Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1160/2025 10.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı-Qaraçuxur E.Bəkirli 47B2 ünvanında hesablanmış 777 manat borcdan qalan 164 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2024 saylı 27 mart 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiası təmin edilmiş, ünvan 2 ünvanı üzrə (abonent kodu: **********10000) İddiaçı 2023-cü ilin oktyabr ayı üçün hesablanmış 650 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı məxsus **********10000 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin oktyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 777,60 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4722/2024 saylı, 04 iyun 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı – Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsi, 47 ünvanına hesablanmış 750 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia qismən təmin edilərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2024-cü il tarixli akta əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsi, 47 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********10000) hesablanmış 613,44 (altı yüz on üç manat, qırx dörd qəpik) manat borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, abonentə 2024-cü ildə 613,44 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən müəyyən edilir ki, bundan əvvəl iddiaçının Xətai Rayon Məhkəməsində 2(011)-1769/2024 nömrəli işi üzrə ərizəyə baxılmış və iddaçının tələbi ilə dəymiş ziyan aktı 777,6 olduğu halda 650 manat məbləğində pulun silinməsi tələbi olmuşdur. Hər iki tərəf məhkəmə iclaslarında iştirak etmiş və iclas zamanı dəymiş ziyan aktının 650 manat deyil 777,6 manat olduğu müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1769/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və qətnamənin tələbləri Cavabdeh İB tərəfindən tam təmin edilmişdir. Bundan əlavə olaraq iddiaçı yenidən barəsində tərtib edilən digər akt üzrə 750 manat borcun silinməsi tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, 2(011)-4722/2024 nömrəli qətnamə ilə iddia tələbi qismən 613,44 manat təmin edilmiş və idda tələbi qalan hissədə təmin edilməmişdir. Bununla da 2(011)-1160/2025 nömrəli mülki iş üzrə əvvəllər mahiyyəti üzrə baxıldığına görə mülki işə xitam verilməsi xahiş edilmişdir. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbi üzrə dövrü əhatə edən 2023-cü il üzrə 650 manat və 2024-cü il üzrə 613,44 manat borcun silinməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. İddiaçı hazırda 164 manat borcun silinməsini tələb etsə də, müəyyən edilir ki, həmin borcun tutulmasını əhatə edən dövr üzrə iddia tələbinə məhkəmədə baxılmış və qiymət verilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri, həmçinin mülki iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qərardad mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1160/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1160/2025
10.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver