Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1076/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə borcun ödənilməsi, lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06/18/0308 saylı, 11 sentyabr 2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən hesablanmış cərimə üzrə 200 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2.700 manat olan iddiaçıya məxsus bir ədəd 2017-ci il buraxılışı olan, Ferroli markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqı seti-1 ədəd, pol oborot vintil 25 mm-2 ədəd, qaz requlyatoru 1 ədəd, stabilizator 1 ədəd, radiator 76 ədəd, radiator asqı seti 6 ədəd, radiator vintili köşə 12 ədəd, tangit ip 80 sm 1 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintili 1 ədəd zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06/18/0308 saylı, 11 sentyabr 2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 2.700 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan bir ədəd 2017-ci il buraxılışı olan Ferroli markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqı seti-1 ədəd pol oborot vintil 25 mm-2 ədəd, qaz requlyatoru 1 ədəd, stabilizator 1 ədəd, radiator 76 ədəd, radiator asqı seti 6 ədəd, radiator vintili köşə 12 ədəd, tangit ip 80 sm 1 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintili 1 ədəd cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 02 noyabr 2020-ci il tarixinədək lizinq ödənişləri üzrə 1.055,44 manat, cərimə üzrə 1.517,92 manat olmaqla, cəmi 2.573,36 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 11 sentyabr 2018-ci il tarixdə İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən lizinq obyektini ləvazimatları ilə birlikdə öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq İddiaçı MMC-yə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Lizinq obyektinin sahibi İddiaçı MMCdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh yuxarıda adı çəkilən daxili lizinq müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyi üçün iddiaçı həmin müqavilə üzrə yaranmış borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə, cavabdehdən tutulmalı olan cərimə borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, hesablanmış 200 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin lizinq obyektinin ləvazimatları ilə birlikdə iddiaçıya geri qaytarılması hissəsini araşdıraraq hesab edir ki, Cavabdeh 11 sentyabr 2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliyi lazımi qaydada icra etmədiyindən və iddiaçı mübahisəli lizinq obyektinin mülkiyyətçisi olduğundan, iddiaçının lizinq obyektinin geri qaytarılması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20 manat məbləğində cərimə pulu tutularaq İddiaçı MMC-yə ödənilməli və Cavabdeh lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2.700 manat olan iddiaçıya məxsus bir ədəd 2017-ci il buraxılışı olan Ferroli markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 2 ədəd pol oborot vintil 25 mm, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 76 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili zəruri sənədləri və ləvazimatları ilə birlikdə alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində cərimə pulu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2.700 manat olan iddiaçıya məxsus bir ədəd 2017-ci il buraxılışı olan Ferroli markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 2 ədəd pol oborot vintil 25 mm, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 76 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili zəruri sənədləri və ləvazimatları ilə birlikdə alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1076/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1076/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver