Məhkəmə qərarları › İş №2(011)-36/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-36/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-36/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin ümumi dəyərinin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mənzilin ümumi dəyərinin ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 MTK ilə onun arasında bağlanan xx.xx.2012-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən "xxxx" MTK ünvan 1də yerləşən tikilməkdə olan yaşayış binasının XİX mərtəbəsində l47,4 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət, 179 saylı mənzili ona verməyi, o, isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürməklə, qeyd olunan mənzilə görə 133 000 manat məbləğində ödəniş etmişdir. Daha sonra mənzilin tikintisi tam başa çatmış və Cavabdeh1 MTK tərəfindən təmir üçün 2015-ci ildə iddiaçıya təhvil verildikdən sonra orada 8 ay müddətinə təmir işləri getmişdir. 2016-cı ildən bu günə kimi heç bir üçüncü şəxsin tələbi olmadan öz ailə üzvləri ilə birlikdə vicdanlı payçı və alıcı kimi ailə üzvləri ilə birgə həmin mənzildə yaşayır. Lakin, 2019-cu ilin sonlarına yaxın Xətai Rayon Məhkəməsindən yaşadığı mənzilə qarşı Cavabdeh2 iddiasının olması barədə məhkəmə bildirişi almış və ona satılmış 179 saylı mənzilin ikinci sahibinin olması faktı ona məlum olmuşdur. Uzun məhkəmə çəkişməsindən sonra Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə qərara alınmışdır ki, “...İddiaçı ilə Cavabdeh1 MTK adından ünvan 1 ünvanında yerləşən 179 saylı mənzilə dair bağlanmış xx.xx.2012-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və maliyyə arayışı etibarsız hesab edilsin, Cavabdeh2 həmin mənzilə sahiblik və istifadə hüququ tanınsın, İddiaçı həmin mənzildən çıxarılsın, mənzil “Yüksəliş-C" MTK və İddiaçı tərəfindən Cavabdeh2 təhvil verilsin.” Eyni zamanda qarşılıqlı iddia üzrə “...İddiaçı Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı MTK ilə Cavabdeh2 arasında ünvan 2 ünvanında yerləşən 179 saylı mənzilə dair bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinin etibarsız hesab edilməsi, onunla Cavabdeh1 MMC arasında həmin mənzilə dair bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən mülkiyyət hüququnun tanınması barədə iddia tələbi rədd edilsin.” Nəticə etibarilə, məhkəmə yekun qərarı ilə ilkin alıcının pay haqqını tanımaqla, yaşavış evinə vicdanlı və faktiki sahiblik edən şəxsin mənzilə görə ödənilmiş 133 000 manat məbləğində pulun aqibətini və 60 000 AZN məbləğində təmir xərclərini heç cürə nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbi üzrə mənzilə dair ödəniş məbləği maliyyə sənədi üzrə öz təsdiqini tapır. Lakin, təmir xərcinin real dəyərinə görə, gələcəkdə mübahisə yaranarsa müvafiq təmir qiymətləndirməsi ilə müəyyən etmək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh1 MTK ilə X2 arasənda bağlanan 10 iyun 2012-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə və maliyyə arayışına əsasən ünvan 1də yerləşən yaşayış binasının XİX mərtəbəsində 147.4 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 179 saylı mübahisəli mənzilin ümumi dəyərinə görə ödənilmiş 133000 manat məbləğində pulun, eləcə də mənzilin təmirinə görə çəkilmiş 60000 manat məbləğində təmir xərci də daxil olmaqla, cəmi 193000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə təqdim edərək, ünvan 1də yerləşən yaşayış binasının XİX mərtəbəsində 147.4 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 179 saylı mübahisəli mənzilin ümumi dəyərinə görə ödənilmiş 133000 manat məbləğində pulun Cavabdeh1 MTK-dan İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh1 MMC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 10 iyun 2012-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasının 19-cu mərtəbəsində yerləşən 3 otaqlı, 179 №-li mənzillə bağlı tərəflər arasında müqavilə bağlanmış və göstərilən mənzilin ümumi dəyəri 133000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş 10 iyun 2012-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337ci məhəllədə yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın XİX mərtəbəsində yerləşən 147.4 kv.m olan 3 otaqlı 179 saylı mənzilin pay dəyərinin 133 000 manat alıcı X2 tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8196/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair ilkin iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 MTK adından ünvan 1 ünvanında yerləşən 179 saylı mənzilə dair bağlanmış xx.xx.2012-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və maliyyə arayışı etibarsız hesab edilsin, Cavabdeh2 həmin mənzilə sahiblik və istifadə hüququ tanınsın, İddiaçı həmin mənzildən çıxarılması, mənzilin “Yüksəliş-C" MTK və İddiaçı tərəfindən Cavabdeh2 təhvil verilməsi, eyni zamanda qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 103722 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 06 mart 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 337.5-ci maddəsi müəyyən edir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının XİX mərtəbəsində yerləşən ümumi sahəsi 147.4 kv.metr olan 179 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında 10 iyun 2012-ci il tarixdə müqavilə bağlanmış, 133 000 manat məbləğində pul vəsaiti maliyyə arayışına əsasən İddiaçı tərəfindən tam ödənilmişdir. Lakin iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddiası ilə əlaqədar həmin mənzillə bağlı müqavilə və maliyyə arayışı məhkəmə tərəfindən etibarsız sayılmışdır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi-hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında 10 iyun 2012-ci il tarixdə bağlanmış müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 MMC-dən 133000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh1 MMC-dən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının XİX mərtəbəsində yerləşən ümumi sahəsi 147.4 kv.metr olan 179 №-li mənzilin alınmasına görə iddiaçı tərəfindən 10 iyun 2012-ci il tarixli müqavilə əsasında ödənilmiş 133 000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Сядрлик edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar