Məhkəmə qərarları › İş №2(011)-112/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-112/2022

21.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-112/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Əiziağa oğlunun iştirakı ilə İlkin iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsinə dair ilkin iddiası; Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlak bölgüsü tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı X19 ilkin iddia üzrə Cavabdeh qarşı Cavabdeh 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməklə onun, habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X12 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X12 həmin mənzildən çıxarılmaları barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 01.10,2005-ei ildə ailə qurmuşdur. Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 1247 saylı qeydlə 01/10.20Q5-Cİ il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmış və həmin şöbə tərəfindən Nikah haqqında şəhadətnamə verilmişdir. Həmin birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X24 vo 23.04.2Üİ1-Cİ il təvəllüdlü X21 adlı övladları dünyaya gəlmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)- 2581/2013 saylı qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulması, xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X12 cavabdehin yanında saxlanılması. X24 və X21 yetkinlik yaşma çatanadək iddiaçıdan hər uşaq üçün 93- manat cəmi 186 manat alimentin tutulması qət edilmişdir. Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın pozulması haqqında Şəhadətnamə verilmişdir. xx.xx.2019~cu il tarixdə iddiaçı yenidən ailə həyatı qurmuş və bu fakt xx.xx.2019-cu il tarixli Nikah haqqında şəhadətnamə ilə təsdiq olunur. Həmin birgə nikahdan xx.xx.2020-ci il tarixdə X25 övladım dünyaya gəlmişdir. Hal-hazırda bu günə kimi ailəsi İlə birlikdə kirayədə yaşayır. Belə ki, 2013-cü ildən bu günə kimi cavabdeh hər il alimentin artırılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş məhkəmə qətnamələrinə əsasən aliment artırılmışdır. 2020-ci ildə cavabdeh yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin artırılaraq hər uşaq üçün 170 manat məbləğində alimentin tutulmasını tələb etmiş, lakin iddiaçının bir övladı və ailəli olduğunu nəzərə alaraq məhkəmə hər uşaq üçün 160 manat cəmi 320 manat alimentin tutulması barədə qətnamə qəbul etmişdir. Har ay iddiaçı məhkəmə qətnaməsinə əsasən qət edilmiş 320 manat alimenti cavabdehə ödənilir. Belə ki, xx.xx.2005-ci il tarixdə ailə qurmamışdan əvvəl iddiaçı hal-hazırda cavabdehin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı 2 otaqlı mənzili xx.xx.2005-ci ildə AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən almışdır. Bununla bağlı olaraq iddiaçıya Daşınmaz Əmlakın Dövlət reyestri xidmət tərəfindən Çıxarış verilmişdir. Cavabdehin xüsusi mülkiyyət hüquq ilə iddiaçıya məxsus olan mənzilində qeydiyyatda qalması iddiaçının hamin mənzilə sərəncam vermək, onu satmaq və.s hüquqlarımı maneələr yaradır. Ona görə də, iddiaçı cavabdehə 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməklə onun habelə uşaqlar - xx.xx.2006cı il təvəllüdlü X15 və xx.xx.2011-ci İl təvəllüdlü X12 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh habelə uşaqlar - xx.xx.2006-eı ü təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X12 həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilin tərəflərin ümumi mülkiyyəti hesab edilməsi, həmin əmlakda Cavabdeh 2/3 hissədə, İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.2005-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan onların iki övladı - xx.xx.2006-cı il təvəllüdlü X24 və xx.xx.2011-ci il təvəllüdlü X21 dünyaya gəlmişdir. Xətai rayon Məhkəməsinin 2(011)-2581/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən nikahlarına xitam verilmiş, övladları iddiaçının himayəsində saxlanılmışdır. İlkin iddia üzrə iddiaçının iddia tələbi əsasız və qanunsuzdur və bu səbəbdən rədd edilməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən ev onların mülkiyyətindədir. Belə ki, onlar faktiki olaraq xx.xx.2005-ci il tarixdə ailə qurmuşlar (Toy kasetlərimizdə bu öz əksini tapır). Nikahlarını daha sonradan, yəni xx.xx.2005-ci il tarixdə rəsmiləşdirmişlər. Faktiki nikah dövründə, yəni xx.xx.2005-ci il tarixdə birlikdə vəsait qoyaraq ünvan 2 ünvanında yerləşən evi alqı-satqı ilə cavabdehin adına almışlar. Evin alqı-satqısına görə iddiaçı da pul ödəmişdir. Bundan əlavə birgə nikah dövründə evin təmiri onun valideynlərinin və şəxsi vəsaitləri hesabına aparılmışdır. Cavabdehin bunu gizlətməsi, məhkəməyə verdiyi iddia ərizəsində qeyd etməməsi özü hüquqdan sui-istifadədir. İddiaçı və övladları yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı keçmiş həyat yoldaşı olduğu üçün, elimizin ənənələrinə zidd getməyərək hazırki mübahisə obyekti olan evi alarkən onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. İlkin iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili həmçinin ərizə ilə müraciət edərək Ailə Məcəlləsinin 36.4-cü maddəsinə əsasən iddia müddətini tətbiq etməklə ər-arvadın əmlakının bölünməsi tələbinə dair qarşlıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2021-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, yuxarıda qeyd edilən ünvanda X24, (xx.xx.2006-cı il təvəllüdlü), X21 (xx.xx.2011-ci il təvəllüdlü), X21 (xx.xx.2011-ci il təvəllüdlü) və X25 (xx.xx.2020-ci il təvəllüdlü) ünvan 2-də qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-2581/2013 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı araında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsində bağlanmış və 1247 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X24 və xx.xx.2011-ci il təvəllüdlü X21 anaları Cavabdeh yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 24 may 2013-cü il ildən başlayaraq hər ay hər bir uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ №327817 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixində 524 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 910125 saylı, xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixli 1139 nömrəli arayışın surətindən gğrünür ki, X21 xx.xx.2011-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İİ №358455 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X13 arasında xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2020 nömrəli qeyd edilmişdir. İş materiallarında olan AZ-İV № 474598 saylı, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2020-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X9r. İş materiallarına əlavə edilmiş AN-İ № ******* saylı, xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 31, 74 nömrəli mənzili X6 115.000 manat dəyərində almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 31, 74 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 31, 74 nömrəli mənzilin xx.xx.2021-ci il tarixə olan orta bazar dəyəri 52000 manat, bir aylıq kirayə haqqı 200-250 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 250103 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 31, 74 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2005-ci il tarixdə 30/20995 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş AN-İ № ******* saylı, xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu. N.Əliyev küçəsi, ev 30, 20 nömrəli mənzili 264.500 manat dəyərində X1. İş materiallarına əlavə edilmiş AN-İ № ******* saylı, xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 məxsus olan Bakı şəhəri, Cavanşir küçəsi, ev 32, 55 nömrəli mənzili 124.200 manat dəyərində X2. İş materiallarına əlavə edilmiş, İddiaçı əmək kitabçasının və xidməti vəsiqənin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində bildirmişdir ki, o, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh atasıdır, İddiaçı onun yanında işləyib. İddiaçı qızı ilə evlənəndən sonra bir müddət Anarın atasıgildə yaşayıblar, ev təmir olunandan sonra isə həmin evə köçüblər. Mübahisəli mənzil 26000 ABŞ dollarına alınıb, onun 6000 manatını o ödəyib. Bundan əlavə ev çox təmirsiz olmuşdur, evin təmirinə 7000- 8000 manat, 6000 manat isə materiala pul xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində bildirmişdir ki, o, mübahisəli mənzilin təmirində usta kimi çalışmışdır. Evin 3 qapısını düzəltmişdir. Əvvəlcə iki qapı düzəltmişdir, sonra isə digər qapını düzəltmişdir. Qapını düzəltməyi Cavabdeh sifariş almışdır. Qapını birini 600, iki qapı üçün 1200 manata düzəltmişdir, üçüncü qapını isə 1000 manata düzəltmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində bildirmişdir ki, o, mübahisəli mənzilin təmirində usta kimi çalışmışdır. Ev Zığ yolunda yerləşir. Evin təmir olunmasının sifarişini Aytəndən almışdır, təmirin qiymətini də onunla danışmışdır. Materialları özləri alırdı, ona təxminən 1500-1700 manat pul verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı atasıdır, Cavabdeh isə onun gəlinidir. Onlar ailə quranda ev yox idi, evlənəndən 1-2 ay sonra yola getmədilər, o da məcbur olub evi satmış və onlara ev almışdır. Həmin evi mən almşşam, təmirindən xəbərim yoxdur. Evlərə baxmağa Aytənin atası ilə gedirmiş. Toy 2005-ci ildə olub, əvvəlcə qız toyu, sonra isə oğlan toyu olmuşdur, toydan sonra ev alınmışdır. Evdə ancaq hamam təmir olunub, sonra isə oboy vurulub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 verdiyi ifadəsində bildirmişdir ki, cavabdehi Aytən xanım vasitəilə tanımışdır, o, mübahisəli mənzilin təmirində usta kimi çalışmışdır. Əvvəlcə Aytənin bacısının evini sonra isə Aytənin evini təmir etmişdir. Evin təmir olunmasının sifarişini Aytən və Anardan almışdır. Evdə tavanı düzəltmiş, oboy vurmuş, malyar işləri görümüşdür. Təxminən 1500-2000 manat dəyərində iş görmüş, pulu Aytən verib, bir dəfə də Anar qaynatasından alıb verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 verdiyi ifadəsində bildirmişdir ki, o, Aytənin qohumudur, Anarı da Aytən vasitəsilə tanımışdır. 10-11 il bundan əvvəl mübahisəli mənzildə təmir işləri görmüşlər. Mətbəxdə laminat vurulub, sanitar qovşaqda divar sökülüb, dəhlizdə malyar işləri görülüb, oboy vurulub. Dəhlizdə lambirin və oboy vurulub, qaz, işıq çəkilib. Sifarişi Aytənin anası verib, xərcləri də o ödəyib. Mülki iş materillarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı ilə Cavabdeh qız toyu xx.xx.2005-ci il, oğlan toyu isə xx.xx.2005-ci il tarixdə olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 31, 74 nömrəli mənzilin xx.xx.2021-ci il tarixə olan mənzilin orta aylıq kirayə haqqı 400 (dörd yüz) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 10/3329 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 31, 74 nömrəli mənzilin təmir işlərinə çəkilmiş xərclərin dəyəri (görülmü. İşlərin və istifadə edilmiş materialların dəyəri) halhazırki mövcud bazar qiymətlərinə uyğun olaraq 14150,6 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 nömrəli mənzili alqı-satqı əsasında xx.xx.2005-ci il tarixində almışdır. İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşdular. Cavabdeh İddiaçı ilə nikaha daxil olduqdan sonra həmin mənzildə yaşamışdır. Tərəflərin övladları doğulduqdan sonra həmin mənzildə yaşamışlar. Mülki iş üzrə təyin edilmiş məhkəmə ekspertizası nəticəsinə müəyyən edilmişdir ki, tərəflərin nikah dövründə qeyd edilən mənzildə 14150.6 manat dəyərində təmir işləri aparılmışdır. 2013-cü ildə Cavabdeh ilə İddiaçı nikahı pozulmuşdur. Cavabdeh iki övladı-X24 və X21 ilə birlikdə mübahisəli mənzildə yaşamağa davam edirlər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mənzildə təmir işlərinin özünün və ailə üzvlərinin vəsaiti hesabına edildiyini qeyd etsə də məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh bu halı təkzib etmiş, Cavabdeh isə bununla bağlı yetərli sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, mülki mübahisənin düzgün həll edilməsi üçün məhkəmə tərəfindən ilkin olaraq qarşılıqlı iddiaya qiymət verilməlidir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 35-ci maddəinə nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Yuxrıda göstərilənlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 31, 74 nömrəli mənzil tərəflərin birgə nikah dövründə, tərəflərin birgə vəsaiti hesabına deyil qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən tərəflərin nikahından öncə İddiaçı satın alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh onun vəsaiti hesabına mübahisəli mənzilin dəyərini xeyli artıran əsaslı təmir işlərinin aparıldığını iddia etsə də məhkəmədə bu halı sübuta yetirə bilməmişdir. Digər tərəfdən mənzildə təmir işlərinin Cavabdeh vəsaiti hesabına görüldüyü ehtimal edilsə belə, mənzildə aparılmış təmir işlərinin dəyəri (14150.6 manat) nəzərə alınmaqla, həmin təmir işləri əmlakın dəyərini xeyli artıran vəsaitin qoyulması kimi qiymətləndirilə bilməz və mənzilin ər-arvadın ümumi əmlakı hesab edilməsi üçün əsas deyil. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilin tərəflərin ümumi mülkiyyəti hesab edilməsi, həmin əmlakda Cavabdeh 2/3 hissədə, İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi barədə qarşılıqlı iddiası əsassız hesab edilərək rədd edilməlidir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ər-arvadın ümumi birgə əmlakının bölünməsinə dair iddia tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən üç illik iddia müddəti tətbiq edilməklə də rədd edilməldir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. İş materiallarından göründüyü kimi tərəflərin nikahı xx.xx.2013-cü il tarixində pozulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 31, 74 nömrəli mənzilə dair mülkiyyət hüququnun cavabdehin adına qeydiyyata alındığından məlumatlı olmuşdur. Buna baxmayaraq o, qeyd edilən əmlakın bölünməsi tələbi ilə məhkəməyə üç illik iddia müddətini ötürməklə xx.xx.2021-ci il tarixində müraciət etmişdir. Bununla da qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ər-arvad arasında əmlak bölgüsü ilə bağlı tələbi üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək də, mövcud iddia tələbi rədd edilməlidir. Məhkəmə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı Cavabdeh 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməklə onun, habelə uşaqları xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X12 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X12 həmin mənzildən çıxarılmaları barədə ilkin iddaya qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əssən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına istinadən qeyd edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh, X24 və X12 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzildən istifadə hüquqları yaranmışdır və cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif edilən kompensasiyanın məbləği ağlabatandır. Belə ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. İş materiallarına əlavə edilmiş mütəxəssisin rəyinə görə həmin mənzilə oxşar mənzilin orta aylıq kirayə haqqı 400 manat təşkil edir. Məhkəmə cavabdehlər X24 və X12 anaları Cavabdeh ilə birgə yaşadıqlarını nəzərə alaraq hesab edir ki, kompensasiya məbləği müəyyən edildiyi zaman cavabdehlərin üç il müddət daxilində oxşar şəraiti olan mənzilin aylıq kirayə haqqı yəni 400 manat (400 manat x 36 ay =14400 manat) əsas götürülməlidir. Odur ki, ilkin iddia təmin edilərək cavabdehlər Cavabdeh, X24 və X12 İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 31, 74 nömrəli mənzildən istifadə hüququna 15000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilərək cavabdehlər qeyd edilən mənzildən məcburi qaydada çıxarılmalıdırlar. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ilkin iddia əsaslıdır, buna görə də təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh, X24 və X12 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilindən 15000 (on beş min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh, X15 və X21 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilindən çıxarılsınlar. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilin tərəflərin ümumi mülkiyyəti hesab edilməsi, həmin əmlakda Cavabdeh 2/3 hissədə, İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar