Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1111/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 **********00003 saylı abonent kodu olan fərdi yaşayış evinə əsassız olaraq cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinin ödənilməsinə görə N ******* saylı akt əsasında tələb olunan 1944 manat və N ******* saylı Akt əsasında təəb olunan 2462.4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanındakı ev onun istifadəsindədir, həmin ünvanda anası ilə birlikdə yaşayır, ünvana qoşulmuş **********00003 saylı abonent kodu olan qaz sayğacı onun adınadır, 24.08.2018ci ildə cavabdehin əməkdaşları yaxınlaşaraq köhnə qaz sayğacını çıxarıb yerinə yeni qaz sayğacı quraşdırmışdırlar, yeni sayğacadan bir müddət istifadə etmişlər, sonra yeni qaz sayğac kartına pul köçürmək istədikdə smart tipli sayğacın kartına ödənilən pulun yarı hissəsinin karta ödənilmədiyinin şahidi olmuşdur, bununla bağlı cavabdehə müraciət etdikdə, bildirmişlər ki, sayğaca müdaxilə etməmisiniz lakin, daxildə problem olub bu səbəbdən cərimə ödəməlisiniz, bu zamana qədər həmin sayğacdan istifadəyə görə borc barədə hər hansı bir mübahisə yaranmamışdır, atası ağır yataq xəstəsi olduğu zamanlarda onun adına olan sayğacdan guya təbii qazdan qeyri qanuni kənar istifadəyə görə də akt tərtib olunmuşdur, həmin aktdan xəbəri olmamışdır, cərimə haqsız yazılmışdır, sayğacdan kənar qanunsuz qaz xəttinə qoşulmamışdır, sayğaca müdaxilə etməmişdir, cavabdehə müraciət etdikdə bildirmişlər ki qanunsuz qoşulmanın fotoşəkilləri var, lakin həmin fotoşəkillərdəki ev onun evi deyildir, hər ay qaz sayğacına ödənişlər etməklə qazdan istifadə etmişlər, borcun silinməsi barədə cavabdehə müraciət etmişdir amma bir nəticəsi olmamışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 28.01.2022-ci il tarixdə cavabdehin nümayəndəsi A.Quliyeva iddia ərizəsinə etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, 24 avqust 2018-ci il tarixdə onun iştirakı ilə baxış keçirilən zaman sayğacın çıxış borusunda deşik aşkar olunmuşdur, bu ******* saylı aktla rəsmiləşdirilmiş və iddiaçının hesabına əlavə edilmişdir, eyni zamanda 2016, 2017 və 2018-ci ilin avqust ayına qədər ödənişlər az edilmiş və bəzi aylarda ümumiyyətlə qeydə alınmamışdır, ******* saylı akt üzrə borc isə sayğacdan kənar qaz xəttinə özbaşına qoşulmaqla təbii qazı taladığından yazılmışdır, sayğaca baxış keçirilərkən bu aşkar olunmuş, fotoşəkillər çəkilmişdir, 2462,40 manat borc hesablanmışdır, bircun silinməsinin heç bir əsası yoxdur, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehə 23.02.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24.08.2018-ci il tarixli qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı Smart G-4 markalı 160AZ**********80 saylı sayğacı Smart G-4 markalı 1802AZ**********70 saylı sayğac ilə əvəz edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.09.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilmişdir nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 21.09.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, **********00003 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üzrə 9720 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.12.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar istifadə etməsi aşkar olunması nöqsanı qeyd edilmişdir. İş materiallarında olan 04/03-0291023 saylı akta əsasən, abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar istifadə etməsi əsası ilə təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 30.12.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, **********00003 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üzrə 24624 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 10.12.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********00003 saylı abonent hesabına 09/2018-ci il tarixə 1944 manat, 12/2020-ci il tarixinə 2642,40 manat borc hesablanmışdır. İş materiallarında olan 10.12.2021-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********00003 saylı abonent hesabına 10/2018-ci il tarixə 1944 manat, 05/2021 ci il tarixdə 2542,4 manat borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 2018-ci ildə dəyişdirilərək yenisi ilə əvəz edilmişdir, sayğaca baxış keçirilmişdir, 2018-ci ildə sayğacın çıxış plastmas borusu deşilməsi əsası ilə və 2020-ci il tarixdə abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar istifadə etməsi əsası ilə aktlar tərtib olunmuşdur, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş təbii qaz sərfiyyatına görə 21.09.2018-ci ildə 1944 manat, 30.12.2020-ci il tarixdə 2462,40 manat borc hesablanmışdır və hazırda həmin məbləğlər ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, iddiaçı tərəfindən sayğaca müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00003) itirilmiş qazın bərpası məqsədilə ******* №-li akt əsasında yazılmış 1944 manat və ******* №-li akt əsasında hesablanmış 2462,40 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulması məsələsinə münasibətdə hesab edir ki, iddianın qiyməti 10000 manata qədər olduğundan, hazırkı iş üzrə dövlət rüsumu iddianın qiyməti (4406 manat) nəzərə alınmaqla 64 manat məbləğində nəzərdə tutulmalı, iddia tələbi təmin olunduğundan və cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunmadığından, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00003 nömrəli abonent koduna itirilmiş qazın bərpası üzrə ******* №-li akt əsasında yazılmış 1944 (min doqquz yüz qırx dörd) manat və ******* №-li akt əsasında hesablanmış 2462 (iki min dörd yüz altmış iki) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Cavabdehndən 64 (altmış dörd) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1111/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1111/2022
23.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver