Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-111/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X1 cavabdeh Yasamal Rayon Qeydiyyat Şöbəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı aktda düzəliş tələbinə dair 2(004)-1961/2021 saylı mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılıb edilənədək, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair 2(011)-4608/2021 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-111/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. “AZEMYS” Elektron Məhkəmə Sistemindən və eyni zamanda iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə ünvanladığı əizəsindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmişdir. İddiaçı vəfat etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-111/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-111/2022
19.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver