Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1081/2022 02.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Xaçmaz rayonu Zeyxuroba kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən Abdulməcid kimi qeyd edilən ata adının “Abdulcəlil” adı ilə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.01.2022-ci il tarixli məhkəmə iclasında Ərizəçi ərizə təqdim edərək, ona məxsus Xaçmaz rayonu Zeyxuroba kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzrə JN-193a saylı 30225028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən adın Ərizəçi məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.1959-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur, Xaçmaz rayonu Zeyxuroba kəndində yerləşən 0.08 ha torpaq sahəsi ona məxsusdur, lakin topağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə ata adı “Abdulcəlil” olduğu halda, səhvən “Abdulməcid” kimi göstərilmişdir, yəni ata adı səhv qeyd olunmuşdur, buna görə də sənədləşmələri başa çatdıra bilmir, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi hal-hazırda ləğv edilmişdir, 26.08.2019-cu il tarixdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ona arayış təqdim etmiş və ata adının səhv olduğunu təsdiqləmişdir, istifadəsində olan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin ad, soyad və ata adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq barədə 5 saylı Xaçmaz Ərazi İdarəsinə 24.11.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir, lakin imtina edilərək bildirilmişdir ki, bu uyğunsuzluğun aradan qaldırılması onun səlahiyyətlərinə aid deyildir, buna görə də şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında 12.06.1961-ci il təvəllüdlü X16 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur, onun kənddə torpağının olmasını bilir, ərizəçi torpaqla bağlı sənədləşməni başa çatdıra bilmədiyini, atasının adının səhv yazıldığını ona demişdir. İş materiallarında olan АЗ №714460 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1959-cu il tarixdə Qusar rayonunda doğulmuşdur. Onun atası X3, anası X5r. İş materiallarında olan AZ-İ 354414 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 03.04.2009-cu il tarixdə kardiogen şokdan Xaçmaz rayonu Xan-oba kəndində ölmüşdür. İş materiallarında olan AZ-İ 751458 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20.05.2015-ci il tarixdə kəskin ürək damar çatışmazlığından Xaçmaz rayonu Zeyxur-oba kəndində ölmüşdür. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-193A KOD 30225028 saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə verilmiş 0.08 hektar sahə X6 verilmişdir, torpaq mülkiyyətçisinin adı və soyadı X7r. İş materiallarında olan nikahın bağlanması haqqında Vİ-JQ seriyalı 365498 №-li şəhadətnamənin surətindən görünür ki, X14 və X9 28 yanvar 1994-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 26.08.2019-cu il tarixində verilmiş N 322 saylı arayışdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 193A kod 30225028 olan şəhadətnamədə göstərilmiş X12 əsalində X1 oxunmalıdır. İş materiallarında olan AR ƏMDK DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 29.11.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-193A (kod ********) nömrəli şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad, soyad və ata adlarının yazılışında yaranmış uyğunsuzluqların aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X10 xx.xx.1959-cu ildə Qusar rayonu, Xanoba kəndində anadan olmuşdur, JN 193A kod 30225028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.08 ha torpaq sahəsi, X8 verilmişdir, həmin aktda onun adı X2 qeyd edilmişdir, X10 28 yanvar 1994-cu il tarixdə nikah bağladıqdan sonra ona Qurbanova soyadı verilmişdir, X12 ilə Ərizəçi eyni şəxsdir, ərizəçi hüquqi əhəmiyyəti olan faktı başqa qaydada əldə edə bilməmişdir. Bununla belə, ərizə tələbində müəyyən edilməsi göstərilən faktın hüquqi əhəmiyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, X4 adına olan Xaçmaz rayonu, Zeyxuroba kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzrə JN-193a saylı 30225028 kodlu Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 adına olan Xaçmaz rayonu, Zeyxuroba kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzrə JN-193a saylı 30225028 kodlu Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1081/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1081/2022
02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver