Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1110/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istehlakçı hesabında (**********00000) mövcud olan 191,60 manat borcun silinməsi və ünvan 2çının adına qoyulmuş qazdan istifadəyə görə sayğacın göstəricisi 3283 kub metrə çatana qədər cavabdeh tərəfindən heç bir ödənişin iddiaçıdan tələb edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. ünvan 2çının adına 05 noyabr 2011-ci il tarixdən qazdan istifadəyə görə sayğac qoyulmuşdur. Bir müddətdən sonra iddiaçıya qazdan istifadəyə görə ödədiyi kommunal məbləğin faktiki istifadə etdiyi kommunalın həcmindən çox olması məlum olmuşdur. İddiaçı məsələni aydınlaşdırmaq üçün Sabunçu rayon QİS-nin 3 saylı xidmət sahəsinə müraciət etmiş, idarə tərəfindən 18 oktyabr 2012-ci il tarixli, 001902 saylı akt tərtib olunmuş və iddiaçıya təqdim edilmişdir. Aktdan da göründüyü kimi aktın tərtib edilmə tarixinə 2084 kubmetr qaz enerjisi və buna müvafiq olaraq da 208.40 manat artıq şəkildə qeydə alınmışdır. İddiaçı onlardan ya ödədiyi pulun geri qaytarılmasını, ya da 2084 kubmetr qaz enerjisinin onun abonent hesabına köçürülməsini xahiş etmişdir. Lakin idarə tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. İdarə tərəfindən iddiaçıya 1199 kubmetr borc yazılmışdır. İddiaçı 15 sentyabr 2021-ci il tarixdə cavabdehə bir daha ərizə ilə müraciət edərək ondan pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçıya hesabında 191,60 manat borcunun mövcud olması barədə əsaslandırılmamış cavab vermişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının yaşadığı ünvan 3 ünvanında Cavabdeh İB tərəfindən 2008-ci ildə qazdan istifadəyə görə sayğac quraşdırılmışdır. 05 noyabr 2011-ci il tarixdə iddiaçıya məxsus mexaniki sayğac cavabdehin nümayəndələri tərəfindən çıxarılaraq yerinə yeni smart tipli sayğac quraşdırılmışdır. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 18 oktyabr 2012-ci il tarixli, 001902 saylı aktdan görünür ki, abonentə məxsus sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Sayğac çıxarılarkən faktiki göstərici 2692 kubmetr, bazada olan göstərici 4776 kubmetr olmuşdur. Sonuncu göstəricidən abonentin sərf etdiyi məbləğ çıxıldıqdan sonra sayğacın üzərində dəyəri ödənilmiş, lakin iddiaçı tərəfindən istifadə edilməmiş 2084 kubmetr qaz həcminin qaldığı aşkar olunmuşdur. Qeyd olunan bu qalıq abonentin hesabına geri yüklənməmişdir. Həmçinin iş materiallarında olan 20 noyabr 2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, aktın tərtib edildiyi tarixə iddiaçıya məxsus abonent hesabına əlavə olaraq 29 kubmetr qaz həcmi qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına yazılmış 2113 kubmetr qaz həcmi iddiaçı tərəfindən mexaniki tipli qaz sayğacına yüklənmiş, lakin sayğac yeni smart tipli sayğacla əvəz edilərkən həmin qaz həcmi cavabdeh tərəfindən iddiaçıya məxsus yeni sayğaca köçürülməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən mexaniki tipli sayğaca yüklənmiş 2113 kubmetr əlavə qaz həcmi cavabdeh tərəfindən iddiaçıya məxsus yeni smart kart hesabına köçürülməlidir. Məhkəmə iddia tələbinin 191.60 manat borcun silinməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində ona 191.60 manat məbləğində borcun yazıldığını qeyd etsə də, bu barədə hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçının 2012-ci ilin may ayına 119.90 manat borcu mövcud olmuşdur. İddiaçıya yazılan cərimə məbləğindən sonra onun balansına yüklədiyi məbləğlərin 50 % miqdarı təyin edilmiş borc hesabına balansından silinmişdir. 2012-ci ilin may ayından 2020-ci ilin fevral ayınadək abonentin hesabından 50.18 manat məbləğində tutmalar aparılmışdır. 2020-ci ilin fevral ayına iddiaçının qalıq borcu 69.72 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 69.72 manat borc silinməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən 50% tutulması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, cavadehin iddiaçının abonent hesabından sildiyi 50.18 manat mələğində pul iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı tərəfindən mexaniki tipli sayğaca yüklənmiş 2113 kubmetr miqdarında qaz həcmi Cavabdeh tərəfindən iddiaçıya məxsus abonent hesabına köçürülməli, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 69.72 manat borc silinməli, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 50.18 manat məbləğində pul iddiaçıya məxsus abonent hesabına geri qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən mexaniki sayğaca yüklənmiş 2113 kubmetr miqdarında qaz həcmi Cavabdeh tərəfindən iddiaçıya məxsus abonent hesabına köçürülsün. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 69.72 (altmış doqquz manat yetmiş iki qəpik) manat borc silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 50.18 (əlli manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçıya məxsus abonent hesabına geri qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1110/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1110/2022
15.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver