Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1076/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, ərizəçinin anası X8 xx.xx.2010-cu il tarixində dünyasını dəyişmişdir. Bu barədə ərizəçiyə ölüm haqqında şəhadətnamə təqdim edilmişdir. Bununla yanaşı, Ləhiş ərazisindəki 1263 nömrəli bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 13880 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.25 ha torpaq sahəsi ərizəçinin anası Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızına icarəyə verilmişdir. Daha sonra, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli Ləhiş ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.25 ha torpaq sahəsi ərizəçinin anası Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızının istifadəsinə verilmişdir. Sözügedən əmlak mərhum ərizəçinin anasına verildiyi vaxtdan-mərhum ərizəçinin anasının sağlığından bugünədək daimi onların istifadəsində olmuşdur. Bununla yanaşı, xx.xx.1969-cu il tarixində ərizəçinin anası mərhum Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızı ilə ərizəçinin atası X9 rəsmi nikaha daxil olmuş, bundan sonra ərizəçinin anası Muxtarova soyadını qəbul etmişdir. Lakin, Ləhiş ərazisindəki 1263 nömrəli bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 13880 saylı müqavilədə ərizəçinin anası Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızının adında və ata adında yanlışlığa yol verilmişdir. Belə ki, X10 yerinə X7, eyni zamanda, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı departamenti Bağlar Təsərrüfatının inkişafı departamenti inkişafı və istismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli Ləhiş ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı müqavilədə isə X15 yerinə X1 qeyd edilmişdir. Buna baxmayaraq digər sənədlərdə- ölüm haqqında şəhadətnamə, evlənmək haqqında şəhadətnamə, ərizəçiyə məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin anasının ad, soyad və ata adı Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızı olaraq düzgün şəkildə qeyd edilmişdir. Sadəcə sözügedən müqavilələrdə mərhum ərizəçinin anasının adında və ata adında qeyd edilən hərf yanlışlığının olması səbəbindən ərizəçi bu gün bir çox proseduru, o cümlədən, sözü gedən əmlaka dair vərəsəlik işi açdıra, əmlakın özəlləşdirilməsini həyata keçirmək imkanından məhrum olmuşdur. Bununla bağlı, ərizəçinin tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı Notariat Ofisinə müraciət edilən zaman Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazasində yerləşən 0.25 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərdə ərizəçinin anasına dair ad uyğusuzluq müəyyən edilmiş, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan başqa, ərizəçi hüquq müəyyənedici sənədlərdə ərizəçinin anasına dair ad uyğunsuzluğunun aradan qaldırılması üçün Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatına müraciət etsə də, xx.xx.2024-cü il tarixli, 3-52/2-M- 527-112/2024 saylı məktubla Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş müqavilələr, Bakı şəhər İcra Hakimiyyətinin 1968-ci ilə dair qərar və sərəncamlarının arxivdə saxlanılmadığı ərizəçiyə bildirilmişdir. Belə olduğu halda ərizəçi bir sıra hüquqlarını həyata keçirə bilmək üçün bir tək ədalət mühakiməsini həyata keçirən məhkəmələrə ümid edir, Ləhiş ərazisindəki 1263 nömrəli bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 13880 saylı müqavilə və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli Ləhiş ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı müqavilənin mərhum ərizəçinin anası Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızına məxsus olması faktının müəyyən olunması qanunauyğun hesab edilir Ərizəçi qeyd olunanlara əsasən, Ləhiş ərazisindəki 1263 nömrəli bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 13880 saylı müqavilə və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli Ləhiş ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı müqavilənin mərhum anası Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızına məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ləhiş ərazisindəki 1263 nömrəli bağın icarəyə verilməsi haqqında 12 oktyabr 1992-ci il tarixli, 13880 saylı müqavilə və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı departamenti Bağlar ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı müqavilədə tərəfin Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızı olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İİİ-ЖГ seriyalı, 442072 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X9, anası isə X4r. İş materiallarına əlavə olunmuş AЗ seriyalı, 139745 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızı 06 fevral 1969-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahları 309 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri 4 saylı Notariat Ofisi tərəfindən Ərizəçi verilmiş 06 avqust 2024-cü il tarixli, 232 nömrəli məktubun surətindən görünür ki, onun anası X2 vəfatı səbəbindən ona məxsus miras əmlakı olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 1263 nömrəli bağ sahəsi ünvanında yerləşən miras əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı 06 avqust 2024-cü il tarixli müraciətinə baxılmış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (mirasın qəbul edildiyi müddət) əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Eyni zamanda təqdim olunmuş miras əmlakı olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 1263 nömrəli bağ sahəsinə aid hüquqmüəyyənedici sənədlərdə miras qoyan X5 dair ad uyğunsuzluğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Ərizəçi müvafiq məhkəməyə müraciət etməsi zəruri olduğu bildirilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Ərizəçi verilmiş 08 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş 11 sentyabr 2024-cü il tarixli, 3-52/1-M-527-112/2024 nömrəli ərizəsinə baxılmış, cavab olaraq bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilən müqavilələr Bakı şəhər İcra Hakimiyyətinin 1968-ci ilə dair qərar və sərəncamları Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X6 (Fİ xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən 22 noyabr 2024-ü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan 12 oktyabr 1992-ci il tarixli, 13880 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Ləhiş ərazisindəki 0,25 ha torpaq sahəsi olan 1263 nömrəli bağ X11 istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Ləhiş ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı 06 yanvar 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,25 ha torpaq sahəsi olan 1263 nömrəli bağ X3 istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 218257 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 17 dekabr 2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 440482 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24 avqust 2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Ərizəçi verilmiş 11 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən “1263” saylı torpaq sahəsinə dair icarə müqaviləsində düzəliş edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizəyə baxılmışdır. Müraciətdə qeyd edilən məsələ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X17 xx.xx.2022-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş 1 saylı Bakı Ərazi idarəsinin Əsasnaməsinin 2-ci maddəsinə əsasən İdarənin fəaliyyət istiqamətlərinə aid deyildir. Əlavə olaraq vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə belə qənaətə gəlir ki, 12 oktyabr 1992-ci il tarixli, 13880 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilədə və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Ləhiş ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı 06 yanvar 2005-ci il tarixli müqavilədə qeyd olunan tərəfin Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızı olması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal iş materiallarında olan şəhadətnamələrdəki məlumatlarla təsdiq olunur. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçilər yol verilmiş yanlışlığın aradan qaldırılması üçün düzgün olaraq məhkəməyə müraciət etmişdirlər. Beləliklə, görünür ki. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Ləhiş ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı 06 yanvar 2005-ci il tarixli müqavilədə Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızının adında yol verilmiş səhv onun əmlak hüquqlarının əmələ gəlməsinə maneə yaradır. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, 12 oktyabr 1992-ci il tarixli, 13880 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilədə və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Ləhiş ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı 06 yanvar 2005-ci il tarixli müqavilədə qeyd olunan tərəfin Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızı olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 12 oktyabr 1992-ci il tarixli, 13880 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilədə və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Ləhiş ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı 06 yanvar 2005-ci il tarixli müqavilədə qeyd olunan tərəfin Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1076/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1076/2025
22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver