qızı ilə nikaha daxil olmuş, həmin nikahdan doğulmuş xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh3 doğumu adıçəkilən qeydiyyat şöbəsində qeydə alınmışdır. (§47)

60. Məhkəmə qeyd edir ki, Balakən Rayon İcra Hakimiyyəti Başçısının Şambul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 673 nömrəli arayışa əsasən, İddiaçı doğum haqqında şəhadətnaməsində qeyd edilən X11 ilə AZ- İİ N 368135 seriyalı ölüm haqqında şəhadətnamədə qeyd edilən X23 eyni şəxsdir. (§42)

61. Eyni zamanda, cavabdeh tərəfin təqdim etdiyi 27 avqust 2013-cü il tarixli X23 tərəfindən verilmiş vəsiyyətnaməyə əsasən, X23 harada yerləşməsindən asılı olmayaraq özünə məxsus bütün əmlakın, o cümlədən, ünvan 10n fərdi yaşayış evini bütünlüklə hamısını, həyətyanı torpaq sahəsini, ünvan 8 ünvanında yaşayan arvadı Cavabdeh1, qızları Cavabdeh2, Cavabdeh3 vəsiyyət etmişdir. Bundan əlavə olaraq qeyd etmişdir ki, qızı İddiaçı Hacı qızını vərəsə və məcburi pay hüququndan qəti surətdə məhrum edir və rədd edir. (§35) xx.xx.2013-cü il tarixli vəsiyyətnamə də eyni məzmundadır. (§41)

62. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürməsi üzrlü hesab edilməlidir.

63. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

64. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

65. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

66. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

67. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 4 ünvanında yerləşən 18,7 kv.m yaşayış, 52.55 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 0,056 ha torpaq sahəsindən və Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi 18 nömrəli evin 3 otaqdan ibarət ümumi sahəsi 62,9 kv.m, yaşayış sahəsi 38.6 kv.m olan 176-cı mənzilindən İddiaçı çatası payı qəbul etməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır.

Məhkəmə xərcləri:

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

69. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. ünvan 12 ünvanında yerləşən 18,7 kv.m yaşayış, 52.55 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 0,056 ha torpaq sahəsindən və Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi 18 nömrəli evin 3 otaqdan ibarət ümumi sahəsi 62,9 kv.m, yaşayış sahəsi 38.6 kv.m olan 176-cı mənzilindən İddiaçı çatası payı qəbul etməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın.

4. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar