Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1088/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar əsassız və qanunsuz hesablanmış 835 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda istehlak edilən elektrik enerjisinin uçotu məqsədilə quraşdırılmış sayğac 2016-cı ilin avqust ayında sıradan çıxdığına görə işləmədi, iddiaçı bu barədə dərhal enerjitəchizat müəssisəsinə məlumat verdi. Həmin sayğacı dəyidirilməli olduğu halda, uzun müddət ərzində dəyişdirilmədi. İddiaçı bununla bağlı rəsmi müraciət etdi, və 8 ay sonra sayğacı dəyişdirdilər. Lakin sayğac laboratoriyada iddiaçının iştirakı olmadan yoxlanıldıqdan sonra məlum olmuşdur ki, guya iddiaçının cəmi 2 nəfərdən ibarət olan ailəsi 8 ay ərzində 835 manat dəyərində elektrik enerjisindən istehlak etmişdir. Bu halların mümkün olmadığı barədə iddiaçı cavabdeh təşkilata bildirsə də, heç bir tədbir görülməmiş və bu günə kimi həmin əlavə hesablanmış məbləğ şəxsi hesabından silinməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək məhkəmədən İddiaçı istehlakçı hüquqlarının müdafiəsi barədə iddia tələbinə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus olan "xxxx" Abunə haqqında çıxarışdan görünür ki, iddiaçıya X1yə görə 03.04.2017-ci il tarixində 765,81 manat məbləğində borc hesablanmışdır. Həmin tarixdən əvvəl elektrik enerjisinə görə borc sonuncu dəfə 06.08.2016-cı il tarixində hesablanmış və 65,87 manat təşkil etmişdir. 03.04.2017-ci il tarixindən sonra ardıcıl olaraq borc məbləği hər aya görə hesablanmış və 11 manat məbləğini keçməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 13.02.2020-ci il tarixli, 7-01(08-07)S-022/611 nömrəli məktubun surətindən görünür ki, İddiaçı müraciətinə əsasən ona bildirmişdirlər ki, **********30039 saylı kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 04.01.2020-ci il tarixə sərf olunan elektrik enerjisi sərfiyyatında görə yaranmış 742,98 manat debitor borc mənzildə istehlak edilmiş, lakin ödənişi vaxtlıvaxtında aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Qanunvericilikdə elektrik enerji sərfiyyatına görə güzəşt nəzərdə tutulmadığına görə müraciəti təmin etmək mümkün olmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin 02.03.2020-ci il tarixli, 7-01(08-07)S-022/858 nömrəli məktubun surətindən görünür ki, **********30039 saylı kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 04.02.2020-ci il tarixə sərf olunan elektrik enerjisi sərfiyyatında görə yaranmış 742,98 manat debitor borcun mənzildə istehlak edilmiş elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. 16.04.2019-cu il tarixdə Xətai RETSİ-nin Komissiyasında elektrik sayğacının gec oxunmasından yaranan “limitdən artıq sərfiyyat”ın hesabatına baxılmışdır. “X1 Qaydaları”ın tələblərinə, "xxxx" ASC-nin daxili təlimatlarına və prosedur qaydalarına uyğun hesabatlar aparılaraq kompüter məlumat bazasında abonentin hesab vərəqində düzəliş edilmiş, 12/6621 saylı protokol tərtib edilərək 339 kvts, 37,29 manat dəyərində dürüstləşmə aparılmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı istifadəsində olan sayğacda baş vermiş nasazlıq, bunun nəticəsində istehlak edilmiş elektrik enerjisinin uçot pozulması iddiaçının təqsirindən baş verdiyi məhkəmə araşdırması zamanı öz təsdiqi tapmadığına görə məhkəmə belə qənaətə gəlir ki, istifadə edilmiş elektrik enerjisinin dəyərinə görə 742,98 manat məbləğində borcun hesablanması qanunsuz və əsassızdır Belə ki, yuxarıda istinad edilən Qaydaların müddəalarına görə elektrik enerjisinin uçotunun pozulduğu dövr üçün elektrik enerjisi sərfinin hesabatı uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılmalı və bir aydan artıq olmamalıdır. Belə olan halda, istehlakçının uçot pozulandan əvvəlki ayın göstəricisinə əsasən hesablanaraq, 65,87 manat məbləğində müəyyən edilməli və qalan 677,11 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarının müddəalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia müddəti, cavabdehin qeyd etdiyi kimi iddiaçıya borcun hesablandığı vaxtdan deyil, iddiaçı tərəfindən borcu əks etdirən bildirişin ona təqdim edildiyi tarixindən, yəni 11.11.2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia müddəti 11.11.2020-ci il tarixindən hesablanmalı olduğu, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 23.12.2022-ci il tarixində müraciət etdiyinə görə hazırkı iddia ərizəsi məhkəməyə iddia müddəti ötürülmədən verilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzili üzrə (abonent kodu **********30039) elektrik enerjisinin istehlakına görə İddiaçı hesablanmış 677,11 (altı yüz yetmiş yeddi manat on bir qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1088/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1088/2022
14.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver