Məhkəmə qərarları › İş №2(011)-1091/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1091/2021

19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1091/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdaiəsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 11.09.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsi ev 32, mənzil 18-ə yazılmış (abonent kodu: **********20018) 1595,93 manat məbləğində pul vəsaitinin abunəçinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.02.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili M.M.Zalıyev məhkəməyə ərizə təqdim edərək, işin baxılmamış saxlanmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barəsində ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-yə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdaiəsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında elektrik enerjisinin (abunə kodu **********20018) verilməsinin bərpa edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli 2(011)-6816/2020 saylı iddianı təmin etmə tədbiri barədə qərardadı ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar