Məhkəmə qərarları › İş №2(011)-1068/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1068/2023

22.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1068/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1896 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Əlqiyam qızı ünvan 1 ünvanında pasport qeydiyyatındadır və faktiki olaraq həmin ünvanda yaşayır. Cavabdeh İB tərəfindən xx.xx.2012-ci il tarixdə ünvan 1 ünvanına, küçədə İtron tipli, G-4 markalı, 1202AQ**********2 №-li qaz sayğacı quraşdırılmış, 02070808 №-li plomb vurulmuş, **********00000 №-li kod verilmiş, iddiaçının qayınatası, Səlimov Yulduzun adına "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" 614108 №-li AKT tərtib edilmiş, abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmışdır. Sayğacın istismar müddəti bitdiyi üçün 1202AQ**********2 №-li qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2017-cİ il tarixdə baxış keçirilmiş, heç bir qüsur aşkar edilməmiş, həmin sayğac yenidən quraşdırılmış, 02542854 № li plomb vurulmuş və iddiaçının həyat yoldaşı, X4 ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə», Ason 4/6783 №-li müqavilə bağlanmışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini və qaz xəttlərini yoxlamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh İB tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan xx.xx.2020-ci il tarixdə, abonentin iştirakı ilə küçədə quraşdırılmış 1202AQ**********2 №-li qaz sayğacına vizual baxış keçirilmiş, sayğacın elektron göstəriciləri işləmədiyi səbəbindən, İTRON tipli sayğacını mexaniki sayğacla əvəz edərək, **********6 №-li qaz sayğacı quraşdırılmış, 10791099 №-li plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" ******* №-li AKT tərtib edilmiş, lakin, iddiaçının həyat yoldaşı, X4 ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. **********6 №-li qaz sayğacı qazı buraxmadığı üçün 07 aprel 2022-ci il tarixdə iddiaçının iştirakı ilə ZENNER tipli, G-4 markalı. **********7 №-li qaz sayğacı quraşdırılmış, 11986110 №-li plomb vurulmuş, həmcinin SM5793 №-li şəffaf qutu quraşdırılmış, şəffaf qutuya 11957599 №-li plomb vurulmuş, "Qaz sayğacının çıxarılması və istismarı haqqında” ******* №-li Akt tərtib edilmiş, ən asası isə xx.xx.2021-ci il tarixdə vəfat etmiş abonentin özü ilə Cavabdeh İB arasında xx.xx.2022-ci il tarixdə heç bir nömrəsi olmayan «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə» müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə, iki aydan sonra, isti yay günlərində, heç bir əsas olmadan, abonentə heç bir AKT təqdim etmədən və heç bir məlumat vermədən abonentin hesab koduna 1896 manat borc yazılmışdır. Abonent tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xəttə qoşulmamışdır. Sayğac küçədə yerləşdiyindən ona edilmiş müdaxilə (əgər elə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi belə aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına hər ay baxış keçirilir və elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçilərin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Ən azından sayğaca müdaxilə edilməsi üçün şəffaf qutunun plombu və sayğacın plombu qırılmalı idi. Halbuki, plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. Digər tərəfdən küçədə quraşdırılmış qaz sayğacına, qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə nə abonentin, nə də ki, onun ailə üzvlərinin həmin AKTdan xəbərləri olmayıb. AKT birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdim olunmamış və abonent həmin Aktı imzalamamışdır. Abonentin imzalamadığı AKT əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün AKT ləğv edilməlidir. Cavabdeh İB qaz xəttinə və ya sayğaca, məhz abonent tərəfındən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Abonentin imzası olmayan tərtib edilmiş Akt və ya Aktlar qaz xəttinə və ya sayğaca müdaxilənin məhz onun tərəfındən edildiyini təsdiq etmir. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izəri qalır. Bu səbəbdən ünvan 2 ünvanına yerində haxış keçirilməsi zərurəti yaranır. Cavabdeh İB iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazmışdır. Cavabdeh İB qaz sayğacına məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə təqdim etməmişdir. Abonentin imzası olmayan həmin akt isə qaz sayğacına müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Cavabdeh İB "GASREP” və "Abonentin Saldosu"ndan əlavə, dəymiş ziyanın hesablanması barədə aktları təqdim etməkdən imtina etmişdir. İddiaçıya təqdim olunmuş xx.xx.2022-ci il tarixli Gasrepdən məlum olur ki, abonent sərfiyyata uyğun olaraq 2020-ci ilə qədər 8593 m3 sərfiyyata görə 863 manat ödəniş etmişdir və borca görə abonentdən cəmi 3.70 manat pul tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Sevda iddiaçı Səlimova Əliqiyam qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Səlimova Əliqiyam qızı əlavə olaraq qeyd etmişdir ki, həyat yoldaşı X4 xx.xx.2021-ci il tarixdə vəfat etsə də, bu günədək tərtib olunmuş aktlarda hələ də onun adı qeyd edilir. Qaz istehlakçısı faktiki olaraq o, özü olsa da, cavabdeh təşkilat onunla müqavilə bağlamır. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentə aid hesabdan çıxarışdan məlum olur ki, həmin çıxarışda X2 borcunun 1896 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli aktdan məlum ki, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə sayğaca baxış keçirilmiş, “Sayğacın elektron göstəriciləri işləmir.” qeyd edilmişdir. İş materiallarında olan X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətinə əsasən məlum olur ki, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi evə aid Zenner markalı qaz sayğacı çıxarılmış, digər Zenner markalı sayğac quraşdırılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 150746 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 mart 2021-ci il tarixdə vəfat etmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh məhkəməyə heç bir sübut yaxud etiraz təqdim etməmiş, eyni zamanda cavabdeh qüsurların iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının yaşadığı mənzilə dair hesablanmış 1896 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, X4 07 mart 2021-ci il tarixdə vəfat etdiyi, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmiş, bütün aktlarda istehlakçı kimi X3 göstərmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, ünvan 1 ünvanda yerləşən (Abonent kodu: **********00000) fərdi evə dair hesablanmış 1896 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən X2 mülkiyyətində olan və İddiaçı faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi evlə bağlı hesablanmış 1896 (bir min səkkiz yüz doxsan altı) manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar