Məhkəmə qərarları › İş №2(011)-1089/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1089/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1089/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********92526 olan Samsung Galaxy A30 markalı telefon, Mİ markalı Power Bank üçün 332 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu; xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********28997 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full qoruyucu üzlük, Piko Case qoruyucu örtük üçün 196 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********37138 olan Samsung Galaxy A50 markalı telefon üçün 632 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********46850 olan Samsung Galaxy A70 markalı telefon üçün 829 manat ödənilməmiş hissə, 187 manat dəbbə pulu borcu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40303 olan Samsung Galaxy A40 markalı telefon üçün 113 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Led markalı televizor üçün 292 manat ödənilməmiş hissə, 56 manat dəbbə pulu; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********91055 olan Samsung Galaxy A40 markalı telefon üçün 342 manat ödənilməmiş hissə, 103 manat dəbbə pulu; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Philips markalı üz qırxan üçün 150 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu olmaqla, ümumilikdə 3.660 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3.690 manat pulun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə bağlanmış xx xxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019cu il, xx xxxxxxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh Samsung Galaxy A30 markalı telefon, Mİ markalı Power Bank, Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full qoruyucu üzlük, Piko Case qoruyucu örtük, Samsung Galaxy A50 markalı telefon, Samsung Galaxy A70 markalı telefon, Samsung Galaxy A40 markalı telefon, Hoffmann Led markalı televizor, Samsung Galaxy A40 markalı telefon, Philips markalı üz qırxan almış və nəticədə 3.660 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 726 manat olan Samsung Galaxy A30 markalı telefon, Mİ markalı Power Bank üçün ümumilikdə 432 manat olmaqla, 332 manat ödənilməmiş hissə, 100 manat cərimə pulu borcu; xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 381 manat olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full qoruyucu üzlük, Piko Case qoruyucu örtük üçün ümumilikdə 254 manat olmaqla, 196 manat ödənilməmiş hissə, 58 manat cərimə pulu borcu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 795 manat olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 806 manat olmaqla, 632 manat ödənilməmiş hissə, 174 manat cərimə pulu borcu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1151 manat olan Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə 1016 manat olmaqla, 829 manat ödənilməmiş hissə, 187 manat cərimə pulu borcu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 520 manat olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 164 manat olmaqla, 113 manat ödənilməmiş hissə, 51 manat cərimə pulu; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 378 manat olan Hoffmann Led markalı televizor üçün ümumilikdə 348 manat olmaqla, 292 manat ödənilməmiş hissə, 56 manat cərimə pulu borcu; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 520 manat olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 445 manat olmaqla, 342 manat ödənilməmiş hissə, 103 manat cərimə pulu borcu; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 165 manat olan Philips markalı üz qırxan üçün ümumilikdə 195 manat olmaqla, 150 manat ödənilməmiş hissə, 45 manat cərimə pulu borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Samsung Galaxy A30 markalı telefon, Mİ markalı Power Bank, Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full qoruyucu üzlük, Piko Case qoruyucu örtük, Samsung Galaxy A50 markalı telefon, Samsung Galaxy A70 markalı telefon, Samsung Galaxy A40 markalı telefon, Hoffmann Led markalı televizor, Samsung Galaxy A40 markalı telefon, Philips markalı üz qırxan almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən xx xxxxxx 2020-ci il tarixə Samsung Galaxy A30 markalı telefon, Mİ markalı Power Bank üçün ödənilməmiş əsas borc 332 manat, dəbbə pulu 100 manat, Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full qoruyucu üzlük, Piko Case qoruyucu örtük üçün 196 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu, Samsung Galaxy A50 markalı telefon üçün 632 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu, Samsung Galaxy A70 markalı telefon üçün 829 manat ödənilməmiş hissə, 187 manat dəbbə pulu; Samsung Galaxy A40 markalı telefon üçün 113 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu; Hoffmann Led markalı televizor üçün 292 manat ödənilməmiş hissə, 56 manat dəbbə pulu; Samsung Galaxy A40 markalı telefon üçün 342 manat ödənilməmiş hissə, 103 manat dəbbə pulu; Philips markalı üz qırxan üçün 150 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu olmaqla, cəmi 3660 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 100 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 58 manat dəbbə məbləği azaldılaraq 5 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 174 manat dəbbə məbləği azaldılaraq 17 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 187 manat dəbbə məbləği azaldılaraq 18 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 51 manat dəbbə məbləği azaldılaraq 5 manat məbləğində, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 56 manat dəbbə məbləği azaldılaraq 5 manat məbləğində, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 103 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 45 manat dəbbə məbləği azaldılaraq 4 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 332 manat, dəbbə pulu 10 manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 196 manat, dəbbə pulu 5 manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 632 manat, dəbbə pulu 17 manat, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 187 manat əsas, dəbbə pulu 18 manat, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 113 manat əsas, dəbbə pulu 5 manat, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 292 manat əsas, dəbbə pulu 5 manat, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 342 manat əsas, dəbbə pulu 10 manat, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 150 manat əsas, dəbbə pulu 4 manat olmaqla, ümumilikdə 2.960 manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 332 (üç yüz otuz iki) manat, dəbbə pulu 10 (on) manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 196 (bir yüz doxsan altı) manat, dəbbə pulu 5 (beş) manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 632 (altı yüz otuz iki) manat, dəbbə pulu 17 (on yeddi) manat, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 187 (bir yüz səksən yeddi) manat əsas, dəbbə pulu 18 (on səkkiz) manat, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 113 (bir yüz on üç) manat əsas, dəbbə pulu 5 (beş) manat, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 292 (iki yüz doxsan iki) manat əsas, dəbbə pulu 5 (beş) manat, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 342 (üç yüz qırx iki) manat əsas, dəbbə pulu 10 (on) manat, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 150 (bir yüz əlli) manat əsas, dəbbə pulu 4 (dörd) manat olmaqla, ümumilikdə 2.960 (iki min doqquz yüz altmış) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar