Məhkəmə qərarları › İş №2(011)-1133/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1133/2025

03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1133/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Enerji X1 və X5 cəlb edilməklə) “hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Enerji X1 və X5 cəlb edilməklə) “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq sahəsində olan mənzilə yazılmış ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı aktların və yazılmış 6.112,80 manat bocun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq sahəsi ünvanında olan mənzili 03 mart 2022-ci il tarixində etibarnamə əsasında almışdır və ev ona məxsusdur. 2023-cü ilin yanvar ayında mənzilə köçmüşlər. İddiaçı mənzilə sayğacın qoyulması ilə bağlı X3 müraciət etmişdir və qısa müddətdə X2 nümayəndələri ona məxsus olan mənzilə qaz sayğacı quraşdırdılar. Sonradan məlum oldu ki, iddiaçının mənzilinə quraşdırılan qaz sayğacı kiminsə adınadır, yəni oğurlanmışdır. Bunu biləndən sonra sayğac quraşdıran Cavabdeh nümayəndələrinə sayğacın başqa adamın adına olduğu bildirdilər və o, sayğacın yenisi ilə əvəz olunmasını tələb etdi. Sonradan onun evinə qaz nəqlinin dayandırılması üçün mənzilə gedən qaz borusunu bağlayıb plombladılar. Səbəbini soruşduqda bildirdilər ki, uzun illərdir ona cərimə akt yazılıb və 2024-cü il tarixinə 6.112,80 manat məbləğində borc yazılmışdır. O, 2023-cü ilin yanvar ayından bu günə kimi həmin mənzildə ailə üzvləri ilə yaşayır. Cavabdeh nümayəndələri tərəfindən ona və ailə üzvlərinə xəbərdarlıq olunmayıb və mənzilə qazın verilməsi dayandırılmayıb. Burdan belə bir qənaətə gəlmək olur ki, Cavabdeh qanunsuzluq edərək iddiaçının maraqlarına toxunur və istehlakçı hüququnu pozur. Cavabdeh təşkilat tərəfindən ona yazılmış olan 43.956 m3 qaz sərfiyyatı və 6.112,80 manat necə hesablandığı ilə bağlı sual yaranır. O, fabrik və zavod işlətmir və bu barədə cavabdeh X3 müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Elə bu səbəbdən də pozulmuş hüquqlarınım müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, 2022-ci ildən sayğacın quraşdırılmasını tələb etsə də, Cavabdeh İB-nin işçiləri sayğacı quraşdırmırdılar. Üçüncü şəxs X5 onun atasıdır, onlar bir evdə yaşayırlar. Yaşadıqları evi 2022-ci ildə alıblar. Evə 2023-cü ildə köçüblər. O vaxtadək evdə təmir gedirdi. Əvvəl ünvanda sayğac yox idi. 2023-cü ildə sayğacın quraşdırılması üçün rəsmi müraciət etmişdir. Sayğac 2024-cü ildə quraşdırıldı. Sayğac quraşdırılanadək Cavabdeh İB-nin işçiləri evin əvvəlki sahibindən qalan, köhnə xəttə sarı şlanq vasitəsilə qoşularaq evi qazla təmin etdilər. Sayğac yox idi və Cavabdeh İBnin işçiləri onlara bildirdilər ki, sayğac olanadək müvəqqəti belə istifadə etsinlər. Sayğac quraşdırılanadək qazdan istifadə ilə bağlı pul ödənişləri etməyiblər. Bildirir ki, 2022-də kombi sistemini alıblar, lakin kombini 2023-cü ildə quraşdırıblar. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı onun oğludur, bir evdə yaşayırlar. Ünvanda müvəqqəti olaraq, təqribi 8 ay ərzində kənar xətt (sarı şlanq) vasitəsilə qazdan istifadə edilblər. Həmin xətti (sarı şlanqı) onlar özləri deyil, Cavabdeh İB-nin işçiləri qoşublar. Onlara dedilər ki, müvəqqəti belə qaydada qazdan istifadə etsinlər, problem olarsa bunu “idarə həll edəcək”. Həmin xətdən qazdan istifadə edərkən hökümətə ödəniş etməyiblər. Sarı şlaqla qaz xəttinə qoşulan Cavabdeh İB-nin işçilərinə 20-50 manat “hörmət” etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X6nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 30.240 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X6nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8.856 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X6nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.944 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X6nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 972 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X6nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6.984 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X6nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.944 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********00023 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin fevral ayı üzrə 3.628,80 manat, 2023-cü ilin may ayı üzrə 1.062,72 manat, 2023-cü ilin iyul ayı üzrə 233,28 manat, 2023-cü ilin avqust ayı üzrə 116,64, 2024-cü ilin fevral ayı üzrə 838,08 manat, 2024-cü ilin may ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 233,28 manat borcu mövcud olmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya kənar xətdən istifadəyə görə borc məbləğləri hesablanmışdır. İddiaçının qaz xəttinə müdaxilə edərək qaz xəttinə kənar xətt (sarı şlanq) vasitəsilə qoşulması işin mübahisəsiz halıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 3.1.10-cu maddəsinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə tərəflərin izahatlarını və işin digər hallarını araşdıraraq müəyyən edir ki, iddiaçıya məxsus mənzildə işlədilmiş cıhazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4) və 1 ədəd kombi qızdırıcısı aiddır. 2023-cü il üzrə qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və 1 ədəd kombi qızdırıcısı üçün 2,6 m3 saatlıq qaz sərfi hesablanmalıdır. İşdən görünür ki, iddiaçıya 2023-cü il üzrə fevral ayında 3.628,80 manat, may ayında 1.062,72 manat, iyul ayında 233,28 manat, avqust ayında 116,64 manat borc hesablanmışdır. 2024-cü ilin fevral ayında iddiaçıya 838,08 manat, may ayında 233,28 manat borc hesablanmışdır. İlk öncə 2023-cü ildə hesablanmış borcla bağlı məhkəmə aşağıdakı halları qeyd edir. Belə ki, yuxarıda sadalanmış qaydalara əsasən cavabdeh təşkilat tərəfindən 3 ayda 1 dəfə sayğac üzrə yoxlamanın aparılması nəzərdə tutulduğundan, iddiaçının barəsində isə kənar xətt ilə bağlı aktlar 2023-cü ildə fevral, may, iyul, avqust aylarında tərtib olunduğundan, 3 aylıq yoxlama müddəti nəzərə alınmaqla, 2022-ci ilin dekabr ayı, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları nəzərə alınmaqla - cəmi 9 ay (270 gün) müddətinə hesablama aparılmalıdır. 2023-cü ildə cavabdeh təşkilat iddiaçıya ümumilikdə 5.041,44 manat borc hesablayıb (fevral, aprel, may, iyul, avqust aylarında). Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 270 gün (9 ay) hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 12.312 m3 təşkil edir. (12 saat x 270 gün x 1,2m3=3.888 m3, 12 saat x 270 gün x 2,6 m3=8.424 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 2.366,4 manat təşkil edir. (Limit nəzərə alınaraq, 1.200 m3 qazdan istifadəyə görə 144 manat borc məbləği, və qalan sərfiyyat olan 11.112 m3 sərfiyyat 0,20 manatdan hesablandıqda borc 2.222,4 manat təşkil edir; 144 + 2.222,4 = 2.366,4 manat). Məhkəmə hesab edir ki, qaz xəttinə kənar qoşulma nəticəsində 2023-cü il üçün ödəniləcək məbləğin cavabdeh təşkilat tərəfindən 5.041,44 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və yuxarıda sadalanmış sair zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2023-cü il üçün hesablanmış ümumi 5.041,44 manat borcun 2.366,4 manat hissəsi saxlanılmaqla, qalan borc, yəni 2.675,04 manat məbləğində borc məbləği iddiaçının abonent hesabından silinməlidir. Bununla bağlı iddia qalan hissədə təmin edilməməlidir. 2024-cü ildə hesablanmış borclarla bağlı məhkəmə aşağıdakı halları qeyd edir. Belə ki, iddiaçının barəsində kənar xətt ilə bağlı aktlar 2024-cü ildə fevlar və may aylarında tərtib olunduğundan, cavabdeh təşkilat tərəfindən isə 3 ayda 1 dəfə sayğac üzrə yoxlamanın aparılması aparılmalı olduğundan, hesablama 2023-cü ilin dekabr ayı, 2024-cü ilin yanvar, fevral, mart, aprel, may ayları olmaqla, cəmi 6 ay üzrə aparılmalıdır. 2024-cü ildə cavabdeh təşkilat iddiaçıya ümumilikdə 1.071,36 manat borc hesablayıb (fevral və may aylarında). Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 180 gün (6 ay) hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 8.208 m3 təşkil edir. (12 saat x 180 gün x 1,2m3=2.592 m3, 12 saat x 180 gün x 2,6 m3=5.616 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 1.545,60 manat təşkil edir. (Limit nəzərə alınaraq, 1.200 m3 qazdan istifadəyə görə 144 manat borc məbləği, və qalan sərfiyyat olan 7.008 m3 sərfiyyat 0,20 manatdan hesablandıqda borc 1401,60 manat təşkil edir; 144 + 1401,60 = 1.545,60 manat). Lakin, cavabdeh tərəfindən 2024-cü il üçün hesablanmış borc məbləği cəmi 1.071,36 manat təşkil etdiyindən, 2024-cü ilə hesablanmış borcun silinməsi hissəsində iddia təmin edilməməli, həmin dövrə hesablanmış borc olduğu kimi saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 46,75 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan quşçuluq sovxozu ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00023) İddiaçı 2023-cü ilin fevral ayından 2024-cü ilin noyabr ayınadək hesablanmış 6.112,80 (altı min yüz on iki manat səksən qəpik) manat borc məbləğinin 2.675,04 (iki min altı yüz yetmiş beş manat dörd qəpik) manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. 46,75 (qırx altı manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar