Məhkəmə qərarları › İş №2(011)-1106/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1106/2023

04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1106/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1ində yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə Cavabdeh İB tərəfindən qaz xətti çəkilmiş və onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqı barədə” müqavilə imzalanmışdır. Qeyd olunan müqavilənin şərtlərinə əsasən onun ünvanında qaz sayğacı quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci ilin sentyabr ayında gələrək, guya o, təbii qazdan qeyri-qanuni (sayğacdan kənar xətt vasitəsilə) istifadə etmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Akta əsasən onun ünvanına həmin tarixə 2344, 32 manat həcmində zərər hesablanmış və onun **********00051 saylı istehlakçı hesabına borc kimi qeyd edilmişdir. Qaz təchizatının dayandırılması hədə qorxusu ilə ona həmin borcdan məcburi qaydada 945 manat vəsait ödətdirilmişdir. Bununla da, onun 3 aylıq maddi-iqtisadi durumu zəifləmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh İB tərəfindən müəyyən edilmiş, ümumilikdə, 2344,32 manat cərimə əsassız olduğundan silinməli, ödəniş olduğu 945 manat pul vəsaiti ona geri qaytarılmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, əsassız olaraq onun **********00051 saylı istehlakçı hesabına 2022-ci ilin sentyabr ayına yazılmış 2344,32 manat borcun silinməsi və məcburi qaydada ödədiyi 945 manat vəsaitin Cavabdeh İB tərəfindən ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilin sentyabr ayı üçün borcu 2344,32 manat təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30 sentyabr 2022-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən sayğac laboratoriyaya göndərilmiş, aktda “qeydiyyatsız qeyri-qanuni təbii qazdan istifadə ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə istehlakçının (iddiaçının) qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı qeydiyatsız təbii qazdan qeyriqanuni olaraq istifadə edir. Bununla əlaqədar Birliyin əməkdaşları tərəfindən həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” , xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta müvafiq olaraq itirilmiş təbii qazın bərpası üzrə tələblər müəyyən edilmiş, tələblərə əsasən istehlakçının (iddiaçının) qaz işlədiçilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat, və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və aşağıdakı nəticə əldə edilmişdir. Hesabata görə itirilmiş təbii qazın bərpası üzrə müəyyən edilmiş vəsait 2344 manat 32 qəpik təşkil edir. İstehlakçının istifadəsində olan qaz cihazlarının sərfiyyatına uyğun hesabat aparılmış dəyəri ödənilməyən qazın həcmi müəyyən edilmiş və istehlakçıdan qeyri-qanuni istifadə etdiyi qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edilənlərin əsası yoxdur. Hər bir İstehlakçı “Qazdan istifadə Qaydaları”nın tələbinə uyğun olaraq qazdan istifadə etməli və istifadə etdiyi qazın dəyərini tam ödəməlidir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbinə əməl edilməmiş mövcud qanunvericilik kobud şəkildə pozulmuş və dövlək əmlakı talanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 3/527 saylı, 15 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı ünvan 1i ünvanında tədqiqata təqdim edilən qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşahidə edilməmişdir. Sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin (möhürün) sıxılması nəticəsində əks olunmuş plomb vardır və onun tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxiə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30 sentyabr 2022-ci il tarixli aktın surətində “qeydiyyatsız qeyri-qanuni təbii qazdan istifadə ” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/527 saylı, 15 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı ünvan 1i ünvanında tədqiqata təqdim edilən qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşahidə edilməmişdir. Sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin (möhürün) sıxılması nəticəsində əks olunmuş plomb vardır və onun tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxiə edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, sübutetmə yükü cavabdeh tərəfin üzərində olduğu halda cavabdeh tərəf iddiaçı tərəfindən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilməsini mötəbər sübutlarla təsdiq edə bilmədiyinə görə iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçının faktiki yaşadığı evə dair hesablanmış 2344,32 manat borc silinməli və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 945 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanı ilə bağlı hesablanmış 2344,32 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 945 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar