Məhkəmə qərarları › İş №2(011)-1186/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1186/2025

23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1186/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Safia Younasın iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Safia Younas və "xxxx" MMC cəlb edilməklə) “hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X4 Departamenti tərəfindən tərtib olunmuş aktlar əsasında hesablanmış 6.065,28 borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Ev təbii qaz xətti ilə təmin olunmuşdur. Cavabdeh Bakı X4 Departamentindən təqdim olunmuş abonentin saldosundan göründüyü kimi, 2022-ci ilin yanvar ayına onun abonent borcu olmamışdır. Yalnız 2022-ci ilin mart ayından başlayaraq 984,96 manat, sonrakı aylar üzrə artımlar olmaqla borclar hesablanmağa başlamışdır və hazırki vaxta 6.065,28 manat məbləğində borc qeydə alınmışdır. Ona məxsus olan yaşayış evi notarial qaydada təsdiqlənmiş 25 dekabr 2019-cu il tarixli “icarə müqaviləsi”nə əsasən yaşayış üçün, hüquqi ünvanı ünvan 2yətinə icarəyə verilmişdir. Həmin müqavilənin 10-cu bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “İcarəçi” ("xxxx" MMC) tərəfindən həyata keçirilir. Həmçinin həmin müqavilənin 11-ci bəndinə görə kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları “icarəçi” tərəfindən ödənilir. Bakı X4 Departamentindən xx.xx.2024-cü il tarixli ərizəyə əsasən ona təqdim olunmuş sənədlərdən görünür ki, ona məxsus yaşayış evi ilə bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib olunmuşdur. Həmin aktlara görə abonent rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir və bununla bağlı dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur. Həmin aktlar barədə tam məlumatsız olmuşdur və aktların surətlərindən də göründüyü kimi aktlarda onun yeri boş saxlanılmışdır. Aktların tərtib edildiyi tarixlərdə evdə “icarəçi”nin təsisçisi yaşamışdır və "xxxx" MMC ilə onun arasında mənzilin boşaldılması tələbinə dair məhkəmə çəkişmələri olmuşdur. Belə ki, "xxxx" MMC evi könüllü surətdə boşaltmaqdan imtina edirdi və evdə 25 dekabr 2019-cu il tarixdən MMC- nin təsisçisi yaşayırdı. Ona məxsus olan ev məhkəmə aktlarına əsasən Nəsimi rayon İcra şöbəsinin əməkdaşları tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə boşaldılıb ona təhvil verilmişdir və ancaq bundan sonra onun müraciətinə əsasən ev üçün yeni qaz sayğacı quraşdırılmışdır və balansa ödədiyi məbləğlər üzrə ödənişlər aparılır, həmçinin ödənişindən hesablanmış ziyan hissəvi tutulur. Göründüyü kimi, onun üçün heç bir əsas olmadan ziyan məbləği yazılmışdır. Halbuki, həmin borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmalı idi. Belə ki yuxarıda göstərdiyi aktlar tərtib olunarkən evdə “icarəçi”nin nümayəndələrinin yaşadıqları Departamentin nümayəndələrinə məlum idi. Bildiyinə görə onlar arasında hətta münaqişəli hallara belə yol verilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin qanunsuz hərəkətlərinin nəticəsi olaraq Bakı X4 Departamenti tərəfindən ona 6.065,28 manat ziyan hesablanmışdır və həmin ziyan tərəfindən ödənilir. Göstərilən məsələnin ona münasibətdə ədalətsiz olmasını nəzərə alaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş. Ona hesablanmış 6.065,28 manat məbləğində ziyan əsassız hesablanmış olduğu üçün ləğv edilməlidir. Təqdim olunan aktlardan göründüyü kimi, mənzilin “icarəçi”si tərəfindən qaz xəttinə qanunsuz müdaxilə ilk dəfə xx.xx.2022-ci il tarixdə aşkarlanmış və davamlı xarakter daşıyaraq bir neçə dəfə aktlaşdırılmışdır. Belə olan halda mənzilə təbii qazın verilməsi cavabdeh tərəfindən dərhal dayandırılmalı idi. Bunun əksinə olaraq, qanunsuz hərəkətlərin davam etdirilməsi üçün şərait yaradılmışdır və nəticədə ona əsassız ziyan hesablanmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, özü mənzilinə kənar xətt çəkməyib. Kənar qoşulmaya görə məsuliyyəti mənzili icarəyə götürən daşınmalıdır. O, özü hər hansı kənar xətt çəkməyib. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, mənzildə 4 gözlü qaz peçi və kombi istifadə olunub. Sual-cavab zamanı o bildirmişdir ki, 25 dekabr 2019-cu il tarixli “icarə müqaviləsi”nə əsasən mənzilini icarəyə verdikdən sonra icarəçi icarə haqqını ödəməmişdir və mənzildən çıxmaqdan imtina etmişdir. Buna görə də o, məcbur olub icarəçinin çıxarılması üçün məhkəməyə iddia vermişdir. Bundan savayı öz mənzilində icarəçinin fəaliyyətinə son qoymaq üçün şəxsən xx.xx.2021-ci il tarixdə Cavabdeh İB-nə məktub ünvanlamışdır ki, qaz idarə tərəfindən kəsilsin. Bunun nəticəsində Cavabdeh İB-nin işçiləri həmin ərəfədə gəlib qazı kəsmişlər. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən onun müraciətinə əsasən rəsmi olaraq qazın dayandırılmasına baxmayaraq, icarəçi olan Safia Younas qadağaya baxmayaraq, kənar xətlə qaz xəttinə qoşulmuşdur və mənzildən çıxmamışdır. Cavabdeh İB-də buna görə ona cərimələr yazmışdır. Sonda icarəçi məcburi qaydada məhkəmə qərarı ilə çıxarılmışdır. Kənar xətti özü çəkmədiyinə görə cəriməsi də ondan tələb edilməli deyil. İcarəçinin xx.xx.2023-cü il tarixdə mənzildən məcburi çıxarılmasından sonra Cavabdeh İB qazın bərpası üçün müraciət etmişdir. Daha sonra ondan kənar xətt müddətinə hesablanmış borc tələb edilmişdir. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Safia Younas məhkəmə iclasında bildirmişdir ki, iddiaçının evinə yazılmış borcun ona aidiyyəti yoxdur. İddiaçı ilə icarə münasibətlərinə dair mübahisə yarananda iddiaçı özü su, işıq, qaz və s. kommunal xidmətlərin kəsilməsi üçün müraciətlər etmişdir. O, mənzili icarəyə götürəndə kənar xətt çəkməyib. Qaz olmayanda qaz balonundan istifadə edib, daha sonra isə mənzildən çıxarılıb. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8.208 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6.768 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-cu il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.736 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan İddiaçı məxsus **********00010 saylı abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilin yanvar ayı üzrə 984,96 manat, 2022-ci ilin mart ayı üzrə 812,16 manat, 2022-ci ilin aprel ayı üzrə 328,32 manat, 2022-ci ilin may ayı üzrə 328,32 manat, 2022-ci ilin iyun ayı üzrə 328,32 manat, 2022-ci ilin iyul ayı üzrə 328,32 manat, 2022-ci ilin avqust ayı üzrə 328,32 manat, 2022-ci ilin sentyabr ayı üzrə 328,32 manat, 2022-ci ilin oktyabr ayı üzrə 328,32 manat, 2022-ci ilin noyabr ayı üzrə 328,32 manat, 2022-ci ilin dekabr ayı üzrə 328,32 manat, 2023-cü ilin yanvar ayı üzrə 328,32 manat, 2023-cü ilin fevral ayı üzrə 328,32 manat, 2023-cü ilin mart ayı üzrə 328,32 manat, 2023-cü ilin aprel ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 328,32 manat borcu mövcud olmuşdur. İş materiallarında olan 25 dekabr 2019-cu il tarixli “İcarəyə verən” İddiaçı ilə “İcarəçi” "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini "xxxx" MMC-nə icarəyə vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh İB-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, ərizəçi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qaz təchizatının dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-112/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Younas Safiyaya qarşı ilkin iddia tələblərinin qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 3M-1319 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməsi, ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən 10.600 (on min altı yüz) manat məbləğində pul tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evindən cavabdeh "xxxx" MMC və Younas Safia ailə üzvləri ilə birlikdə çıxarılması və mənzil boşaldılaraq ilk iddia üzrə iddiaçıya təhvil verilməsi; ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əşyaların dəyərinə görə 1.540 (min beş yüz qırx) manat və təmir-tikinti işlərinin aparılmasına görə 6.076 (altı min yetmiş altı) manat, cəmi 7.616 (yeddi min altı yüz on altı manat) məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nə ödənilməsi, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan 10.600 (on min altı yüz) manat məbləğində pul vəsaitindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilməli olan 7.616 (yeddi min altı yüz on altı manat) məbləğində pul çıxıldıqdan sonra, qalan 2.984 (iki min doqquz yüz səksən dörd) manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru C.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-112/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evi boşaldılaraq (Safia Yaunas əşyaları ilə çaxarıldıqdan sonra) İddiaçı təhvil verilmişdir. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş qazın bərpası üçün hesabatlar aparılmışdır və iddiaçıya müxtəlif dövrlərdə kənar xətt vasitəsilə qaz xəttinə müdaxilə əsası ilə 2022-ci ilin fevral ayı istisna olmaqla, 2022-ci ilin yanvar ayından (yanvar ayı daxil olmaqla) 2023-cü ilin aprel ayınadək (aprel ayı daxil olmaqla) hər ay müxtəlif məbləğlərdə borclar hesablanmışdır. Ümumilikdə bu dövr üçün 6.065,28 manat məbləğində borc hesablanmışdır. (2022-ci ildə 4.752 manat; 2023-cü ildə 1.313,28 manat). Ünvandakı abonentin qaz xəttinə müdaxilə edərək qaz xəttinə kənar xətt vasitəsilə qoşulması işin mübahisəsiz halıdır. Bu halı iddiaçı özü təsdiq edərək, bildirmişdir ki, icarəyə verdiyi fərdi yaşayış evinin icarəçisi ondan xəbərsiz olaraq mülkiyyətində olan evdə kənar qaz xəttinə qoşulmuşdur. O bildirmişdir ki, icarəçinin evdən çıxarılması üçün rəsmi müraciət əsasında qazın verilişini dayandırsa da, icarəçi onun tələbi əleyhinə evindən çıxmamışdır və kənar xətt istifadə etməyə başlamışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 3.1.10-cu maddəsinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Birincisi, abonentin qaz xəttinə kənar xətt vasitəsilə qoşulma halları ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli ünvanda abonentin kənar xətlə qazdan istifadəsi işin mübahisəsiz halı olduğundan, cavabdeh təşkilat tərəfindən isə 3 ayda 1 dəfə sayğac üzrə yoxlamanın aparılması nəzərdə tutulduğundan, xətt aşkar edildikdə isə ləğv olunduğundan, iddia tələbləri qismən təmin edilərək kənar xəttin istifadəsi ilə bağlı borc məbləğləri hesablanmalıdır. Mübahisəli aktlar 2022-ci ilin fevral ayı istisna olmaqla, 2022-ci ilin yanvar ayından (yanvar ayı daxil olmaqla) 2023-cü ilin aprel ayınadək (aprel ayı daxil olmaqla) hər ay yazıldığından, 3 aylıq yoxlama müddəti nəzərə alınmaqla, 2022-ci il üçün 14 ay müddətinə (2021-ci ilin noyabr və dekabr ayları, 2022-ci ilin yanvar ayından - dekabr ayınadək olan müddət; yanvar və dekabr ayları daxil olmaqla); 2023-cü il üzrə 4 ay müddətinə (yanvar, fevral, mart, aprel) hesablama aparılmalıdır. İddiaçıya məxsus mənzildə işlədilmiş cıhazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4) və kombi sistemi aiddır. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və kombi sistemi üçün 2,6 m3 saatlıq qaz sərfi hesablanmalıdır. 2021-2022-ci il dövrü üçün hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 420 gün (14 ay) hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 19.152 m3 təşkil edir. (12x420x1,2=6.048 m3, 12x420x2,6=13.104 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 2.298,24 manat təşkil edir (19.152 m3 sərfiyyat üçün 1 m3 sərfiyyat 0,12 manat hesabı ilə 2.298,24 manat təşkil edir). 2023-cü il üçün hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 120 gün (4 ay) hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 5.472 m3 təşkil edir. (12x120x1,2=3.744 m3, 12x120x2,6=1.728 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 656,54 manat təşkil edir (5.472 m3 sərfiyyat üçün 1 m3 sərfiyyat 0,12 manat hesabı ilə 656,54 manat təşkil edir). Məhkəmə qeyd edir ki, hesablanmış borc faktiki istifadə ilə əlaqədar sayğacdan keçən (faktiki sərfiyyatla bağlı sayğacın qeydiyyata aldığı) qaz sərfiyyatı olmadığından, limitlərin nəzərə alınması məqsədəuyğun deyil. Belə ki, limitlərin tətbiqi sayğacdan keçən (sayğacın qeydə aldığı) sərfiyyatın ödənilməsi üçün tətbiq olunan hesablama və ödəniş qaydasıdır, 90 gün üçün gündəlik 12 saatlıq qaz sərfiyyatı isə - faktiki istifadə ilə əlaqəli olmamaqla, qaz xəttinə müdaxilə zamanı dəymiş ziyanın hesablanması üsuludur. Buna görə də hesablanmış qaz həcmi tarif üzrə müəyyən edilmiş 1 m3 qaz sərfiyyatına görə 0.12 manat olmaqla hesaba alınmalıdır. Məhkəmə hesab edir ki, qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin 2022-ci il üçün 4.752 manat, 2023-cü ilin yanvar-aprel aylar üçün 1.313,28 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri nəzərə alınmaqla, iddiaçıya 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək cəmi 2.298,24 manat borc hesablanmalıdır. 2023-cü il üzrə bu məbləğ 656,54 manat təşkil edir. Buna görə də 2022-ci il üçün hesablanmış 4.752 manat borcun 2.298,24 manat hissəsi saxlanılmaqla, 2.453,76 manat hissəsi silinməli; 2023-cü il üçün hesablanmış 1.313,28 manat borcun 656,54 manat hissəsi saxlanılmaqla, 656,74 manat hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçının kənar xəttin özünün deyil, sair şəxs (icarəçinin nümayəndəsi) tərəfindən çəkilməsi və istifadə edilməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, kənar xəttin mövcudluğu mübahisəsiz olduğu halda, kənar xəttin iddiaçı deyil, sair şəxs tərəfindən quraşdırılması (qoşulması) iş materialları ilə təsdiq olunmur. Belə olduğu təqdirdə iddia tələbləri yuxarıda qeyd olunan qaydada qismən təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 51,11 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 130 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evi üzrə (abonent kodu: **********00010) İddiaçı 2022-ci il üçün hesablanmış 4.752 manat borcun 2.453,76 (iki min dörd yüz əlli üç manat yetmiş altı qəpik) manat hissəsi, 2023-cü il üçün hesablanmış 1.313,28 manat borcun 656,74 (altı yüz əlli altı manat yetmiş dörd qəpik) manat hissəsi olmaqla, cəmi həmin dövr üçün 3.110,5 (üç min yüz on manat beş qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 51,11 (əlli bir manat on bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar